Akademik Vladimir Volobuyevin 110
illiyi qeyd ediləcək
Prezident İlham Əliyev akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək və Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncamda bildirilir ki, 2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.
Qeyd olunur ki, akademik Vladimir Volobuyev torpaqların
meliorasiyası, geomorfoloji xəritələrin tərtibi,
torpaqla iqlimin qarşılıqlı əlaqəsi və
torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi
əhəmiyyətə malik sanballı
araşdırmalarının nəticələri kimi müəyyən
etdiyi prinsip və apardığı hesablamalarla, irəli
sürdüyü nəzəriyyə və işləyib
hazırladığı təsnifatlarla Azərbaycanda
torpaqşünaslığın inkişafına böyük
töhfələr verib. Onun rəhbərliyi altında
yetişən yüksək ixtisaslı kadrlar tərəfindən
respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı
tədqiqat işləri uğurla yerinə yetirilib.
Palitra 2019.-15 may.- S.3.