“Ali
məktəb müəllimlərinin elmi nailiyyətləri
kifayət qədərdir”
2018-ci
il-ci il aprel ayının 9-da Prezident İlham Əliyevin
imzaladığı Sərəncamla hər il mart
ayının 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir
Xatırladaq ki, ilk dəfə
1988-ci ildə Beynəlxalq elm və sülh həftəsinin
keçirilməsi ilə bağlı BMT Baş
Assambleyasında qətnamə qəbul olunub. O vaxt bu əlamətdar
hadisə 4-11 noyabr tarixlərinə təsadüf edib. Sülh
və inkişaf naminə Ümumdünya Elm Gününün
noyabrın 10-da qeyd olunması tarixi bununla səciyyələnir.
Azərbaycanda isə mart ayının 27-si “Elm Günü”
qeyd ediləcək. Həmin günün elm və təhsil
adamları üçün önəmi və məsuliyyəti,vəzifələri
ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər
doktoru, professor Mahirə xanım Hüseynova əməkdaşımızla
söhbət etdi.
- Mahirə xanım, ilk dəfə
olaraq Azərbaycanda Elm Günü qeyd olunacaq. Sualımıza
da bununla başlayaq: gün olaraq niyə məhz mart
ayının 27-si- seçilib- deyə, soruşmaq istərdik.
- Öncə onu deyim ki,
prezidentimizin bu Sərəncamı cəmiyyətin
inkişafında elmin rolu nəzərə alınaraq
imzalanıb. Bəli, sualınız maraqlı sualdır. Həmin
gün niyə mart ayının 27-nə düşür-
sualınıza cavab vermək üçün tarixə ekskurs
etməyimiz lazım gələcək. Onu
vurğulamağı lazım bilirəm ki, cənab
prezidentimizin fəaliyyəti dövründə tarixi
keçmişimizə ehtiram və hörməti hər məqamda
görmək mümkündür və növbəti dəfə
onun şahidi olduq. Bir çoxlarının bildiyi kimi, həmin
gün- 1945-ci il mart ayını 27-də Azərbaycan SSR Xalq
Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər
Akademiyasının yaradılması haqqında” qərarı
ilə ölkəmizdə Elmlər Akademiyasının təsisatı
rəsmiləşdirilmişdir. Yarandığı vaxtdan bəri
bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin
formalaşdırılması, dünya elminə inteqrasiya,
mühüm elmi nailiyyətlərin əldə olunması
işinə töhfələr vermişdir. Yaranan qurumun
ölkənin ədəbi-ictimai həyatındakı rolu və
xidmətlərini ümummilli lider Heydər Əliyev sonradan
belə belə ifadə edirdi: “Azərbaycan Milli Elmlər
Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan
xalqının tarixində böyük səhifədir.
Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq
Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil
və bu qədər qüvvətli, güclü, çoxsahəli
olmayıb. Elmlər Akademiyası bütün elmi potensialı
özündə cəmləyərək, xalqımızın
yaradıcılıq sahəsində nəyə qadir
olduğunu dünyaya göstəribdir”.
- Mahirə xanım, ölkəmiz
dövlət müstəqilliyi qazandıqdan sonra elmin
inkişafı ilə bağlı qanunvericilik əsasları
necə, həmin inkişaf üçün hansı təməllər
qoydu?
- Əlbəttə, qanunvericilik
bazası olmadan hansısa sahənin inkişafı barədə
nəyisə söyləmək belə yersizdir. Buna görə
də 2016-cı ildə “Elm haqqında” Azərbaycan
Respublikasının Qanununun qəbul edilməsi elm siyasətinin
aparılmasına hüquqi-siyasi təminat verdi. Qanunda elmi fəaliyyət
sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri
və prioritetləri, elmi işçilərin
hüquqları, vəzifələri və sosial müdafiəsi,
elmi müəssisələrin və təşkilatların
funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət
istiqamətləri, yüksək ixtisaslı kadr
hazırlığı sahəsində dövlət siyasətinin
əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə
sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları,
beynəlxalq elmi əməkdaşlığın yolları və
sair kimi məsələlər öz əksini
tapmışdır. Yekun olaraq, Prezident İlham Əliyevin həyata
keçirdiyi elm siyasəti fonunda daha məsuliyyətlə
addımlayır, yeni elmi nailiyyətlərə imza atır.
