“Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT səviyyəsində
addımlar atılmalıdır”
Bakıda keçirilən VII Qlobal Bakı Forumu çərçivəsindəki çıxışlarda Dağlıq Qarabağ münaqişəsi haqda da fikirlər bildirilir. Belə ki, Moldovanın sabiq Prezidenti Petru Luçinski VII Qlobal Bakı Forumu çərçivəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Onun fikrincə, bu münaqişənin həlli üçün BMT, ABŞ və Rusiyanın, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında maraqlı olan bir neçə ölkənin ciddi mövqeyi olmalıdır (Trend).
P.Luçinski bildirib ki, qlobal siyasi çağırışlar regional münaqişələrin nizamlanmasına birbaşa təsir edir. Sabiq dövlət başçısı vurğulayıb ki, son illərdə qlobal oyunçular tərəfindən münaqişələrin həlli istiqamətində heç bir addım atılmır: "Qlobal siyasəti böyük ölkələr formalaşdırır, hazırda bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 üzvüdür və bir sıra beynəlxalq institutlardır. Bir çox ümumi danışıqlar olur, lakin onlardan heç biri hər hansı regional problemin ədalətli həlli üçün məsuliyyəti öz üzərinə götürmək istəmir. Şəxsən mən düşünürəm ki, BMT səviyyəsində addımlar atılmalıdır".
P.Luçinski deyib ki, BMT səviyyəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi kimi münaqişələrin həlli üzrə tövsiyələrini verməlidirlər.
Xəbər verildiyi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa növbəti qanunsuz səfər edib. Politoloq Nəzakət Məmmədova “Trend”ə deyib ki, ATƏT-in Minsk qrupu Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfər etməsini pisləməli, bunun danışıqlar prosesinə zərbə vurduğunu bildirən bəyanat qəbul etməlidir. Onun sözlərinə görə, N.Paşinyanın Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsi Minsk qrupunun danışıqların formatının dəyişdirilməsinin yolverilməzliyi barədə bəyanatı, Ermənistan baş nazirinin uğursuz Brüssel səfəri və Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri nəticəsində Yerevanın təşvişi fonunda baş verdi. Politoloq hesab edir ki, Ermənistanın baş naziri diplomatik müstəvidə düçar olduğu uğursuzluğunu özgə torpağında iclas keçirməklə kompensasiya etmək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin yanında olması görüntüsünü yaratmaqla ört-basdır etmək istəyir.
N.Məmmədovanın fikrincə, N.Paşiyanın Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməsi Ermənistanın işğalçı statusunun növbəti təsbiti, Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması aktı, eyni zamanda, separatçılığa açıq dəstək olaraq beynəlxalq hüquqa aşkar saymazlıqdır: "Paşinyan Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verdiyini bəyan edib. Amma dövlət təminatı statusu beynəlxalq hüquqda xüsusi qaydalarla tənzimlənir və Paşinyanın bu fikirləri də cəfəngiyyatdan başqa bir şey deyil. Üstəlik, Ermənistanın özünün təhlükəsizliyinə təminat verən lazımdır. Çünki o, təhlükəsizliyinin əsas təminatçısı olan Rusiya ilə körpüləri yandırıb, Avropa İttifaqı və ABŞ-ın etimadını isə qazana bilməyib. Belə bir şəraitdə siyasi, iqtisadi, demoqrafik böhran məngənəsində sıxılan Ermənistanın Qarabağ ermənilərinin qarantı olmaq üçün nə yetərli potensialı, nə də hüquqi əsası varr".
O qeyd edib
ki, Dağlıq Qarabağ
Azərbaycan dövlətinin ərazisi olduğu
üçün oradakı ermənilərin
təhlükəsizliyinə Azərbaycan təminat verə bilər:
"ATƏT-in Minsk qrupu
bunu Paşinyanın diqqətinə
çatdırmalıdır. Azərbaycanın hərbi
qüdrətini nümayiş etdirən təlimlər
fonunda Ermənistan baş
nazirinin Qarabağa gəlib
burada toplantı təşkil etməsi uğursuz, qeyri-adekvat,
acizanə demarş cəhdidir. Üstəlik,
bu iclas Ermənistan siyasi hakimiyyətindəki ixtilafları da ortaya qoydu.
