“Ukraynanın regionlarında rəqs məktəbimizin
filiallarını açmaqla bağlı
çoxsaylı təkliflər gəlir”
Nicat Mirzəyev: “Ukraynada müxtəlif
dövlət tədbirlərinə dəvətlərimiz daha
da çoxalır”
Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılması və
təbliği dövlətimizin prioritetidir.
Ukraynadakı Azərbaycan diaspor təşkilatları
da dövlətimizin bu
siyasətinə dəstək olaraq aktiv şəkildə ölkəmizin tarixini, milli mədəniyyətini
təbliğ edirlər. Bu baxımdan
Ukraynadakı Qafqaz Rəqsləri məktəbi
və “Qafqaz” ansamblının, həmçinin
Gənclər Dünyası İctimai Birliyinin rəhbəri Nicat
Mirzəyev də fəallıq
göstərir. “
- Bugünlərdə
Beynəlxalq Rəqs Günü qeyd olundu. Bu
günü siz necə
keçirdiz?
- Bu bayramla bağlı Kiyevdə bir sıra tədbirlər, festivallar keçirildi. Onlardan birində biz də öz milli rəqslərimizlə iştirak etdik. Və ən əsası biz böyük sarayda solo konsertimizi keçirdik. “V Ritme serdtsa” adlı bu tədbir həm Beynəlxalq Rəqs Gününə, həm də məktəbimizin və ansamblımızın 8 yaşına həsr olundu.
- Ukrayna dövləti tərəfindən
sizin fəaliyyətiniz necə qiymətləndirilir?
- Çox yüksək səviyyədə bizim mədəniyyətimizə, o cümlədən məktəbimizə diqqət, sayğı və sevgi göstərirlər. Hətta bu il Ukrayna mədəniyyət naziri bizə Xalq ansamblı adı almağımız barədə şəhadətnaməni təqdim etdi. Bu da onun göstəricisidir ki, 8 il ərzində çəkdiyimiz əziyyəti onlar dəyərləndirir və yüksək səviyyədə mükafatlandırırlar.
- Ukrayna mediası
sizin fəaliyyətinizi lazımı səviyyədə
işıqlandırırmı?
- Ukrayna KİV-ləri bizim fəaliyyətimizi gözləniləndən də artıq dərəcədə diqqətdə saxlayır. Bəzən bir həftə içində bir neçə dəfə Ukrayna telekanalları və radiolarında çıxış edərək Azərbaycan mədəniyyəti haqda ətraflı danışırıq.
- Bu
yaxınlarda Diasporla İş
üzrə Dövlət Komitəsinin rəhbərliyi sizin rəqs məktəbində oldu. Bu, sizin
fəaliyyətinizə nə kimi motivasiya oldu?
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və diaspor təşkilatı rəhbərlərinin mədəniyyət mərkəzimizə təşrif buyurmaları bizim üçün çox xoş oldu. Uşaqlar onların qarşısında fəal şəkildə milli rəqslərimizi ifa etdilər. Qonaqlarımız bu ifaları çox bəyəndi və hər zaman bizə dəstək verəcəklərini bildirdilər. Bu da tələbələrimizə və bütün komandamıza qürur verdi.
- Qarşıda
keçiriləcək hansı konsertlərə
hazırlaşırsız?
- Xalq ansamblı adı alandan sonra daha da
çox tanındıq.
Ukraynada müxtəlif dövlət
tədbirlərinə dəvətlərimiz
daha da çoxalır.
Bu da bizim
rəqslərimizin peşəkar
səviyyədə tamaşaçılara
illərcə göstərməyimizin
nəticəsidir. Məsuliyyətimiz daha da artır.
Ukraynanın regionlarında rəqs
məktəbimizin filiallarını
açmaqla bağlı
çoxsaylı təkliflər
gəlir. Görüləsi işlərimiz, planlarımız
çox böyükdür.
Nə qədər aktiv şəkildə folklorumuzu
yüksək səviyyədə
təmsil etsək, o qədər də Azərbaycanımız, xalqımız
üçün böyük
uğurdur.
Fuad Hüseynzadə
Palitra.-2019.-8 may.-S.7.