Onu da deyim ki, ölkəmizdə bu sahədə
inkişafı sürətləndirmək üçün,
xüsusilə, gənclərin iştirakı ilə müxtəlif
layihələr həyata keçirilir.
- Mahirə xanım, bəs
prezidentin sərəncamı ilə elan edilən gün ali məktəb
kollektivi üçün nə deməkdir?
- Əlbəttə, ali məktəblərin
birbaşa təyinatı və vəzifəsi sosial həyat,
iqtisadiyyat üçün yüksək səviyyəli kadrlar
hazırlamaqdan ibarət olsa da o, elmi araşdırmalar aparmaq,
elmin inkişafında konkret nəticələrə nail olmaq
kimi missiyanın daşıyıcıları olan kollektivdir.
Onu da qeyd edək ki, bu missiyada ali məktəblərin müəllim-professor
heyəti ilə bərabər, Tələbə Elmi Cəmiyyətlərində
birləşən tələbələr də yaxından
iştirak edirlər. O barədə danışmağı
lazım bilirəm ki, hələ ötən əsrin 20-ci illərindən
Azərbaycanda ali məktəblərin qarşısında
duran vəzifə ancaq mütəxəssis
hazırlığı ilə məhdudlaşmırdı,
oralarda həm də elmi tədqiqatlar aparılırdı. Bu
gün birmənalı demək olar ki, Azərbaycan elminin
inkişaf yolu ali məktəblərdən başlayıb.
İstər bu günkü Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti,
Gəncə Dövlət Universiteti və digər ali məktəblər
uzun müddət ərzində ancaq təhsil deyil, həmçinin
elm ocağı olublar. Yeri gəlmişkən, onu da
vurğulamaq istərdim ki, Azərbaycan elmində bu gün fəxr
etdiyimiz nailiyyətlərin çoxu məhz həmin ali məktəblərdə
çalışmış fədakar insanların adı ilə
bağlıdır.
- Mahirə xanım, yeri gəlmişkən,
həmin insanlar cərgəsində sizin universitetin, bu gün
rəhbərlik etdiyiniz fakültənin təmsilçiləri
haqqında məlumat verməyiniz maraqlı olardı.
-Böyük məmnuniyyətlə
o tarixi faktı yada sılım ki, bu günkü unuvesitetimiz
1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri
Nəriman Nərimanovun imzaladığı dekret əsasında
6 nəfər tələbə ilə fəaliyyətə
başlayıb. 6 nəfər tələbə ilə fəaliyyətə
başlayan ali təhsil müəssisəsi indiyəcən fəaliyyəti
ərzində 150 mindən çox müəllim
hazırlamışdır ki, onların arasından sonralar
çox parlaq elm adamları çıxmışdır. O
faktı xüsusi qürur hissi ilə oxuculara
xatırladıram ki, bu günkü Milli Elmlər
Akademiyamızın prezidentlərindən 3 nəfər- Yusif Məmmədəliyev,
Zahid Xəlilov və Həsən Abdullayev universitetimizin məzunları
olmuşlar. Azərbaycan elmində universitetin
oynadığı rol haqqında danışarkən
universitetimizin adı ilə bağlı olan, təkcə
ölkəmizdə deyil, onun sərhədlərindən də
kənarda kifayət qədər tanınan şəxslərin
adını yada salmaq istəyirəm: pedaqogika və psixologiya
üzrə Ə.Seyidov, M. Mehdizadə, M. Muradxanov; riyaziyyat
üzrə M. Əfəndiyev, M. Cavadov, İ.İbrahimov;
fizika üzrə A.Abbasov, S. İmanov, M. Murquzov; filologiya
üzrə B. Çobanzadə, M. Şirəliyev, Ə. Dəmiçizadə,
M. Rəfili, Ə.Sultanlı, H. Araslı, F. Qasımzadə,
F. Fərhadov, A. Qurbanov, H. Mirzəyev və onlarla parlaq alimin
adlarını çəkə bilərəm.
Bilirsiniz, elmdə və təhsildə
ənənəvilik deyilən bir anlayış var və bu
gün universitetdə çalışan hər kəs bu
qocaman ali məktəbdə illərlə formalaşan
yaxşı ənənələrin nəinki qorunmasına, həmçinin
onun yaradıcılıqla inkişafına
çalışır.
