“Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı
danışıqların formatının dəyişdirilməsi
ədalətsiz olardı”
Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclası keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.
Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə layihələri qəbul edilib. Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib. O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib.
“Dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür”
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər (Trend).
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar formatı ilə bağlı dəfələrlə bəyan edib ki, dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür: "Bu, təkcə bizim deyil, digər həmsədr ölkələrin də mövqeyidir".
Rusiyanın Moskvada aprelin 5-də keçirilən MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçirilməsinə təşəbbüs göstəriləcəyi halda onlara meydança verməyə hazır olub-olmadığı barədə suala gəlincə, M.Zaxarova qeyd edib ki, ümumiyyətlə, ölkələr istənilən məsələ ilə bağlı meydança vermək imkanı və ya vasitəçi rolu oynamağa görə Rusiya tərəfinə müraciət edəndə rəsmi Moskva hər zaman bu məsələlərə hörmətlə yanaşır.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı (Trend).
O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında Ermənistanın Baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib:
“Həmsədrlərin bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə sazişinin “Əsas prinsiplərini” qəbul etməyə çağırır. Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı”.
Daha sonra M.Brayza əlavə edib ki, son bəyanat ATƏT-in və Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir:
“Minsk qrupunun bu bəyanatında həmsədrlər Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur”.
Minsk qrupunun keçmiş həmsədri əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri həmsədrlərin “Əsas prinsiplərə” sadiq olmaq çağırışına əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirsə, xüsusilə də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda irəliləyiş daha çox nəzərə çarpacaq:
“Amma hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa edib-etməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən təşviq bu prosesə yardım edə bilər”.
“Paşinyan ATƏT-in Minsk Qrupunun
vasitəçiliyi üçün
problem yaradır”
Politoloq
Mübariz Əhmədoğlu
isə “Azadinform”a deyib ki, Ermənistanın
bu vaxtadək beynəlxalq aləmdə ən böyük arqumenti Dağlıq Qarabağın, özünü
müstəqil şəkildə
idarə etməsi, seçkili institutlarının,
formalaşmış iqtisadiyyatının
və ordusunun olması idi: “Guya Qarabağda nə varsa onun
özünə məxsusdur.
Bu arqumentlə Avropa İnsan Hüquqları Məhkəməsində
qaldırılmış bir
çox iddialara cavab verib. Paşinyan özü də hakimiyyətdə olduğu
qısa müddət ərzində dəfələrlə
Dağlıq Qarabağın
özünü müstəqil
idarə etdiyini, Ermənistanın Dağlıq
Qarabağa aidiyyətinin
olmadığını bildirib”.
O bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin
Paşinyanı ifşaedici
bəyanatından sonra
o, emosional və tələsik addım ataraq kifayət qədər ciddi səhvə yol verdi: “Ermənistanın
Təhlükəsizlik Şurasının
iclasını Dağlıq
Qarabağda keçirdi.
Bu Şura konstitusion
qurumdur. Dağlıq Qarabağ və Azərbaycanın digər
işğal olunmuş
ərazilərində Ermənistan
vətəndaşları hərbi
xidmətdədir. Ermənistan vətəndaşları
siyasi və iqtisadi fəaliyyətlə
məşğuldurlar. Ermənistanın ayrı-ayrı nazirləri
Dağlıq Qarabağ
və Azərbaycanın
digər işğal olunmuş ərazilərinə
səfərlər edirlər.
Amma bunların hamısına Ermənistan tərəfi müəyyən mənada
dəlil tapa bilirdi və bu tapdığı dəlilləri də müəyyən qədər
ermənipərəst hesab
olunan Qərb siyasiləri, məhkəmələri
ermənilərin dediyi
kimi qəbul edirdi”.
Politoloq
əlavə edib ki, Paşinyanın bu cəhdinə beynəlxalq aləmin, xüsusilə ATƏT-in Minsk Qrupu
həmsədrlərinin reaksiya
verməsi vacibdir: “Çünki Paşinyan
ATƏT-in Minsk Qrupunun vasitəçiliyi
üçün problem yaradır”.
“Danışıqlar yalnız
danışıqlar xatirinə
aparılmamalıdır”
Xəbər verildiyi kimi, VII Qlobal Bakı Forumunun açılışında
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi
ilə də bağlı fikir bildirdi. Beynəlxalq münasibətlər
üzrə mütəxəssis,
politoloq Nəzakət
Məmmədova “Azadinform”a
açıqlamasında deyib
ki, ölkə başçısı çıxışında
həmçinin, bütün
dünyaya, ələlxüsus
Ermənistana çox
önəmli mesajlar verib: “Danışıqlar
yalnız danışıqlar
xatirinə aparılmamalıdır.
Hazırkı status-kvo qəbuledilməzdir,
onun dəyişdirilməsi
üçün isə
Ermənistan Azərbaycan
ərazilərindən öz
qoşunlarını çıxarmalıdır”
deyərək dünyanın
diqqətini bir daha bu problemə
yönəldib. Forumun ən
mühüm əhəmiyyətli
tərəflərindən biri
də məhz budur. Bu cür
mötəbər tədbirlərdə
Ermənistanı ifşa
etmək”.
Politoloq
əlavə edib ki, Forumun əhəmiyyəti
çoxşaxəlidir, onun
siyasi-diplomatik nəticələri
Azərbaycanın beynəlxalq
münasibətlər sistemində
mövqeyini daha da gücləndirəcək:
“Uğurlu beynəlxalq
iqtisadi, mədəni,
idman layihələrinin
təşəbbüsçüsü olan və həyata
keçirilməsinə bilavasitə
rəhbərlik edən
Azərbaycan növbəti
dəfə öz iradəsini ortaya qoymuş olur. Beynəlxalq miqyasda qəbul edilən və maraq doğuran, izlənilən hər hansı bir tədbir siyasi dairələrin, güc mərkəzlərinin, dünya
ictimaiyyətinin diqqətini
istər-istəməz həmin
ölkəyə çevirir,
bu cür mühüm hadisələr
xeyli müddət müzakirə olunur, dəyərləndirilir. Azərbaycan növbəti
dəfə beynəlxalq
əhəmiyyətli bir
tədbirin təşkilini
həyata keçirmək,
ona ev sahibliyi
etməklə öz beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək,
dünyada formalaşmış
sivilizasiyaların dialoqu,
dünyanın mədəni
mərkəzlərindən biri və himayəçisi
imicini artırmış
olacaq”.
Fuad Hüseynzadə
Palitra 2019.- 16 mart.- S.11.