Əhalinin
siyahıyaalınası və statmistik tədqiqatlarda onun əhəmiyyəti
Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də
“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin
siyahıyaalınmasının keçirilməsi haqqında”
Fərman imzalayıb. Fərmana
əsasən, Azərbaycanda əhalinin növbəti
siyahıyaalınması cari iloktyabrın 1-10-da
keçiriləcək. Əhalinin siyahıyaalınması
ilə bağlı hazırlıq işlərinin
görülməsi və onun keçirilməsi,
yekunlarının işlənməsi, nəticələrinin
dərc edilərək yayılması Azərbaycan
Respublikası Dövlət statistika Komitəsinə
həvalə edilib. AZƏRTAC
əhalinin siyahıyaalınmasının
əhəmiyyətini nəzərə alaraq Dövlət Statistika Komitəsi
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyevin məqaləsini təqdim edir.
Əhalinin siyahıyaalınması
ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların
müəyyən olunmuş vaxtda toplanması,
ümumiləşdirilməsi, öyrənilməsi və
yayılması deməkdir. Əhalinin
siyahıyaalınması və onuninkişafı
əhalinin sayı, yerləşməsi və tərkibi,
habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı
və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənirdi.
Əhalinin siyahıyaalınmasının müasir tarixində üç mərhələni qeyd etmək olar.
Birinci mərhələdə
(XVIII əsrin sonu - XIX
əsrin birinci yarısı)
siyahıyaalmaların təşkili və onların
proqramlarının
müəyyənləşdirilməsi üçün əsaslar qoyulub. Bu dövrdə əhalinin siyahıyaalınması
hər 10 ildən bir Birləşmiş Ştatlar və
İngiltərədə, hər 5 ildən bir Fransa və
İsveçdə, 3-4 ildən bir Avstriyada müntəzəm
şəkildə, Danimarka, İslandiya,
Norveçdə, eləcə də bəzi
ərazilərdə, əsasən ABŞ-ın
müstəmləkələrində
qeyri-müntəzəm şəkildə keçirilib. Bu siyahıyaalma
məhdud sayda əlamətləri
nəzərə almaqla, bütün əhalini əhatə etmirdi və onların materiallarının
işlənməsi bir çox illər çəkirdi.
İkinci mərhələdə
(XIX əsrin ikinci yarısı
- XX əsrin birinci yarısı)
əhali siyahıyaalmaları Avropanın və
Amerikanın bütün ölkələrində,
bəzi Asiya və Afrika ölkələrində başlayıb. Tədricən nəzəri-metodoloji materiallar inkişaf etdirilib və
əhalinin siyahıyaalınması təcrübəsi
təkmilləşdirilib, yeni göstəricilər daxil edilib,
əhalinin siyahıyaalınması proqramları, eləcə
də onların emalı proqramları genişləndirilib.
Əhalinin siyahıyaalınması üzrə növbəti
təkmilləşdirmə 1846-cı ildə Belçikada keçirilən siyahıyaalma ilə bağlıdır və
əhali siyahıyaalınmasının müasir anlayışına keçidi təmin edirdi. İlk dəfə olaraq birgünlük olmaqla yalnız mövcud əhalini
nəzərə alırdı. Bu ərəfədə
siyahıyaalmanın təşkili forması
təkmilləşdirildi.Xüsusi siyahıyaalma
blankları və onların doldurulması təlimatı
hazırlandı, nəzərdə tutulan əlamətlər
üzrə, xüsusən yaş və
məşğulluqla bağlı suallar konkretləşdirildi.
Əhalinin siyahıyaalınması proqramında yenilik ümumi demoqrafikxüsusiyyətlərlə,
savadlılıq, təhsil, miqrasiya, doğum və ölüm,
əhalinin sosial-iqtisadi xüsusiyyətləri
(məşğulluq, iş yeri və sair) ilə
bağlı idi. Bundan əlavə siyahıyaalma mövcud əhali
üzrə deyil, daimi əhali üzrə, yaxud eyni vaxtda hər ikikateqoriya üzrə
aparılmağa başlandı. Siyahıyaalmaların
təşkilinin təkmilləşdirilməsində
beynəlxalq statistik konqreslərin rolu böyük əhəmiyyət
kəsb etməyə başladı. 1853-cü il konqresinin Brüssel sessiyasında
əhalinin siyahıyaalınmasının aparılması üçün əsas qaydalar hazırlandı. Konqresin sonrakı sessiyalarında bu qaydalar dəqiqləşdirildi, müzakirə edildi və 1872-ci ildə Sankt-Peterburq sessiyasında vahid formaya gətirildi. Məhz həmin vaxt əhalinin
siyahıyaalınmasının təşkili üçün əsas
prinsiplər hazırlanıb ki, bu da demək olar ki,
indiyədək əhəmiyyətini qoruyub saxlayır.