- Fakültədə elmi
axtarışlar barədə nə deyə bilərdiniz,
ümumiyyətlə, elmi nailiyyətlər üçün
hansı bazanız var?
- Əlbəttə, bizim vəzifəmiz
ilk növbədə müasir tələblərə cavab verən
müəllimlər hazırlamaqdır. Yeri gəlmişkən,
universitetimizə üç il əvvəl rektor təyin
edilmiş tarix elmləri doktoru, professor Cəfər Cəfərov
işə başlaığı ilk vaxtlardaca, kollektivə təqdim
edilərkən ali təhsil ocağında illərlə
yaradılan ənənələrin qorunmasının vacibliyini
vurğulamaqla bərabər, qarşıda qoyulan vəzifələrdən
də söz açdı: Universitetə yüksək
bacarıqlara malik tələbələrin cəlb edilməsi
və tələbələr üçün universitet məmnunluğuna
nail olmaq. Həmin tələblər bu gün də
universitetimiz üçün aktual olaraq qalır və
artıq ilk uğurlardan da danışa bilərik. Fakültəmizdə
1500-ə yaxın tələbə təhsil alır ki,
onların yüz nəfəri magistratura pilləsi üzrə
oxuyur, onların təhsili ilə 24 elmlər doktoru, professor, 1
fəlsəfə doktoru, professor, 46 fəlsəfə doktoru,
dosent məşğul olur. Faküləmiz üçün
prioritet vəzifə ilk növbədə layiqli müəllimlərin
hazırlanması olmaqla bərabər, elmi
axtarışların və konkret nəticələrin ortaya
qoyulması da arxa planda dayanmır. Bunun üçün
universitetdə olduğu kimi, fakültəmizdə də
geniş imkanlar var. Müasir Azərbaycan dili, Azərbaycan
dilçiliyi, Azərbaycan və dünya ədəbiyyatı
, Ədəbiyyat və onun tədrisi metodikası , Azərbaycan
dili və onun tədrisi metodikası, İngilis dili, İngilis
dili və onun metodikası, Xarici dillər və onların tədrisi
metodikası kafedraları, “Türk araşdırmaları” və
“Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyaları var və bu
qurumlar tədris işinin normal şəkildə qurulması
ilə bərabər, elmi işlərlə də məşğul
olmaq imkanı verir. Ortadakı faktlar göstərir ki,
fakültəmizin əməkdaşları həmin imkanlardan
kifayət qədər yararlanırlar.
- Mahirə xanım, rəhbərlik
etdiyiniz filologiya fakültəsinin istər ölkə daxilində,
istərsə də sərhədlərimizdən kənarda
elmi və təcrübi əlaqələrdən danışa
bilərsiniz?
- Bir daha o faktı yada
salıram ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti
ölkəmizin ən qədim ali təhsil ocaqlarından
biridir və yarandığı ilk vaxtlardan etibarən digər
elmi-pedaqoji müəssisələrlə
qarşılıqlı əməkdaşlıq ənənələri
olan müəssisədir. Əlbəttə, filologiya fakültəsi
də həmin ənənələrin içində
formalaşıb. İlk olaraq qeyd edim ki, Azərbaycan Milli Elmlər
Akademiyasnın Nizami adına Ədəbiyyat və Nəsimi
adına Dilçilik İnstitutları, Bakı Dövlət,
Bakı Slavyan, Azərbaycan Dillər universitetləri və digər
təhsil ocaqları ilə fakültəmiz səmərəli
əməkdaşlıq əlaqələri qurub. Ümumilikdə
isə ADPU-nun Atatürk Universiteti (Erzurum, Türkiyə),
M.X.Dulati adına Taraz Dövlət Universiteti (Taraz,
Qazaxıstan), Hacettepe Universiteti (Ankara, Türkiyə),
Naberejnye Çelnıy Dövlət Pedaqoji Universiteti
(Tatarıstan, Rusiya), Selçuk Universiteti (Konya, Türkiyə),
Final Beynəlxalq Universiteti (Şimali Kipr Türk
Respublikası), Cənubi Qazaxıstan Pedaqoji Universiteti
(Şimkent, Qazaxıstan), Akmulla adına Başqırdstan
Dövlət Pedaqoji Universiteti (Ufa, Rusiya), Kazan Federal Universitetinin
Elabuj İnstitutu ( Tatarıstan, Rusiya), Cenevrə Akademik Mərkəzi
( Cenevrə, İsveçrə), Bihac Universiteti ( Bosniya
Herseqovina), Nizami adına Daşkənd Dövlət Pedaqoji
Universiteti ( Daşkənd, Özbəkistan) və digər ali
təhsil müəssisələri ilə əməkdaşlığı
çərçivəsində fakültəmizin çox səmərəli
əməkdaşlıq əlaqələri var.
