"Başqa ölkədə yaşasaq da, adət-ənənələrimizi nəsildən-nəsilə ötürürük"

 

İnsan taleyi bəzən fırtınaya düşmüz gəmiyə bənzəyir. Gəmi çətinliklə də olsa, sahilə yan alır, lövbər salır, amma gəmidə sağ qalanların  taleyi  naməlum qalır. Bu naməlumluq içərisində sağ qalmaq, yaşamaqyaşamaq uğrunda mübarizə aparmaq çox çətindir. Xüsusilə, 1937-ci ildə repressiyaya məruz qalmış insan taleləri naməlumluqdan qaranlığa qərq oldu. Qaranlıqda ümid işığı o qədər az sezilirdi ki, gözləri ona dikib yaşamaq, ölməmək üçün tükənməz iradə və dözüm lazım idi. Qazaxıstanda yaşayan həmyerlimiz Arzu Qurbanovanın anasının valideynləri də vaxtilə repressiyaya məruz qalıblar. Sürgün olunan ailə üçün Qazaxıstan Azərbaycandan sonra ikinci doğma Vətənə çevrilib.  

 

- Arzu xanım,  valideynlərinizin bu ölkəyə gəlişi necə baş verib?

 

- Mən bu barədə kiçik bir tarixçə danışacam. Mənim anamın valideynləri 1937-ci ildə keçmiş Naxçıvan   SSRİ-nin Cəhri kəndindən Qazaxıstanın Çimkənd vilayətinin Çulakkurqan kəndinə repressiya olunublar.  Sürgündə olarkən, 1951-ci ildə  anam Roza Qurbanova  dünyaya gəlib. O, ailənin yeganə qız övladı olub. Repressiya dövrü başa çatdıqdan sonra mənim qohumlarım Azərbaycana birdəfəlik köçmədilər. Amma tez-tez Azərbaycana, doğma Vətənimizə baş çəkirdik.  Bu səfərlərin birində anam atamla tanış oldu. Atamın ailəsi babamgilə  elçi gəldilər, amma  anam evin yeganə övladı olduğuna görə, babam onun uzaqda ailə qurmasını istəmirdi. Atamsa anamı çox sevirdi, elə bu məhəbbət naminə o, anamla ailə qurduqdan sonra  Qazaxıstana köçdü.

 

- Siz Qazaxıstanda dünyaya gəlmisinizmi?

 

- Əslində,  mən Naxçıvan Muxtar Respublikasında dünyaya gəlmişəm. Çox maraqlı hadisə baş vermişdi. Təsadüfən valideynlərim həmin ərəfədə Qazaxıstandan  Naxçıvana qonaq gəlmişdilər. Mən ev şəraitində dünyaya gəldim, sənədləşmə isə Qazaxıstanda aparıldı. Doğum şəhadətnaməmdə anadan olduğum yer Qazaxıstan qeyd olunub.

 

- Valideynlərinizin peşəsi nə olub?

 

- Atam Arif Qurbanov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışıb. Hazırda təqaüdçüdür.  Anam Roza Qurbanova  rus dili və ədəbiyyatı müəllimi olub. Çox təəssüf ki, anam  1995-ci ildə dünyasını dəyişib.

 

- Ailədə necə uşaq olmusunuz?

 

- Ailədə 2 uşaq olmuşuq:  mən və qardaşım. Qardaşım Fərhad Qurbanov 1974-cü ildə dünyaya gəlib. O, ixtisasca hüquqşünasdır, evlidir, 5 övladı var.

 

- Uşaqlıq və gənclik illəriniz barədə danışardınız?

 

- Anamı itirməyənə qədər  xoşbəxt uşaqlıq və gənclik illərim olub. Onun ölümü məni bərk sarsıtdı. Valideynlərim bütün arzularımı yerinə yetiriblər və  mənə gözəl tərbiyə veriblər. Məktəbdə çox yaxşı oxumuşam, təhsilimi  gümüş medalla başa vurmuşam. Valideynlərim yüksək təhsil almağımız üçün hər bir şərait yaratmışdılar. Məktəbdə oxuduğum dövrdə bütün tədbirlərdə, olimpiadalarda, yarışlarda iştirak edirdim, əksər hallarda birincilik qazanırdım. Vaxtımın çox  hissəsini kitabxanada  müxtəlif janrlarda çap olunmuş kitablar oxumaqla keçirirdim.  Bununla  yanaşı, anam  məni ev işləri görməyi də öyrədib. Evdə 3 dildə  - Azərbaycan, rusqazax  dillərində danışmışıq. Ailəmiz həm  Azərbaycan, həm də  qazax adət-ənənələrini yaşadıb.  Evimizdə anam  Azərbaycan və qazax mətbəxinə məxsus xörəklər  bişirib.  Başqa ölkədə yaşasaq da, adət-ənənələrimizi nəsildən-nəsilə ötürürük.  Tələbəliyim də  çox gözəl keçib. Qabaqcıl  tələbə olmuşam və müxtəlif  millətdən olan  çoxlu  dostlarım var.

