Hər iki universitetin təhsil sisteminin özünə görə üstünlükləri var

İbrahim Babayev: “İmtahanların yazılı keçirilməsi tələbələrin dərsləri rahat mənimsəməsi fikirlərini düzgün ifadə etməsi baxımından daha faydalıdır

“UNEC-dən dünyayalayihəsinin növbəti iştirakçısı UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi İbrahim Babayevdir. İ.BabayevMevlanamübadilə proqramı çərçivəsində Türkiyənin Səlcuq Universitetində təhsil alıb. “UNEC News” İbrahim Babayevlə müsahibəni təqdim edir:

- Türkiyənin Səlcuq universitetini seçməyinizin səbəbini bilmək istərdik.

- Mübadilə üçün bir neçə universitetdə təhsil almaq şansım var idi. Mən araşdırma apardım Selcuq universitetinin müxtəlif istiqamətlər üzrə yüksək təhsil verən 21 fakültəsi ilə Türkiyənin ən qədim ali təhsil müəssisələrindən biri olduğunu öyrəndim. Ona görə mübadilə üçün seçimimdə Səlcuq Universitetinin üzərində dayandım. Mənimlə birlikdə UNEC-in iki tələbəsi həmin universiteti seçdi biz üçümüz payız semestrində təhsilimizi Səlcuq Universitetdə davam etdirdik.

- UNEC-dəki tədrislə Səlcuq universitetində hansı oxşar fərqli cəhətlər var?

- Tədris metodları imtahan sistemlərində böyük fərqliliklər var. Tələbələrin semestr ərzində sərbəst hazırlamaq, seminar qiyməti almaq kimi məcburiyyətləri yoxdur. Ümumiyyətlə, hər bir dərs Səlcuq Universitetində həftədə bir dəfə olmaqla, mühazirə formatında keçilir seminar deyə bir anlayış yoxdur. Qiymətləndirmə isə semestr ərzində keçirilən 2 imtahana (vizeler finallar) əsasən aparılır. İmtahanların yazılı, yaxud test üsulu ilə keçirilməsi isə müəllimdən asılıdır imtahanlardan öncə suallar tələbələrə verilmir. Bundan əlavə, tələbələrin dərsə davamiyyət məcburiyyəti yoxdur. Tədris sistemindəki fərqliliklər mənim üçün yeni olsa da hər iki universitetin təhsil sisteminin özünə görə üstünlükləri olduğunu düşünürəm. UNEC- ilboyu müxtəlif araşdırmalar edir dərslərdə fəal iştirak edirsənsə, Səlcuq Universitetində daha çox imtahana yönəlik bir semestr keçirirsən.

- Dərslərdə imtahanlarda hər hansı çətinliyiniz oldumu?

- İlk zamanlar uyğunlaşmaqda bir az çətinlik çəksəm tez bir zamanda dərslərə alışdım. Amma ümumilikdə heç bir çətinliyim olmadı. Dərslərdə hər hansı problem olduqda müəllimlər bizə yardımçı olurdu.

- Müəllimlərin tədris metodikası necə idi, mühazirələrdə daha çox nəyə üstünlük verirlər?

- Müəllimlər dərsləri maraqlı çoxşaxəli tədris edirlər. Tədrisdə mənim üçün yeni olan isə müəllimlərin bəzən kitabda verilən məlumatlardan əlavə, digər mövzulara da toxunmasıdır. Buna görə mühazirələrdə tələbələrin öz qeydlərini aparması şərtdir. Mühazirələrdə müəllimlər dərsi tələbələrə sadə yolla izah etməyə çalışırlar. Terminlərlə dolu, çətin anlaşılan sözlərdən uzaq mühazirələr keçirlər.

- İmtahanları necə verdiniz?

- İmtahanların hamısını müvəffəqiyyətlə başa vurdum. İmtahanın üsulu isə müəllimdən müəllimə fərqlənir. Universitetdə bir çox müəllimlər test üsulu ilə imtahana üstünlük versələr , yazılı imtahan keçirənlər var idi.

- Bəs siz imtahanların hansı üsulla keçirilməsini istərdiniz?

- Test üsulu hər qədər tələbələr üçün rahat görünsə , məncə, imtahanların yazılı keçirilməsi tələbələrin dərsləri rahat mənimsəməsi fikirlərini düzgün ifadə etməsi baxımından daha faydalıdır. Təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbində imtahanlar yazılı keçirilir düşünürəm ki, bu fakültəmizdəki tələbələrin daha savadlı olmasına təsir edən əsas amillərdəndir.

- Səlcuq Universitetində daha çox xoşunuza gələn oldu?

- Səlçuq universitetinin şəhərin səs-küylü mərkəzindən uzaqda böyük kampusunun olması həmin kampusda tələbələr üçün yaradılan şəraiti ən xoşuma gələn cəhətlərindən biri idi. Kampus tələbə yataqxanaları, yeməkxanalar, 24 saat fəaliyyət göstərən kitabxana, əyləncə, ümumiyyətlə hər şeylə təchiz olunub. Hazırda UNEC- dünyanın aparıcı universitetlərinin kitabxanasına, elektron resurslarına çıxış imkanı olan 24/7 kitabxana fəaliyyət göstərir.

- Universitetdə nəyin dəyişməsini istərdiniz?

- Dərsə davamiyyətin ləğv olunmasını...

- Tələbələrlə münasibət necə qurulub?

- Səlcuq Universitetində həm Türkiyənin, həm dünyanın müxtəlif ölkələrindən olan tələbələr təhsil alır. İstər xarici, istərsə türk tələbələri ilə çox yaxşı münasibətlərimiz var idi. Xüsusilə türk tələbələr universitetdə yaranan çətinliklər zamanı bizə köməklik göstərirdilər.

- Asudə vaxtlarınızı necə keçirirdiniz?

- Həftə içi asudə vaxtlarımızı kampusdakı əyləncə məkanlarında keçirirdik. Həftə sonları isə digər ölkələrdən mübadilə proqramı ilə gələn tələbələrlə Konyanın mərkəzinə, bəzən Türkiyənin digər şəhərlərinə səyahət edirdik.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyərdiniz?

- Gələcəklə bağlı planım öz şəxsi biznesimin olmasıdır. Amma hansı sahədə, nə cür biznes olacağı ilə bağlı isə tam qərar verməmişəm, çünki planlarım çoxdurbu planlar da tez-tez dəyişir.

- Tələbələrə tövsiyəniz...

- Hər bir tələbəyə mübadilə proqramında iştirak etməyi tövsiyə edirəm. Mübadilə proqramında iştirak etməklə fərqli mədəniyyət, fərqli ölkələrdən olan insanları tanıyırsınız, eyni zamanda fərqli təhsil sistemləri ilə biliklərinizi daha da genişləndirirsiniz.

Anar

Palitra  2019.- 29 mart.- S.13.