Beynəlxalq əlaqələrin
ən gözəl nümunəsi isə universitetimizdə
2017-ci ildə Türksoy kafedrasının yaradılması ilə
yeni keyfiyyət müstəvisinə daxil oldu. Yeri gəlmişkən,
universitetimizin rektoru, professor Cəfər Cəfərovun səyləri
nəticəsində ADPU ilə Türksoy arasında təhsil
və mədəniyyət sahəsində əməkdaşlıq
protokolu əsasında yaradılan Türksoy kafedrası əməkdaşlıq
üçün yeni imkanlar yaratdı. Türksoya üzv olan
ölkələr arasında mədəni əlaqələri
və elmi-mədəni mübadiləni təmin etmək,
türk mədəniyyəti ilə bağlı elmi
araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr
hazırlamaq, inkişaf etdirmək və
qarşılıqlı əməkdaşlıq öz əksini
tapıb. Onu da qeyd edim ki, fakültəmizin əməkdaşları
əməkdaşlıq etdiyimiz ali təhsil məktəblərində
təşkil edilən beynəlxalq elmi konfranslar və
simpoziumlarda yaxından iştirak edir, öz elmi məruzələri
və çıxışları fərqlənirlər.
Ümumilikdə isə onu deyə
bilərəm ki, həm ölkədaxili, həm də ölkəmizdən
kənarda qurduğumuz əməkdaşlıq münasibətlərinin
konkret nəticələrə hesablanan perspektivləri elmi və
pedaqoji araşdırmalara impuls verir.
Günel Nəcəfova
“Ali
məktəb müəllimlərinin elmi nailiyyətləri
kifayət qədərdir”
2018-ci il-ci il aprel ayının 9-da
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla
hər il mart ayının 27-si Azərbaycanda “Elm günü”
kimi qeyd edilir
Xatırladaq ki, ilk dəfə 1988-ci ildə Beynəlxalq
elm və sülh həftəsinin keçirilməsi ilə
bağlı BMT Baş Assambleyasında qətnamə qəbul
olunub. O vaxt bu əlamətdar hadisə 4-11 noyabr tarixlərinə
təsadüf edib. Sülh və inkişaf naminə
Ümumdünya Elm Gününün noyabrın 10-da qeyd
olunması tarixi bununla səciyyələnir. Azərbaycanda isə
mart ayının 27-si “Elm Günü” qeyd ediləcək. Həmin
günün elm və təhsil adamları üçün
önəmi və məsuliyyəti,vəzifələri ilə
bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər
doktoru, professor Mahirə xanım Hüseynova əməkdaşımızla
söhbət etdi.
- Mahirə xanım, ilk dəfə olaraq
Azərbaycanda Elm Günü qeyd olunacaq. Sualımıza da
bununla başlayaq: gün olaraq niyə məhz mart
ayının 27-si- seçilib- deyə, soruşmaq istərdik.
- Öncə onu deyim ki, prezidentimizin bu Sərəncamı
cəmiyyətin inkişafında elmin rolu nəzərə
alınaraq imzalanıb. Bəli, sualınız maraqlı
sualdır. Həmin gün niyə mart ayının 27-nə
düşür- sualınıza cavab vermək
üçün tarixə ekskurs etməyimiz lazım gələcək.