 

- Siz ingilis dili müəllimisiniz, bu sahəyə maraq necə yarandı?

 

- Mən hesab edirəm ki, dilləri öyrənmək mənə daxilimdən gəlir. Bir neçə dildə danışa bilirəm. Bu xüsusiyyət  anamdan keçib. Uşaqlıqdan ingilis dilini sevmişəm. İngilis dilində mahnı şerlər öyrənməyə çalışardım. O vaxtlar ingilis dilini öyrənmək üçün imkanlar məhdud idi, kurslar yox idi. Təəssüf ki,  ingilis dilini biz məktəb proqramı çərçivəsində öyrənmişik. Kitabxanalarda kitab yox idi, mağazalarda bu dildə kitab tapmaq olmurdu, internet şəbəkəsi yaradılmamışdı. O vaxtlar Beynəlxalq Dostluq Klubu fəaiyyət göstərirdi. Bu klubda mən ingiltərəlilərlə məktublaşdım. Onlar mənə şeir, nağıl kitabları göndərirdilər.Bununla da mən ingilis dili ilə yaxından maraqlanmağa başladım. Artıq ixtisas seçmək vaxtı çatanda ingilis dilini öyrənmək bilmək üstünlük  hesab olunurdu.

 

- Bir qədər pedaqoji fəaliyyətinizdən söhbət açardınız? kimi uğurlarınız var?

 

- Bu illər ərzində həm pedaqoji, həm ictimai işlərdə bacardığım qədər  fəal olmağa çalışmışam. 1999-cu ildən Mardan Saparbayev adına İnstitutun  filologiya kafedrasının ingilis dili müəllimiyəm.  2002-2003-cü illərdə İnstitutunun humanitar fakültəsinin dekan müavini olmuşam. 2004-2006-ci illər filaloji nizam-intizam kafedrasının müdir müavini işləmişəm.

 

2007-ci ildən pedaqoji elmlər namizədiyəm. 2008-2009-cu illər İnstitutun humanitar fakültəsinin dekanı işləmişəm.  2012-2015-ci illərdə təlim-metod şöbəsinin rəisi olmuşam.  Azərbaycan, qazax, rus, ingilis, türk, özbək dillərini bilirəm.

 

İngilis dilinin stilistikası, İngilis dilinin qrammatikası, “Ölkəşünaslıq”, “İngilis dilinin praktiki fonetikası”, “İngilis ədəbiyyatıfənlərinə  dair metodiki vəsaitlər işləyib hazırlamışam. 40-dan çox elmi məqalələrim yerli xarici mətbuatda dərc olunub.

 

Sehrbazlar dərəsi  romanını Azərbaycan dilindən qazax dilinə tərcümə etmişəm.  QazaxıstanınBirlikqızıl medalına layiq görülmüşəm.

 

- Bir övladınız  var, oğlunuzun neçə yaşı var?

 

- Oğlum Nurislam Qurbanov 2015-ci ildı dünyaya gəlib. İndi onun 4 yaşı var. Oğlum uşaq bağçasına gedir.

 

- Azərbaycana tez-tez  gəlirsinizmi?

 

- Azərbaycana tez-tez yolum düşür. Əsasən,  yayda məzuniyyət vaxtı  gedirəm. Qohumlarım Gəncə Naxçıvan şəhərlərində yaşayırlar. Azərbaycana gəldiyim zaman adətən, Bakı, Gəncə Naxçıvana baş çəkirəm.

 

- Qazaxıstanda azərbaycanlılarla əlaqəniz varmı?

 

- 1995-ci ildən  Qazaxıstan  Xalqlar Assambleyası fəaliyyət göstərir. Bu Assambleyaya müxtəlif ölkələrin diaspor təşkilatları daxildir. Azərbaycan diasporu da özünün etno-mədəniyyət mərkəzini yaradıb. Həmin vaxtdan bu mərkəzin üzvüyəm. 2005-ci ildən bu  mərkəzin sədr müaviniyəm. Dəfələrlə mərkəzin üzvləri mənim sədr seçilməyi istəsələr də, elmi fəalliyyətimlə bağlı bundan imtina etmişəm. Amma indiyə qədər mərkəzin bütün işlərini özüm yerinə yetirirəm. Bu ona dəlalət edir ki, mən nəinki Cənubi Qazaxıstanın, eləcə də Qazaxıstanın  4 bir tərəfində yaşayan azərbaycanlılarla sıx əlaqəm var. Biz bir-birimizlə təcrübə mübadiləsi aparırıq, müxtəlif problemlərimizi həll edirik.

 

Palitra  2019.- 1 may.- S.13.