Qırxdan çox ölkənin diplomatları Naftalan şəhərinin turizm potensialı ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri fevralın 28-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Naftalan şəhərinə səfər ediblər. 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Naftalanın turizm potensialı və şəhərdə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzləri - “Qarabağ SPA and Resort”, “Chinar Hotel & SPA Naftalan” və “Qaşaltı” otellərinin fəaliyyəti ilə yaxından tanış olublar. Əvvəlcə qonaqlara Naftalan şəhərinin turizm potensialı haqqında məlumat verilib.

Bildirilib ki, dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında” xüsusi qərar qəbul edib, sonrakı illərdə Naftalanda müalicə olunanların sayı 35 mindən 70 minə yüksəlib.

SonraQarabağ SPA and Resort” otelinə gələn qonaqlara məlumat verilib ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var.

Daha sonraChinar Hotel & SPA Naftalan” istirahət və sağlamlıq mərkəzinə gələn qonaqlara sanatoriya kompleksinin infrastrukturu, təklif etdiyi istirahət və sağlamlıq xidmətləri haqqında məlumat verilib.

Bildirilib ki, “Chinar Hotel & SPA Naftalankompleksinin fəaliyyəti son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlikChinar Hotel & SPA Naftalankompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin noyabrında sona çatdırılıb.

Qonaqlar kompleksin foyesinin divarlarında çəkilmiş və Naftalan neftinin tarixinə həsr olunmuş kompozisiyalara baxıblar.

Məlumat verilib ki, kompleksdə 200 nəfər işlə təmin edilib. Urologiya, dietalogiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiyadermatologiya şöbələrinin olduğu poliklinika İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunub. Burada ən müasir tibb avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılır.

Qonaqlar SPA terapiya, fizioterapiyareabilitasiya, fitnes mərkəzləri ilə tanış olublar. Naftalan Terapiya Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, burada 24 vanna otağı var və əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Bu baxımdan Naftalan terapiyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilib.

Birnəfərlik, ikinəfərlik və ailəvi otaqlardan ibarət yataq korpusunda bütün zəruri şərait yaradılıb. Burada qadın gözəllik mərkəzi, internet klub, hədiyyələr dükanı var, elektrikli arabaların və velosipedlərin kirayəsi xidmətləri təşkil olunub.

Qonaqlar müasir standartlara cavab verən su prosedurları korpusunda türk hamamına, saunahovuza baxıblar.

Sonda “Qaşaltı” sanatoriya kompleksi ilə tanışlıq olub.

Bildirilib ki, “Qaşaltı” sanatoriya kompleksi “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində inşa olunub. 200 işçinin çalışdığı beşmərtəbəli sanatoriyada poliklinika şöbəsi, su prosedurları və yataq korpusları fəaliyyət göstərir. Su prosedurları korpusunda üzgüçülük hovuzu, yod-brom vannası, sualtı idman hərəkətləri üçün hovuz, sauna, türkfin hamamları var. Kompleksdə istiliklə müalicə kabineti də fəaliyyət göstərir. Fizioterapevtik bölmədə ən mütərəqqi müalicə üsulları tətbiq olunur. Sanatoriyanın 92 otaqlı yataq korpusunun 83-ü standart, 9-u lüks palatalardır.

Fitnesgimnastika zallarında hərəkət-dayaq sistemlərində olan problemlərin aradan qaldırılması üçün müasir avadanlıq, o cümlədən ölkəmizdə ilk dəfə tibbi trenajorlar quraşdırılıb.

Qonaqlar sanatoriyada fəaliyyət göstərən Naftalan vannası otaqlarına da baxıblar.

Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Naftalan şəhərinə səfəri başa çatıb.

Respublikamızda qeyri neft sektorunun əsas sahələrindən olan turizmin, xüsusən də müalicə turizminin inkişafı istiqamətində son illərdə böyük nailiyyətlər əldə edən və ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın bu sahədəki inkişafı xarici qonaqlarda xoş təəssürat yaradıb.

Nigar

Palitra  2019.- 1 mart.- S.7.