“Ermənistan hökumətinin danışıqların formatını dəyişməyə cəhd etməsi qəbuledilməzdir”

“BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. O qətnamələrdə bizim torpaqlarımızın azad edilməsi, Ermənistan qoşunlarının oradan dərhal və tam şəkildə çıxarılması tələb edilir

“Həmsədrlər Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Ondan bir neçə gün öncə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcudduronu dəyişmək cəhdi danışıqlar prosesini bloklamaq cəhdidir. Onun üçünbütün məsuliyyət məhz həmin tərəfin üzərindədir. Heç bir format dəyişilə bilməz”

Ərazi bütövlüyümüz beynəlxalq hüququn fundamental prinsipidir. BMT Nizamnaməsində , Helsinki Yekun Aktında da ərazi bütövlüyü öz müqəddəratını təyinetmə prinsipləri arasında açıq-aydın balans ifadə edilib. Öz müqəddəratını təyinetmə heç vaxt ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Bununla da biz bir daha beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin nizamlanmasına hazırıq

Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı faktı mövcuddur. Bunun nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ onun ətrafındakı yeddi rayonumuz Ermənistanın işğalı altındadır. Bir milyondan artıq qaçqın məcburi köçkün bu gün həmin o işğalın əziyyətini çəkir. Bizim xalqımıza qarşı etnik təmizləmə həyata keçirilib. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb məhv edilib. Bu, ATƏT-in iki dəfə oraya göndərdiyi faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb”. Bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib. Prezident vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn kobud pozulmasıdır, eyni zamanda, beynəlxalq təşkilatların qətnamələrinin kobud şəkildə pozulmasıdır: “BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. O qətnamələrdə bizim torpaqlarımızın azad edilməsi, Ermənistan qoşunlarının oradan dərhal tam şəkildə çıxarılması tələb edilir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti digər təşkilatlar da buna bənzər qərar qətnamələr qəbul edib ki, onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır. Məhz o qətnamələr bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün hüquqi zəmin yaradır. Status-kvo qəbuledilməzdir. Bu münaqişənin nizamlanması ilə bağlı mandat əldə edən Minsk qrupunun həmsədr ölkələrinin başçıları da bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Biz bunu tamamilə dəstəkləyirik. Bunun üçün isə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır qaçqın məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün müvafiq şərait yaradılmalıdır”. “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqların formatını dəyişməyə cəhd edir” - deyən Prezident qeyd edib ki, bu, qəbuledilməzdir: “Hesab edirik ki, bu, danışıqlar prosesini bloklamağa yönəlmiş cəhdlərdir. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təşkilatlar da bizim fikrimizi bölüşür. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri müvafiq bəyanatla çıxış ediblər. Onlar Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Ondan bir neçə gün öncə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcuddur onu dəyişmək cəhdi danışıqlar prosesini bloklamaq cəhdidir. Onun üçün bütün məsuliyyət məhz həmin tərəfin üzərindədir. Heç bir format dəyişilə bilməz. Bu, birincisi. İkincisi, danışıqlar nəticəyönümlü olmalıdır, yalnız danışıqlar xatirinə aparılmamalıdır. Azərbaycan bu prosesi irəli aparmağa hazırdır bu danışıqlar nəticəsində bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyümüz beynəlxalq hüququn fundamental prinsipidir. BMT Nizamnaməsində , Helsinki Yekun Aktında da ərazi bütövlüyü öz müqəddəratını təyinetmə prinsipləri arasında açıq-aydın balans ifadə edilib. Öz müqəddəratını təyinetmə heç vaxt ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Bununla da biz bir daha beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin nizamlanmasına hazırıq”.

Hikmət Hacıyev:

“Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyənatı ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyi ifadə olunub: “Belə ki, bu bəyanatda əks olunan fikirlərin bir qismi Azərbaycan Respublikasının mövqeyini əks etdirir biz hesab edirik, bu bəyanat məhz Ermənistana ünvanlamış bir bəyanatdır. Onun ünvan sahibi məhz Ermənistan Respublikasıdır”. Şöbə müdiri bildirib ki, danışıqlarda hər hansı şərtin qoyulması qəbulediməzdir danışıqlar olduğu şəkildə davam etdirilir: “Bəyanatda, həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi doğru deyil. Bundan başqa, həmsədrlər bəyanatda münaqişənin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Burada vurğulanır ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilib. Xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır. Burada da Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır”. Ermənistan tərəfinin danışıqların formatını dəyişdirmək iddialarının əsassız olduğunu qeyd edən Hikmət Hacıyev bildirib ki, görüşlər görüş naminə deyil, nəticəyönümlü olmalıdır.

Salome Zurabişvili:

Dağlıq Qarabağ separatçılarının Abxaziya Cənubi Osetiyaya səfər etmələri bizim üçün çox ağrılıdır

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan parlamentinin sədri Arart Mirzoyanla görüşdə deyib ki, Dağlıq Qarabağ separatçılarının Abxaziya Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münaqişələrin eyni simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli ağrılı məsələdir. Gürcüstanın dövlət başçısı deyib ki, bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır: “Gürcüstanın işğal altında olan iki ərazisi var əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır”. S.Zurabişvili Minsk qrupu Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb bildirib ki, bu formatlar vəziyyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər: “Hesab edirəm ki, biz, bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”. Dövlət başçısı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar ermənilər üçün çox ağrılıdır: “Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə bütün münaqişələr sülh yolu beynəlxalq normalar əsasında həllini tapmalıdır”.

Anar Miriyev

Palitra  2019.- 15 mart.- S.4.