Beynəlxalq təşkilatlar
Ermənistana təzyiq göstərməlidir
Təkcə XX əsrdə azərbaycanlılar
4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və
1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən
törədilən soyqırımı və etnik təmizləmələrə
məruz qalıb
“Ermənistanın hərbi təcavüzü
nəticəsində 20 min nəfərdən
çox azərbaycanlı öldürülüb,
50 min nəfər isə müxtəlif dərəcəli
xəsarət alaraq əlil olub, torpaqlarımızın 20 faizi
işğala məruz qalıb, bir milyona yaxın azərbaycanlı
öz doğma
yurdlarından didərgin salınaraq qaçqın və məcburi
köçkünə çevrilib”
“BMT, Avropa İttifaqı, Avropa
Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən
Azərbaycanın ərazi bütövlüyü
və suverenliyini tanıyan qətnamələr
qəbul edilib”
Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, professor
Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırımı siyasətinin mərhələləri” və
“Xocalı soyqırımı: səbəbləri, nəticələri
və beynəlxalq aləmdə tanınması” adlı əsərləri
Buxarestdə rumın dilində çap olunub. Artıq on
üçüncü dildə nəşr
edilmiş əsərdə son iki əsrdə erməni
millətçiləri tərəfindən azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasəti təhlil
olunur. Kitabın rumın dilinə tərcüməsinə
məsul Vaqif Həsənovdur. Mənbələrə əsasən kitabda
təsdiq edilir ki, təkcə
XX əsrdə azərbaycanlılar 4 dəfə -
1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü
illərdə erməni millətçiləri tərəfindən
törədilən soyqırımı və etnik
təmizləmələrə məruz qalıb. Kitabda göstərilir
ki, XIX əsrin sonunda
– 1885-ci ildə Marseldə “Armenakan”,
1887-ci ildə Cenevrədə “Hnçaq”,
1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun”
partiyalarını yaratdıqdan sonra, erməni
millətçilərinin “böyük Ermənistan”
yaratmaq iddiaları yeni
mərhələyə qədəm qoyub və
öz məqsədlərinə çatmaq üçün
xarici
himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə
qarşı dəhşətli terror və
soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti
aparıblar. Ümumiyyətlə, Azərbaycan xalqı son 200 il ərzində erməni
millətçilərinin davamlı olaraq etnik təmizləmə,
soyqırımı və təcavüzkar siyasətinə məruz
qalaraq öz tarixi torpaqlarından didərgin salınıb,
qaçqın və məcburi köçkünə
çevriliblər. Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən
törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində,
Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə
yetirilməsı elmi mənbələrə
əsasən tədqiq edilir. Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınması ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələr,
Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar
və fotolar da yer alıb. Bununla yanaşı, əsərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları və təcavüzkarlığı,
o cümlədən 1988-1993-cü illərdə
azərbaycanlılara qarşı etnik təmizləmə
və soyqırımı siyasəti elmi mənbələr
əsasında araşdırılır. Müəllif
göstərir ki, bütün
dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi
bu işğalçılıq siyasəti
də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki,
bu illərdə Ermənistan Azərbaycana
qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib,
Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin hüdudlarından kənara çıxaraq daha 7 rayonu (Laçın,
Kəlbəcər, Ağdam, Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan) işğal edib. Ermənistanın hərbi təcavüzü nəticəsində
20 min nəfərdən çox
azərbaycanlı öldürülüb,
50 min nəfər isə müxtəlif dərəcəli
xəsarət alaraq əlil olub, torpaqlarımızın 20 faizi
işğala məruz qalıb, bir milyona yaxın azərbaycanlı
öz doğma
yurdlarından didərgin salınaraq qaçqın və məcburi
köçkünə çevrilib. Xüsusilə əsərdə XX əsrin
sonlarında ermənilərin Xocalıda törətdikləri
soyqırımı aktı bütün
insanlığa və bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biri kimi səciyyələndirilir.
Əsərdə 1992-ci il fevralın 26-da
Ermənistan silahlı qüvvələri tərəfindən
Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə
qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Həmçinin
Azərbaycanın Dağlıq Qarabağ
bölgəsində bu strateji
əhəmiyyətli ərazinin tarixinə nəzər
salınır, Xocalı şəhərinin əhəmiyyətini
artıran səbəblər göstərilir. Xocalı
soyqırımı ermənilərin azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirdikləri ən ağır cinayət kimi araşdırılan kitabda
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətlərin beynəlxalq
ictimaiyyətə çatdırılması, Xocalı
soyqırımına siyasi-hüquqi
qiymətin verilməsi istiqamətində görülən
işlər, xüsusilə, Xocalı faciəsinin beynəlxalq
aləmdə soyqırımı aktı kimi
tanınması məsələləri geniş
tədqiq olunur. Həmçinin,
kitabda Xocalı soyqırımının
tanınması ilə bağlı indiyə kimi
qəbul edilən sənədlər də öz
əksini tapmışdır. Əsərdə müəllif
diqqətə çatdırır ki,
Xocalı soyqırımı dünya
tarixində heç vaxt
unudulmayan Xatın, Xirosima,
Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli
soyqırımlardan heç də geri qalmır və adıçəkilən
hadisələr dinc əhalinin
soyqırımı olaraq bütün
dünyada geniş əks-səda
doğurub. Kitab Ermənistanın
etnik təmizləmə,
soyqırımı və işğalçılıq siyasətinin
dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Amerikalı
jurnalistlərə Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlər
çatdırılıb
ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb. Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə də geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır. AZƏRTAC xəbər verir ki, müsahibə zamanı erməni separatçılarının hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükləri, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdikləri, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri diqqətə çatdırılıb. Bildirilib ki, işğal nəticəsində öz torpaqlarından qovulmuş azərbaycanlı əhali ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində məcburi köçkün vəziyyətində yaşayır. Müsahibədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırda davam etdirildiyi bildirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf yeddi rayona qayıtmasını özündə ehtiva edən sülh sazişinin yaxın zamanlarda imzalanacağına ümid ifadə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hələ ki, bir nəticə vermədiyi, lakin hazırkı danışıqların davam etdirilməsinin vacib olduğu vurğulanıb, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələrin qəbul edildiyi bildirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
A.Miriyev
Palitra.-2019.-28 mart.-S.7.