Əhalinin siyahıyaalınmasına dair tövsiyələrin daha da inkişaf etdirilməsi
Beynəlxalq Statistika İnstitutu, BMT-nin Statistika Komissiyası
tərəfindən həyata keçirilib.
Üçüncü mərhələ
(XX əsrin ortalarından) əhali haqqında məlumata olan tələbatın
artması ilə şərtlənirdi. Əhalinin
siyahıyaalınması bir sıra Asiya ölkələrində,
eləcə də yeni müstəqil
dövlətlərin yaranması ilə bağlı Afrikada aparılmağa
başlandı. 70-ci illərdə Yəmən,
Birləşmiş Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı və Əfqanıstan kimi ölkələrdə ilk dəfə
siyahıyaalma aparılıb. XX
əsrin sonuna qədər əhalinin
siyahıyaalınması demək olar ki,
dünyanın bütün əhalisini
əhatə edib. İnkişaf etmiş ölkələrdə
vətəndaşlar qanuna tabe olur və
əhalinin siyahıyaalınması hər kəsin
vətəndaşlıq borcu kimi səciyyələndirilir. Siyahıyaalma zamanı kifayət qədər
təcrübə toplanıb: siyahıyaalmanın
aparılmasında istər universal üsullar,
istərsə də müxtəlif dövlətlərin siyasi sisteminə, etnik tərkibinə
və digər xüsusiyyətlərinə aid konkret aspektlər mövcuddur.
Əhalinin siyahıyaalınmasına hazırlıq zamanı, digər ölkələrdəki oxşar kampaniyaların
təşkili və keçirilməsi
təcrübəsinə müraciət hər
zamankından daha vacibdir: burada əsas amil səhvlərin
təkrarlanmasından qaçmaq və mümkün problemlərin effektiv həllinı tapmaq arzusu ilə
bağlıdır.
Dünyanın bir çox ölkələri üçün statistik tədqiqatların
aparılmasına dair yeni müasir alternativ yanaşmaların
olmasına baxmayaraq, demoqrafik və sosial göstəricilər
üzrə əhalinin vəziyyəti haqqında
məlumatların yeganə və dəqiq məlumat
mənbəyi hər bir vətəndaşın sorğusuna əsaslanan ənənəvi
və geniş miqyaslı
əhali siyahıyaalmasıdır.
Əhalinin siyahıyaalmasının tam və hərtərəfli tərifi BMT-nin Statistika Komissiyası
tərəfindən verilib. Bu tərifə əsasən, əhalinin
siyahıyaalınması “zamanın müəyyən bir vəziyyətinə
ölkədə olan bütün şəxslərə
və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların
toplaması, yekunlaşdırılması,
qiymətləndirməsi, təhlili, nəşri
və ya başqa şəkildə yayılmasının vahid prosesidir”. Bu proses dövlətin vahid statistik metodologiyası
əsasında həyata keçirilir və
cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi,
mənəvi dəyərləri və sair haqqında
mühakimə yürütməyə, müəyyən
problemləri daha effektiv şəkildə həll
etməyə imkan verir. Demək olar ki,
cəmiyyətin demokratik inkişaf dərəcəsi, ölkə daxilində
vətəndaş qurumlarının inkişaf səviyyəsi
əhalinin siyahıyaalınmasında öz əksini tapır. Bu səbəbdən
müntəzəm şəkildə aparılan əhali
siyahıyaalmaları demokratik cəmiyyətin
ən mühüməlamətlərindən biri hesab olunur. Bu isə
cəmiyyəti təşkil edən bütün sosial qrupların maraqlarını əks
etdirməklə onu nəzərə
almağı təmin edir.
BMT dünyanın bütün ölkələrinə
“Üçüncü minilliyin ərəfəsində
əhalinin siyahıyaalınmasının aparılmasına dair təkliflər”ni
göndərərək bu tədbirin hər 10
ildən bir həyata keçirilməsini
tövsiyə edib. Məlumdur ki, on il ərzində
cəmiyyətdə əhalinin siyahıyaalınması
metodlarının effektivliyini əhəmiyyətli
dərəcədə azaldan mühüm dəyişikliklər baş verir. Bu səbəbdən, müasir sosial və davranış amillərini
nəzərə alaraq,
anketlərin məzmununa, məlumatların toplanması və
emalı metodikasına düzəlişlərin edilməsi
tələb olunur.
