“Pəhləvanlarımızı bir yerə toplayacaq “Pəhləvanlar
cəmiyyəti”nin yaranmasını istəyirik”
Məşhur pəhləvan
Nurəddin Beyləqanlı: “Hazırda pəhləvanlarımız
çox azdır. Mən hər zaman çalışıram ki,
pəhləvanlarımızı cəlb edim.
Bizim də məqsədimiz odur ki, gənclərimiz idmanla, sağlam həyat tərzi
ilə məşğul olsunlar. Azərbaycanın
bayrağını ucaltsınlar”
Ölkəmizdə pəhləvanlığın milli kökənli, qədim, bənzərsiz təməl ənənələri var. Bu, əzəli, əbədi döyüşkənliyimizin ifadəsi olmaqla yanaşı, xalq ruhunun ayrı-ayrı fərdlərdə yaşamasının bariz nümunəsidir. Hər xalq pəhləvan yetirə bilmir. Pəhləvanlıq türk ruhunun yenilməzliyinin ifadəsidir. Qədimdən bəri tanınan pəhləvanlarımız olub. Onlar müxtəlif tədbirlər, el şənliklərində çıxış edərək öz məharətlərini göstəriblər ki, bu da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu gün pəhləvanlarımızın sayı azalsa da onlar bu ənənəni hələ də yaşadırlar. Bir vaxtlar pəhləvanları el saxlayardı. Hazırda isə onlara əlaqədar qurumlar tərəfindən diqqəti artırmaq lazımdır ki, bu ənənə unudulmasın və yeni nəsil pəhləvanlar yetişsin.
Bu günlərdə tanınmış pəhləvanlar, Nurəddin Beyləqanlı, Əliyar Musayev və pəhləvanlarımızın media üzrə yardımçısı Nisə Yusifqızı redaksiyamızın qonağı oldular.
Məşhur pəhləvan Nurəddin Beyləqanlı bildirdi ki, uzun müddətdir pəhləvanlıq el sənətini nümayiş etdiririk. Bizdən öncə də ölkəmizdə pəhləvanlarımız olub və biz hazırda bu ənənəni davam etdiririk:
- Mən hər il ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı, istər Azərbaycanda, istərsə ölkədən kənarda tədbirlər keçirmişəm. Bu il də ənənəvi tədbirimizi keçirəcəyik. Belə ki, mayın 5-də saat 15.00-da Dəmiryol vağzalında tədbirimizi reallaşdıracağıq. Dünyanın hansı yerində çıxış etməyimdən asılı olmayaraq mən səhnəyə Azərbaycan bayrağı olmadan çıxmamışam. Hazırda da növbəti tədbirimizə hazırlaşırıq. Tədbirin təşkilatçısı mənəm. Mənə bu işdə kömək edən Nisə Yusifqızı və pəhləvanımız Əliyar Musayevdir. Bizə bu işdə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Yəqin ki, növbəti dəfə yaxşı bir tədbir alınacaq. Ötən il dekabrın 24-də Prezident İlham Əliyevin doğum günü ilə bağlı Ramana qəsəbəsində Əlillər evində tədbir təşkil etmişdik. Bundan sonra da nə qədər gücüm varsa bu tədbirləri həyata keçirəcəyəm. Son tədbirlərimizdən biri kimi mart ayında Cocuq Mərcanlıda təşkil olunan Novruz şənliyində də iştirak etdim. Bu elə bir sahədir ki, həqiqətən də lazımdır. Hazırda pəhləvanlarımız çox azdır. Mən hər zaman çalışıram ki, pəhləvanlarımızı cəlb edim. Bizim də məqsədimiz odur gənclərimiz idmanla, sağlam həyat tərzi ilə məşğul olsunlar. Azərbaycanın bayrağını ucaltsınlar.
- Bu
gün müxtəlif ölkələrə
səfərlərə gedirsiniz,
çıxışlar edirsiniz,
tamaşaçı marağı necədir?
- Mən dünyanın bir çox yerlərində çıxış edirəm və on minlərlə tamaşaçı olur. Ölkəmizdə də tamaşaçı çox olur və hətta xaricdə daha da böyük maraqla qarşılayırlar.