Belə ki, Ermənistan prezidenti
və parlament sədri Şura
üzvü olmadıqları halda, Paşinyan öz dostu, parlamentin spikeri
Mirzoyanı iclasa dəvət etdi, prezident Sarkisyan isə dəvət edilmədi. Bu, Ermənistan siyasi rəhbərliyində
mövcud ixtilafın daha
bir sübutudur".
“Ermənistan işğalçılıq siyasətini
malalamağa çalışırdı”
Politoloq Elşad Mirbəşiroğlu isə SİA -ya açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfərlərininin nəticəsi olaraq verdikləri bəyanat N.Paşinyanın siyasi fiaskosunua dəlalət edən məqamları ifadə edir. Politoloqun sözlərinə görə, bu fiasko həm daxili, həm də xarici siyasətə şamil oluna bilər: "Belə ki, bildiyimiz kimi, N.Paşinyan hakimiyyətə gəldiyi ilk gündən “Qarabağ” kartından siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Yəni, hakimiyyətdəki mövqelərini möhkəmləndirmək üçün münaqişə vəziyyəti ilə bağlı sələflərinin mövqelərini təkrarlayan mövqe nümayiş etdirdi, münaqişənin dinc tənzimlənməsi prinsipləri ilə kəskin ziddiyyət təşkil edən bəyanatlar səsləndirməyə başladı, Azərbaycanın işğal altında saxladıqları ərazilərinə qanunsuz səfərlərini intensivləşdirdi. N.Paşinyanın ən böyük uğursuzluğu qondarma Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb olunması istiqamətində cəhdlərinin iflasa uğraması oldu. Qeyd edək ki, Paşinyan Brüsseldə olan zaman Avropa İttifaqı rəsmləri danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyünü Paşinyana açıq tekstlə bildirdilər. Bunun ardınca ATƏT-in MQ-nin həmsədrlərinin bəyanatında da açıq ifadə olundu ki, danışıqların formatı dəyişdirilə bilməz. Bununla da N.Paşinyanın münaqişədən öz məqsədləri üçün istifadə etmə cəhdləri boşa çıxmış oldu.
ATƏT-in MQ-nin
həmsədrlərinin bəyanatında
danışıqların formatının dəyişdirilməsinin
mümkünsüzlüyü ilə
bağlı qəti mövqenin ortaya qoyulması, həm də Ermənistanın
işğalçı tərəf kimi qəbul
olunmasına da bir
işarədir. Belə ki,
N.Paşinyan qondarma
“DQR”-iı tərəf kimi təqdim etməyə
çalışmaqla Ermənistanın
işğalçılıq siyasətini malalamağa
çalışırdı. Bununla da, Ermənistan cəmiyyətində elektoral bazasını möhkəmləndirməyə
ümid edir. Çünki, bunu başqa vasitələrlə etmək
imkanına malik deyil.
Bununla, o, həmçinin, qondarma
rejim üzərində də müəyyən
nəzarət imkanlarını yaratmaq istəyirdi.
Çünki qondarma
“DQR”-in danışıqlara ayrıca tərəf
kimi cəlb olunması onun
müstəqil bir subyekt
kimi təqdim etmək imkanlarını
yaradardı. Bu da N.Paşinyana əlavə siyasi
dividendlər gətirə bilərdi".
Avropa Parlamenti növbəti dəfə Azərbaycanı dəstəkləyib
Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib. “Trend” bu barədə Avropa Parlamentinin martın 13-də qəbul etdiyi və Avropa Şurasına, Avropa Komissiyasının vitse-prezidentinə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinə yolladığı rəyinə istinadən məlumat verir.
Sənəddə deyilir: “Şərq tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasını və gələcək dezinformasiya təhdidlərini diqqətə almaq; insanlar arasında əlaqələrə diqqət yönəltməklə və icmalar səviyyəsində dayanıqlılıq mənbəyi olan mövcud vətəndaş cəmiyyəti şəbəkələri ilə işləməklə, “Şərq tərəfdaşlığı” ölkələri ilə uzunmüddətli strateji yanaşmanın və qarşılıqlı fəaliyyət proqramının hazırlanmasına prioritet diqqət ayırmaq”.
Xatırladaq ki, 2018-ci il dekabrın 12-də Avropa Parlamenti “Aİ-nin tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyə sadiqliyi”nin təsdiqləndiyi qətnamə qəbul etmişdi.
Fuad Hüseynzadə
Palitra 2019.- 15 mart.- S.11.