ABŞ Azərbaycanın ərazi
bütövlüyünü
tanıyır və dəstəkləyir
ABŞ Azərbaycanlıları
Şəbəkəsinin təmsilçisi Nümayəndələr
Palatasının alt komitəsindəki dinləmələrdə
çıxış edib
“Beynəlxalq
ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə
münasibətdə öz mövqeyini təsdiq edərək,
2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında 1416
nömrəli və 2008-ci ildə BMT Baş Assambleyasında
62/243 nömrəli qətnamələr qəbul etməklə,
Azərbaycanın “beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində” ölkəmizin
“suverenliyinə və ərazi bütövlüyünə
daimi hörmət və dəstəyini” bir daha təsdiqləyib
və erməni silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən tamamilə və
qeyd-şərtsiz olaraq çıxarılmasını “tələb”
edərək vurğulayıb ki, “heç bir dövlət Azərbaycan
ərazilərinin işğal altında saxlanılması
üçün Ermənistana kömək, yaxud dəstək
göstərməməlidir”
“ABŞ
Konqresinin qəbul etdiyi 2016-cı ildə büdcə
ayırmaları haqqında konsolidasiyalı qanunun 7069-cu
bölməsinin HR2029-cu qətnaməsində və ABŞ
Prezidentinin 2015-ci ilin dekabrında imzaladığı qanunda
deyilir ki, “keçmiş Sovet İttifaqının müstəqil
dövlətinin keçmiş Sovet İttifaqı regionunda hər
hansı digər müstəqil dövlətin ərazi
bütövlüyünə və suverenliyinə qəsd edən
hər hansı hərəkətlər etdiyi zaman” ona vəsait
ayrılması qadağan edilir”
Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının Büdcə Ayırmaları Komitəsinin dövlət, xarici əməliyyatlar və qarışıq proqramlar üzrə Alt komitəsinin 2020-ci maliyyə İlində xarici ölkələrdə, həmçinin dünyanın müxtəlif dövlətlərində və ərazilərində, o cümlədən Ermənistan və Azərbaycanda layihələr həyata keçirən beynəlxalq və qeyri-hökumət təşkilatlarına maliyyə yardımının ayrılması ilə bağlı dinləmələri keçirilib. Alt Komitədə maliyyə yardımının iki – ümumi və hərbi kateqoriyası nəzərdən keçirilir.
ABŞ Azərbaycanlıları Şəbəkəsi Komitəni Ermənistana heç bir maliyyə yardımı göstərməməyə və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda oyuncaq rejimə bir sent belə ayırmamağa çağırıb
Azərbaycan tərəfindən ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvü Sevinc Məmmədova çıxış edib. ABŞ Azərbaycanlıları Şəbəkəsi təmsilçisinin çıxışında ABŞ Konqresinin Büdcə Ayırmaları Komitəsinə Azərbaycana 15 milyon dollar və ya daha çox ümumi yardımın, xarici dövlətlərə hərbi maliyyə yardımı Proqramı (FMF) xətti ilə 1,7 milyon dollar hərbi yardımın və beynəlxalq hərbi hazırlıq və tədris Proqramı (IMET) çərçivəsində 1 milyon və ya daha çox vəsaitin ayrılması barədə müraciət edilib. ABŞ Azərbaycanlıları Şəbəkəsi Komitəni Ermənistana heç bir maliyyə yardımı göstərməməyə və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda oyuncaq rejimə bir sent belə ayırmamağa çağırıb. (AZƏRTAC) Sevinc Məmmədova öz çıxışında Ermənistana və Azərbaycana maliyyə yardımlarının ədalətli hesablanması və ayrılmasına çağırıb. ABŞ Azərbaycanlıları Şəbəkəsi öz arqumentlərini onunla əsaslandırıb ki, Azərbaycanla müttəfiq münasibətlərinə baxmayaraq, ABŞ-ın maliyyə ayırmalarında Ermənistanın mənafeyinə uyğun disbalans mövcuddur. Birincisi, Azərbaycanın əhalisi Ermənistandan daha çoxdur; ikincisi, Azərbaycanda qaçqınların sayı Ermənistanda olduğundan xeyli artıqdır. Bundan başqa, Ermənistan Helsinki Yekun aktının müddəalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 844 nömrəli qətnamələrinə zidd olaraq Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır və bununla da keçmiş Sovet İttifaqının digər müstəqil dövlətinin ərazi bütövlüyünü və suverenliyini pozur. Həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə öz mövqeyini təsdiq edərək, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında 1416 nömrəli və 2008-ci ildə BMT Baş Assambleyasında 62/243 nömrəli qətnamələr qəbul etməklə, Azərbaycanın “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” ölkəmizin “suverenliyinə və ərazi bütövlüyünə daimi hörmət və dəstəyini” bir daha təsdiqləyib və erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz olaraq çıxarılmasını “tələb” edərək vurğulayıb ki, “heç bir dövlət Azərbaycan ərazilərinin işğal altında saxlanılması üçün Ermənistana kömək, yaxud dəstək göstərməməlidir”.