Siyahıyaalma aparılmadan əvvəl əhali ilə
əhatəli iş aparılır.
Əsas məqsəd əhalinin siyahıyaalınmasının
faydalı, zəruri tədbir olduğunu göstərmək
və inandırmaqdır.
Siyahıyaalma hər bir ölkənin milli statistikasının əsasını
təşkil edir,
istər regional, istərsə
də qlobal səviyyədə demoqrafik və sosial vəziyyət
barədə ən vacib məlumat
mənbələrindən biri hesab edilir. Dünyanın inkişaf etmiş ölkələrində
əhalinin siyahıyaalınması nəticəsində
əldə edilmiş səmərənin onun yerinə yetirilməsi xərcindən artıq
olması qənaəti təsdiqlənib. Bundan əlavə, siyahıyaalma cəmiyyətin siyasi həyatı üçün bir növ stimuldur və ictimai resursların
ədalətli istifadəsinə, paylanmasına yardım edir.
Dünyanın demək olar ki, bütün ölkələrində mövcud olan statistika haqqında qanuna əsasən,
siyahıyaalma zamanı toplanan bütün məlumatlar statistik məqsədlər üçün istifadə olunur.
Hər bir şəxs
haqqında əldə edilən məlumat hər hansı
təşkilat və ya fərdi
şəxsə verilə bilməz. Müxtəlif
ölkələrin siyahıyaalma üzrə anket forması çox oxşardır.
Dövlətin sosial proqramlarını
həyata keçirmək üçün anketə müvafiq suallar daxil edilir. Bununla yanaşı, hər bir ölkə
siyahıyaalmaya hazırlıq işləri və əhali
ilə işləməyin üsulları üzrə mexanizmi cəmiyyətin ənənələrini
nəzərə alaraq tərtib edir.
Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999–cu ildə keçirilib. Müasir dövrdə
əhalinin siyahıyaalınmasının aktuallığı
qabaqcıl monitorinq tədqiqatı kimi dünyanın bütün bölgələrində
əhalinin sürətli artımı ilə
səciyyələnir. Ölkənin sosial-iqtisadi proseslərinin
idarə edilməsi ilk növbədə əhali
haqqında keyfiyyətli informasiya təminatını
tələb edir.
Hər bir ölkə öz ehtiyatları haqqında məlumata malik olmalıdır. Bu baxımdan
əhalinin sayı, onun tərkibi, keyfiyyət
göstəriciləri mühüm strateji ehtiyat hesab edilir.
Əhalinin siyahıyaalınması əhalinin
hərtərəfli xüsusiyyətlərini əks etdirməklə
cəmiyyətin inkişafının bütün sahələrinin
tənzimlənməsi, sosial-iqtisadi proqramların
işlənməsi və reallaşdırılması üçün zəruri olan mühüm məlumat mənbəyidir. Məhz
əhali siyahıyaalması demoqrafları,
iqtisadçıları, sosioloqları, digər
mütəxəssisləri, habelə dövlət qurumları
və digər müvafiq təşkilatları
əhali, onun sayı və
tərkibi haqqında lazım olan məlumatlarla
təmin edir. Siyahıyaalma məlumatları hökumət
tərəfindən təhsil və səhiyyə
sistemində, məşğulluğun
planlaşdırılmasında, elektrik enerjisinin bölgüsündə,
nəqliyyat infrastrukturunun düzgün inkişaf etdirilməsində,
yaşayış evlərinin tikintisinin planlaşdırılmasında adekvat qərarların
qəbul edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, əhalinin
siyahıyaalınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqqında bir sıra əlamətlər üzrə məlumat
toplanır. Lakin ölkənin
əhalisi haqqında toplanılmış bu ilkin məlumat
işlənməzsə, sistemə salınmazsa heç bir nəticə
çıxarmaq olmaz. Ölkə əhalisini bu məlumat
əsasında xarakterizə etmək üçün həmin
məlumatı sistemləşdirmək və əhalinin
sayını bir sıra əlamətlər
üzrə qruplaşdırmaq, yəni yekun məlumat
əldə etmək lazımdır. Məsələn,
ayrı-ayrı regionların, rayonların və bütün ölkədəki
əhalinin sayını, kənd və şəhər
əhalisinin sayını, əhalinin yaş qrupları
üzrə sayını, kişi və
qadınların sayını və sair müəyyən
etmək lazımdır. Ancaq belə
məlumat əsasında ölkənin əhalisi haqqında
aydın təsəvvür əldə etmək mümkündür.