Onu vurğulamağı lazım bilirəm ki, cənab
prezidentimizin fəaliyyəti dövründə tarixi
keçmişimizə ehtiram və hörməti hər məqamda
görmək mümkündür və növbəti dəfə
onun şahidi olduq. Bir çoxlarının bildiyi kimi, həmin
gün- 1945-ci il mart ayını 27-də Azərbaycan SSR Xalq
Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər
Akademiyasının yaradılması haqqında” qərarı
ilə ölkəmizdə Elmlər Akademiyasının təsisatı
rəsmiləşdirilmişdir. Yarandığı vaxtdan bəri
bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin
formalaşdırılması, dünya elminə inteqrasiya,
mühüm elmi nailiyyətlərin əldə olunması
işinə töhfələr vermişdir. Yaranan qurumun
ölkənin ədəbi-ictimai həyatındakı rolu və
xidmətlərini ümummilli lider Heydər Əliyev sonradan
belə belə ifadə edirdi: “Azərbaycan Milli Elmlər
Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan
xalqının tarixində böyük səhifədir.
Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq
Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil
və bu qədər qüvvətli, güclü, çoxsahəli
olmayıb. Elmlər Akademiyası bütün elmi potensialı
özündə cəmləyərək, xalqımızın
yaradıcılıq sahəsində nəyə qadir
olduğunu dünyaya göstəribdir”.
- Mahirə xanım, ölkəmiz
dövlət müstəqilliyi qazandıqdan sonra elmin
inkişafı ilə bağlı qanunvericilik əsasları
necə, həmin inkişaf üçün hansı təməllər
qoydu?
- Əlbəttə, qanunvericilik
bazası olmadan hansısa sahənin inkişafı barədə
nəyisə söyləmək belə yersizdir. Buna görə
də 2016-cı ildə “Elm haqqında” Azərbaycan
Respublikasının Qanununun qəbul edilməsi elm siyasətinin
aparılmasına hüquqi-siyasi təminat verdi. Qanunda elmi fəaliyyət
sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri
və prioritetləri, elmi işçilərin
hüquqları, vəzifələri və sosial müdafiəsi,
elmi müəssisələrin və təşkilatların
funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət
istiqamətləri, yüksək ixtisaslı kadr
hazırlığı sahəsində dövlət siyasətinin
əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə
sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları,
beynəlxalq elmi əməkdaşlığın yolları və
sair kimi məsələlər öz əksini
tapmışdır. Yekun olaraq, Prezident İlham Əliyevin həyata
keçirdiyi elm siyasəti fonunda daha məsuliyyətlə
addımlayır, yeni elmi nailiyyətlərə imza atır.
Onu da deyim ki, ölkəmizdə bu sahədə
inkişafı sürətləndirmək üçün,
xüsusilə, gənclərin iştirakı ilə müxtəlif
layihələr həyata keçirilir.
-
Mahirə xanım, bəs prezidentin sərəncamı ilə
elan edilən gün ali məktəb kollektivi üçün
nə deməkdir?
- Əlbəttə, ali məktəblərin
birbaşa təyinatı və vəzifəsi sosial həyat,
iqtisadiyyat üçün yüksək səviyyəli kadrlar
hazırlamaqdan ibarət olsa da o, elmi araşdırmalar aparmaq,
elmin inkişafında konkret nəticələrə nail olmaq
kimi missiyanın daşıyıcıları olan kollektivdir.
Onu da qeyd edək ki, bu missiyada ali məktəblərin müəllim-professor
heyəti ilə bərabər, Tələbə Elmi Cəmiyyətlərində
birləşən tələbələr də yaxından
iştirak edirlər. O barədə danışmağı
lazım bilirəm ki, hələ ötən əsrin 20-ci illərindən
Azərbaycanda ali məktəblərin qarşısında
duran vəzifə ancaq mütəxəssis
hazırlığı ilə məhdudlaşmırdı,
oralarda həm də elmi tədqiqatlar aparılırdı. Bu
gün birmənalı demək olar ki, Azərbaycan elminin
inkişaf yolu ali məktəblərdən başlayıb.
İstər bu günkü Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti,
Gəncə Dövlət Universiteti və digər ali məktəblər
uzun müddət ərzində ancaq təhsil deyil, həmçinin
elm ocağı olublar. Yeri gəlmişkən, onu da
vurğulamaq istərdim ki, Azərbaycan elmində bu gün fəxr
etdiyimiz nailiyyətlərin çoxu məhz həmin ali məktəblərdə
çalışmış fədakar insanların adı ilə
bağlıdır.
-
Mahirə xanım, yeri gəlmişkən, həmin insanlar cərgəsində
sizin universitetin, bu gün rəhbərlik etdiyiniz fakültənin
təmsilçiləri haqqında məlumat verməyiniz
maraqlı olardı.