ABŞ 2020-ci ildə Ermənistana maliyyə yardımı ayırmamalıdır. Çünki bu, ABŞ-ın federal qanunlarının pozulmasıdır
Erməni təcavüzündən danışan S.Məmmədova qeyd edib ki, Ermənistan rəhbərliyi öz bəyanatlarında dəfələrlə Azərbaycana, o cümlədən Qərb şirkətləri tərəfindən idarə olunan energetika infrastrukturuna “qabaqlayıcı zərbə” vurmaqla və “bərpası mümkün olmayan zərər” verməklə bağlı təhdidlər səsləndirib. Çıxışda Ermənistanın 2016-2017-ci illərdə kredit hesabına aldığı hərbi avadanlığın, o cümlədən “İsgəndər-M” hipersəsli ballistik raket komplekslərinin əldə olunmasının təfərrüatları qeyd edilib. Diqqətə çatdırılıb ki, bu raketlər 500 kilometr hərəkət radiusuna malikdir və Azərbaycanın energetika infrastrukturuna, habelə NATO-nun Türkiyədəki strateji obyektlərinə çata bilər. ABŞ Azərbaycanlıları Şəbəkəsinin məruzəsində qeyd olunub ki, hər hansı digər ölkələr kimi, Birləşmiş Ştatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, beynəlxalq miqyasda tanımış sərhədlərin pozulmasını pisləyir. ABŞ Konqresinin qəbul etdiyi 2016-cı ildə büdcə ayırmaları haqqında konsolidasiyalı qanunun 7069-cu bölməsinin HR2029-cu qətnaməsində və ABŞ Prezidentinin 2015-ci ilin dekabrında imzaladığı qanunda deyilir ki, “keçmiş Sovet İttifaqının müstəqil dövlətinin keçmiş Sovet İttifaqı regionunda hər hansı digər müstəqil dövlətin ərazi bütövlüyünə və suverenliyinə qəsd edən hər hansı hərəkətlər etdiyi zaman” ona vəsait ayrılması qadağan edilir. Bundan başqa, qanunun 7070-ci maddəsində deyilir ki, digər suveren dövlətlərin ərazisinin ilhaqını dəstəkləyən addımlar atan dövlətlərə də vəsaitlər ayrıla bilməz. ABŞ Azərbaycanlıları Şəbəkəsi vurğulayıb ki, bu faktlara əsaslanaraq, ABŞ 2020-ci ildə Ermənistana maliyyə yardımı ayırmamalıdır. Çünki bu, ABŞ-ın federal qanunlarının pozulmasıdır.
“Maliyyə yardımı Dağlıq Qarabağ kimi beynəlxalq ictimaiyyət tərəfindən nəzarət olunmayan ərazilərdə narkotik maddə alverini asanlaşdırır”
Ötən illər ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimə vəsait ayırıb. Bu, ABŞ qanunlarına ziddir və Birləşmiş Ştatları Bakıdakı legitim hökumətin başı üzərindən işğalçı rejimə pul vəsaiti verən yeganə dövlətə çevirir. ABŞ hökuməti Abxaziya və Cənubi Osetiya (Gürcüstan), Donbas (Ukrayna) və Dnestryanı (Moldova) münaqişə zonalarına bu məbləğdə maliyyə yardımı ayırmır. Dağlıq Qarabağdakı erməni separatçılarına göstərilən maliyyə yardımı Azərbaycan torpaqlarının işğalının və qaçqınların vəsiyyətində böhranın davam etməsinə şərait yaradır, həmçinin Dağlıq Qarabağ kimi beynəlxalq ictimaiyyət tərəfindən nəzarət olunmayan ərazilərdə narkotik maddə alverini asanlaşdırır. Bundan başqa, məruzədə Azərbaycan və ABŞ arasında energetika və təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlığın təfərrüatları göstərilib. Yuxarıda göstərilən məlumatlara və faktlara əsaslanan ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ Nümayəndələr Palatasının Büdcə Ayırmaları Komitəsinin dövlət, xarici əməliyyatlar və qarışıq proqramlar üzrə Alt komitəsini onları nəzərə almağa və maliyyə yardımını ədalətli şəkildə bölməyə çağırıb.
A.Miriyev
Palitra
2019.- 14 mart.- S.11.