Əhali bilavasitə istehsal prosesinin iştirakçısı (əmək qabiliyyətli
hissəsi) və onun nəticələrinin
istehlakçısı olduğuna görə müasir dövrdə əhali dedikdə hərtərəfli
tədqiqat obyekti başa düşülür.
Belə ki, əhalinin, onun həyat keyfiyyətinin, cəmiyyətdə baş verən proseslərin statistik tədqiqinə maraq artmaqda davam edir. Statistikada tədqiqatın predmeti kimi əhali
müəyyən ərazidə yaşayan, doğum və ölüm hesabına
fasiləsiz olaraq yenilənən əhali
məcmusu kimi səciyyələnir.
İstənilən ölkənin əhalisi öz tərkibinə
görə yekcins deyil və zamana görə
dəyişir. Bu səbəbdən
əhalinin inkişaf qanunauyğunluqları, onun tərkibinin dəyişməsi və bir çox digər xarakteristikalar konkret tarixi şərtlər nəzərə alınmaqla
tədqiq olunur.
Statistik tədqiqatda
istər müşahidə vahidi, istərsə
də müşahidə obyekti iştirak edə
bilər. Statistik tədqiqatın
müşahidə vahidi ayrıca fərdlər yaxud ailə ola bilər.
1999-cu ildən etibarən əhalinin
siyahıyaalınmasında yalnız ailə deyil,
beynəlxalq təcrübədə olduğu kimi,
həmçinin, ev təsərrüfatı
nəzərə alınır. Ailədən fərqli olaraq ev təsərrüfatı
dedikdə birgə yaşayan və ümumi təsərrüfat aparan insanlardan (qohumluq əlaqəsi vacib hesab edilmir) ibarət olan sosial-iqtisadi özəkbaşa düşülür. Ailədən fərqli olaraq ev təsərrüfatı maddi cəhətdən özünü təmin etməklə bir nəfərdən
də ibarət ola bilər. Statistik tədqiqatın
müşahidə obyekti müxtəlif
əlamətlər üzrə formalaşa bilər:
bütövlükdə əhali (daimi yaxud mövcud),
əhalinin ayrı-ayrı qrupları (əmək
qabiliyyətli əhali, işsizlər,
təqaüdçülər, şəhər yaxud kənd
əhalisi, kişi yaxud qadın və sair),
gənc ailələr yaxud, əksinə yaşlılar, il ərzində (yaxud digər dövrdə) doğulanlar yaxud ölənlər və sair. Müşahidənin obyekti və vahidi tədqiqatın
məqsədindən asılı olaraq müəyyən edilir. Statistik tədqiqatın əsas informasiya mənbəyini əhali siyahıyaalınması
materialları təşkil edir. Əhalinin
sayı haqqında burada daha tam və dəqiq məlumat mövcud olur. Sonuncu siyahıyaalma məlumatlarından istifadə
etməklə doğulanlar,
ölənlər, ölkəyə daxil olan və ölkədən
gedənlərin cari uçotu əsasında növbəti illər üzrə
əhali sayı müəyyən edilir. Demoqrafik və sosial sahədə digər mühüm məlumatları
əldə etmək üçün adətən
seçmə müşahidələr təşkil olunur.
Əhali üzrə aparılan hər bir statistik müşahidə
əsasında müxtəlif məsələləri həll
etmək olur. Bütövlükdə
əhali statistikasında əsas aşağıdakı
məsələləri qeyd etmək olar:
• əhali sayının
müəyyən edilməsi və onun ölkə ərazisi üzrə bölgüsü;
• əhalinin tərkibinin
öyrənilməsi (cinsinə, yaşına, milli mənsubiyyətinə, sosial vəziyyətinə, təhsilinə,
məşğulluğuna və sairə görə);
• əhalinin təbii
hərəkətinin öyrənilməsi (doğum, ölüm, əhalinin
təbii artımı);
• əhali miqrasiyasının
öyrənilməsi.
Palitra 2019.- 7
may.- S.12.
Nuriyev, Mübariz.