-Böyük məmnuniyyətlə
o tarixi faktı yada sılım ki, bu günkü unuvesitetimiz
1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri
Nəriman Nərimanovun imzaladığı dekret əsasında
6 nəfər tələbə ilə fəaliyyətə
başlayıb. 6 nəfər tələbə ilə fəaliyyətə
başlayan ali təhsil müəssisəsi indiyəcən fəaliyyəti
ərzində 150 mindən çox müəllim
hazırlamışdır ki, onların arasından sonralar
çox parlaq elm adamları çıxmışdır. O
faktı xüsusi qürur hissi ilə oxuculara
xatırladıram ki, bu günkü Milli Elmlər
Akademiyamızın prezidentlərindən 3 nəfər- Yusif Məmmədəliyev,
Zahid Xəlilov və Həsən Abdullayev universitetimizin məzunları
olmuşlar. Azərbaycan elmində universitetin
oynadığı rol haqqında danışarkən
universitetimizin adı ilə bağlı olan, təkcə
ölkəmizdə deyil, onun sərhədlərindən də
kənarda kifayət qədər tanınan şəxslərin
adını yada salmaq istəyirəm: pedaqogika və psixologiya
üzrə Ə.Seyidov, M. Mehdizadə, M. Muradxanov; riyaziyyat
üzrə M. Əfəndiyev, M. Cavadov, İ.İbrahimov;
fizika üzrə A.Abbasov, S. İmanov, M. Murquzov; filologiya
üzrə B. Çobanzadə, M. Şirəliyev, Ə. Dəmiçizadə,
M. Rəfili, Ə.Sultanlı, H. Araslı, F. Qasımzadə,
F. Fərhadov, A. Qurbanov, H. Mirzəyev və onlarla parlaq alimin
adlarını çəkə bilərəm.
Bilirsiniz, elmdə və təhsildə
ənənəvilik deyilən bir anlayış var və bu
gün universitetdə çalışan hər kəs bu
qocaman ali məktəbdə illərlə formalaşan
yaxşı ənənələrin nəinki qorunmasına, həmçinin
onun yaradıcılıqla inkişafına
çalışır.
-
Fakültədə elmi axtarışlar barədə nə deyə
bilərdiniz, ümumiyyətlə, elmi nailiyyətlər
üçün hansı bazanız var?
- Əlbəttə, bizim vəzifəmiz
ilk növbədə müasir tələblərə cavab verən
müəllimlər hazırlamaqdır. Yeri gəlmişkən,
universitetimizə üç il əvvəl rektor təyin
edilmiş tarix elmləri doktoru, professor Cəfər Cəfərov
işə başlaığı ilk vaxtlardaca, kollektivə təqdim
edilərkən ali təhsil ocağında illərlə
yaradılan ənənələrin qorunmasının
vacibliyini vurğulamaqla bərabər, qarşıda qoyulan vəzifələrdən
də söz açdı: Universitetə yüksək
bacarıqlara malik tələbələrin cəlb edilməsi
və tələbələr üçün universitet məmnunluğuna
nail olmaq. Həmin tələblər bu gün də
universitetimiz üçün aktual olaraq qalır və
artıq ilk uğurlardan da danışa bilərik. Fakültəmizdə
1500-ə yaxın tələbə təhsil alır ki,
onların yüz nəfəri magistratura pilləsi üzrə
oxuyur, onların təhsili ilə 24 elmlər doktoru, professor, 1
fəlsəfə doktoru, professor, 46 fəlsəfə doktoru,
dosent məşğul olur. Faküləmiz üçün
prioritet vəzifə ilk növbədə layiqli müəllimlərin
hazırlanması olmaqla bərabər, elmi
axtarışların və konkret nəticələrin ortaya
qoyulması da arxa planda dayanmır. Bunun üçün
universitetdə olduğu kimi, fakültəmizdə də
geniş imkanlar var. Müasir Azərbaycan dili, Azərbaycan
dilçiliyi, Azərbaycan və dünya ədəbiyyatı
, Ədəbiyyat və onun tədrisi metodikası , Azərbaycan
dili və onun tədrisi metodikası, İngilis dili, İngilis
dili və onun metodikası, Xarici dillər və onların tədrisi
metodikası kafedraları, “Türk araşdırmaları” və
“Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyaları var və bu
qurumlar tədris işinin normal şəkildə qurulması
ilə bərabər, elmi işlərlə də məşğul
olmaq imkanı verir. Ortadakı faktlar göstərir ki,
fakültəmizin əməkdaşları həmin imkanlardan
kifayət qədər yararlanırlar.