- Bu
gün pəhləvanlığa marağın
az olmasının səbəbi nədir?
- Pəhləvanlıq hər adamda olmur. Güclü ola bilər, ancaq bu, pəhləvan demək deyil. Pəhləvanlıq gərək insanın özündə olsun. Fikrim var ki, bölgələrə səfərlərə çıxam və uşaqlara baxam. Çünki mən baxan kimi bilirəm ki, ondan pəhləvan olar, ya yox. Bir rayondan 30 idmançı çıxa bilər, ancaq o qədər pəhləvan ola bilməz.
- Bu
tədbirlərin təşkilində sizə hansısa dəstək
göstərilirmi?
- Belə tədbirlərlə bağlı məsələn, yerli icra hakimiyyətləri dəvət edirlər gedirik. Xaricə də dəvət olduqda gedirəm. Başqa heç bir dəstək yoxdur
- Sizcə, bu məktəbi qoruyub yaşatmaq üçün
nə etmək olar?
- Bizdən əvvəl də pəhləvanlar olub. Bu gün 5-10 nəfər pəhləvanımız var. Bu günlərdə baş tutacaq tədbirə də bir neçə pəhləvanı dəvət etmişik və onlar da öz nömrələrini göstərəcəklər. Bizim Qaçay, Eldar, Rəşid, Əli, Yaşar, Əliyar, Gəray və digər pəhləvanlarımız olub. Ancaq bu gün istəyirik ki, cəmiyyət yaradaq, tələbələrimiz olsun. Bu gün həqiqətən də pəhləvanlıq məktəbi tükənmək üzrədir. Pəhləvanlıq adi idman növü deyil. Özündən ağır yüklərin hərəkətini idarə edir. Nəqliyyatı çəkməyi, saxlamağı bacarmalıdır. Məsələn, mən Türkiyədə “Star” televiziyasının qarşısında öz daşlarımı aparmışdım. Orada 32 kq giri qaldıran adam görə bilmədim. Yaxud, Almaniyaya girləri aparmışdım. Onlar ştanqı görüblər. Çünki pəhləvanlıq, girləri qaldırmaq ənənəsi bizdə olub. Rusiyada mənə “əjdaha adam”, Türkiyədə qatarı çəkdiyimə görə mənə “lokomotiv adam” adını veriblər. “Atatürk limanı”nda təyyarəni saçlarımla çəkmişəm. Mən Azərbaycan bayrağı olmadan səhnəyə çıxmaram.
Hazırda gənclərimizdə də elə potensial görürəm. Bakıda, rayonlarda, kəndlərimizdə də belə
gənclərimiz var. Mən istəyirəm
ki, o əziyyətə
qatlaşaraq bölgələrimizdə o uşaqları üzə çıxaraq. Onlar bizim gələcəyimizdir.
Qoy uşaqlarımız
pis yola düşməsinlər,
nə qədər idmanla məşğul
olsalar o qədər sağlam olarlar, ölkəmizi
təmsil edərlər. Əgər həmin gənclərimizi
tapmasaq, onlar siqaret, spirtli içki kimi mənfi amillərə
üstünlük verə bilərlər.
Eyni zamanda həmin gənc bilməyəcək ki, onda bu istedad
var. Məsələn, necə
ki, bu gün
çox gözəl bir təşəbbüslə
“Muğam müsabiqəsi”
ilə bağlı yerlərdə seçim aparılır, eləcə
də biz də istəyirik bu cür layihə reallaşdıraq.
- Sizin ailə üzvlərinizdən
bu sahəni davam etdirən varmı?
- Mənim qızım idmançıdır. Ancaq mən
onu heç vaxt məcbur etməmişəm idmanla məşğul olsun.
O, cüdo ilə məşğul olur.
- Bu cür təhlükəli səhnələri
nümayiş etdirərkən
heç qorxu hissi keçirmisinizmi?
- Bir dəfə Rusiyada bir tədbirdə
çıxış edirdim.