-
Mahirə xanım, rəhbərlik etdiyiniz filologiya fakültəsinin
istər ölkə daxilində, istərsə də sərhədlərimizdən
kənarda elmi və təcrübi əlaqələrdən
danışa bilərsiniz?
- Bir daha o faktı yada
salıram ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti
ölkəmizin ən qədim ali təhsil ocaqlarından
biridir və yarandığı ilk vaxtlardan etibarən digər
elmi-pedaqoji müəssisələrlə
qarşılıqlı əməkdaşlıq ənənələri
olan müəssisədir. Əlbəttə, filologiya fakültəsi
də həmin ənənələrin içində
formalaşıb. İlk olaraq qeyd edim ki, Azərbaycan Milli Elmlər
Akademiyasnın Nizami adına Ədəbiyyat və Nəsimi
adına Dilçilik İnstitutları, Bakı Dövlət,
Bakı Slavyan, Azərbaycan Dillər universitetləri və digər
təhsil ocaqları ilə fakültəmiz səmərəli
əməkdaşlıq əlaqələri qurub. Ümumilikdə
isə ADPU-nun Atatürk Universiteti (Erzurum, Türkiyə),
M.X.Dulati adına Taraz Dövlət Universiteti (Taraz,
Qazaxıstan), Hacettepe Universiteti (Ankara, Türkiyə), Naberejnye
Çelnıy Dövlət Pedaqoji Universiteti (Tatarıstan,
Rusiya), Selçuk Universiteti (Konya, Türkiyə), Final Beynəlxalq
Universiteti (Şimali Kipr Türk Respublikası), Cənubi
Qazaxıstan Pedaqoji Universiteti (Şimkent, Qazaxıstan), Akmulla
adına Başqırdstan Dövlət Pedaqoji Universiteti (Ufa,
Rusiya), Kazan Federal Universitetinin Elabuj İnstitutu ( Tatarıstan,
Rusiya), Cenevrə Akademik Mərkəzi ( Cenevrə,
İsveçrə), Bihac Universiteti ( Bosniya Herseqovina), Nizami
adına Daşkənd Dövlət Pedaqoji Universiteti ( Daşkənd,
Özbəkistan) və digər ali təhsil müəssisələri
ilə əməkdaşlığı çərçivəsində
fakültəmizin çox səmərəli əməkdaşlıq
əlaqələri var.
Beynəlxalq əlaqələrin
ən gözəl nümunəsi isə universitetimizdə
2017-ci ildə Türksoy kafedrasının yaradılması ilə
yeni keyfiyyət müstəvisinə daxil oldu. Yeri gəlmişkən,
universitetimizin rektoru, professor Cəfər Cəfərovun səyləri
nəticəsində ADPU ilə Türksoy arasında təhsil
və mədəniyyət sahəsində əməkdaşlıq
protokolu əsasında yaradılan Türksoy kafedrası əməkdaşlıq
üçün yeni imkanlar yaratdı. Türksoya üzv olan
ölkələr arasında mədəni əlaqələri
və elmi-mədəni mübadiləni təmin etmək,
türk mədəniyyəti ilə bağlı elmi
araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr
hazırlamaq, inkişaf etdirmək və
qarşılıqlı əməkdaşlıq öz əksini
tapıb. Onu da qeyd edim ki, fakültəmizin əməkdaşları
əməkdaşlıq etdiyimiz ali təhsil məktəblərində
təşkil edilən beynəlxalq elmi konfranslar və
simpoziumlarda yaxından iştirak edir, öz elmi məruzələri
və çıxışları fərqlənirlər.
Ümumilikdə isə onu deyə
bilərəm ki, həm ölkədaxili, həm də ölkəmizdən
kənarda qurduğumuz əməkdaşlıq münasibətlərinin
konkret nəticələrə hesablanan perspektivləri elmi və
pedaqoji araşdırmalara impuls verir.
Günel Nəcəfova
Palitra
2019.- 28 mart.- S.12.