Orada bir nəfər gətirdilər ki, maşını idarə edəcək. Həmin
adam Azərbaycan
dilində sərbəst
danışırdı. Heç
kəs bilmirdi ki, bu adam Xankəndində yaşamış ermənidir.
Mən daşları, taxtanı qoydum ki, məşq
eləsin. Elə oldu
ki, çıxışın
vaxtı çatdı.
Tamaşaçılar da toplaşıb.
Taxtanı mənim üzərimə
qoymuşdular. O birdən
maşına necə qaz verdisə, məni öldürmək
üçün üstümə
necə sürdüsə,
sinəmin üstündə
tormoz verdi,
taxtanı atdı əlimdən, istəyirdi
ki, başımı təkərin altına salsın, öldürsün
məni. Mən bütün qüvvəmi
topladım. Başladı sinəmin üstündə
qaz verməyə, keçdi üstümdən,
maşını saxlamırdı.
Kənarda tamaşaçıların ürəyi getmişdi.
Bundan başqa, mənə neçə dəfə təxribatlar ediblər.
Böyük maşınları tutanda qorxmuram, alışmışam. Adi kubiklər
deyil, beton daşları başımda
sındırıram. Allaha şükürlər
olsun ki, nə qədər təxribat da olsa hələ ki, bir travma
almamışam.
- İdmanla
məşğul olanlar
mükafatlara layiq görülürlər. Sizin əməyiniz
nə ilə qiymətləndirilib?
- Mən dəfələrlə müxtəlif yerlərdə, Türkiyədə, Qazaxıstanda laureat adına layiq görülmüşəm. Bu gün bizim idmançılarımız dünyaya meydan oxuyur. Nə gözəldir və dövlət onlara dəstək göstərir. Prezidentimiz onlara xüsusi qayğı göstərir, yerlərdə Olimpiya Kompleksləri tikilib istifadəyə verilib. İstərdik ki, pəhləvanlarımıza da belə bir dəstək olsun.
- Dünyada
kimisə özünüzə rəqib görürsünüzmü?
- Məsələn, Sibirdə olarkən məni
də tədbirə dəvət etmişdilər. Orada ən balaca adam
mən idim. Oradakılar çox cüssəli idilər. Maşını çəkəcəkdilər,
onlar maşına kəndir bağlayıb çəkirdilər, eləsi
vardı ki, çəkəndə ayağı
çıxır, travma
alırdı. Mən
dedim ki, kəndir lazım deyil, mən saçımla çəkəcəm.
Bir dəfə bağladılar
tros sındı, ikinci dəfə bağladılar, mən çəkib apardım.
Yarış bitdi, insanlar
mənə tərəf
axışdı, şəkil
çəkdirməyə başladılar.
Ümumiyyətlə, mən sakit
insanam, mən gücümü hər zaman səhnədə göstərmişəm, həyatda
heç vaxt güc göstərməmişəm.
Mən görsəm ki, hansısa bir pəhləvan çıxış
edir, ona tamaşaçı kimi baxaram. Xoşlamıram başqa söz-söhbət
olsun.
- Bu gün ölkədə “Pəhləvanlar cəmiyyəti”nin yaranması ilə bağlı hansı təklifləriniz
var?
Pəhləvan Əliyar Musayev:
-Mən bununla bağlı nazirliklə danışdım. Hazırda pəhləvanlarımızın
hərəsi bir kənara çəkilib.
Hansısa tədbir olanda
və dəvət ediləndə 200-300 manat əməkhaqqı verilir.
Başqa
heç bir gəliri olmadan bu səhnələri göstəririk. Biz istəyirik ki, cəmiyyət yaradılsın.
Dövlətimiz bizə dəstək
olsun. Zal verilsin, orada
“Azərbaycan pəhləvan
zalı” yazılsın.
Pəhləvanlarımız, gənclərimiz, tələbələrimiz bu
zala toplaşsın.
Gənclərə nömrələr göstərilsin və gənclərimiz öyrənsinlər,
həvəslənsinlər.
Nigar Abdullayeva
Palitra 2019.- 1 may.- S.7.