“İş yerlərində təhlükəsiz
əmək şəraiti yaratmaq lazımdır”
Elmar Nurəliyev:
“Mühafizə Qaydalarının Təlimi Kursu”nda iştirak
edənlər həm əyani
biliklərə
sahib olacaqlar, həm də praktiki biliklərə yiyələnəcəklər”
Ofislərdə, bağçalarda, tikintidə,
istehsalat müəssisələrində və s. iş yerlərində
baş verən qəzalarda hər il yüzlərlə insan xəsarət
alır, həyatını itirir. Bunun da səbəbi iş
yerlərində texniki təhlükəsizlik və əməyin
mühafizəsi qaydalarına, yanðın təhlükəsizliyi
qaydalarına riayət edilməməsidir. Qəzalar baş verərkən
işçilərin psixoloji durumunun, ilk tibbi yardım
qaydalarını bilməməsi səbəbindən qəza
zamanı alınan xəsarət daha da dərinləşir.
Ona görə iş yerlərində həm işçilərin,
həm də mühafizəçilərin mühafizə
qaydaları haqqında məlumatlarının olması baş
verə biləcək qəzaların qarşısını
almağa kömək edər, eləcə də bu, qəzadan
sonra dəyə biləcək maddi və mənəvi
ziyanı azalda bilər. Mühafizə qaydaları üzrə
təlimçi, ekspert Elmar Nurəliyev bu sahədə işləyənlərin
bilik və bacarıqlarının artırılması
üçün “Mühafizə Qaydalarının Təlimi
Kurs”larına start verib. O, qəzetimizə müsahibəsində
bu haqda ətraflı danışıb.
- Hazırda
iş yerlərində təhlükəsizlik və əməyin
mühafizəsi qaydalarına lazımı səviyyədə
riayət olunurmu?
-İstehsalatda, tikintidə, sənaye müəssisələrində
və ümumiyyətlə, iş yerlərində baş verən
qəzaların, demək olar ki çoxu texniki təhlükəsizlik
və əməyin mühafizəsi qaydalarına riayət
edilməməsi səbəbindən baş verir. İş
yerlərində cavabdeh şəxslər tərəfindən
təhlükəsiz əmək şəraiti
yaradılmalıdır. Yəni işçilər
üçün real həyati təhlükə
olmamalıdır. İşçilər bilməlidirlər ki
texniki təhlükəsizlik qaydalarına, əməyin
mühafizəsi qaydalarına əməl edilməzsə, həm
özləri, həm də digər işçilər
üçün təhlükə yaratmış olurlar. Burada
əsas məsuliyyət iş yerlərində rəhbər
şəxslərin üzərinə düşür. Onlar həm
istehsalat prosesində, həm də təmir tikinti və yenidənqurma
vaxtı çalışan işçilərin təhlükəsizlik
qaydalarına riayət etmələrini təmin etməli, qayda
pozuntusu aşkar edərsə işi dərhal
dayandırmalı və pozulmuş texniki təhlükəsizlik
və əməyin mühafizəsi normaları bərpa olunduqdan
sonra işin davam etməsinə icazə verməlidir. Yəni
işi çalışdıranın marağında
olmalıdır. Ancaq çox təəssüflər olsun ki,
bugünkü gündə bir çox iş yerlərində
buna biganə yanaşılır, təhlükəsizlik
qaydalarına ciddi yanaşılmır, təhlükəsizlik
qaydalarının pozulmasına görə heç kim məsuliyyətə
cəlb olunmur. Demək olar ki, işçilərin çoxu
bunu bilməyərəkdən edir, yəni xəbəri yoxdur
ki, hansı təhlükəsizlik qaydalarına riayət etməlidir,
necə etməlidir . Nəticədə isə iş yerlərində
ağır qəzalar olur; həm işçilər xəsarət
alır, həm də böyük maddi itkilər ilə
qarşılaşırlar.
- Təhlükəsizliklə
bağlı hansı önləyici tədbirlər
görülməlidir?
-İlk növbədə iş yerlərində
təhlükəsiz əmək şəraiti yaratmaq
lazımdır. Təhlükə riskləri nəzərə
alınmaqla bütün zəruri təhlükəsizlik tədbirləri
həyata keçirmək gərəkdir. Belə ki, tozlanma,
işıqlandırma, işçilərin nahar və istirahət
vaxtlarının təşkili, yanğın təhlükəsizliyi,
texniki təhlükəsizlik və əməyin mühafizəsi
qaydaları ilə bağlı kompleks tədbirlər planı
həyata keçirmək lazımdır. Yeni texnoloji proseslər,
qurğular, cihazlar, avadanlıqlar istismara verilərkən təhlükəsizlik
təlimatlarına yenidən baxılmalıdır. İşəgötürənlər
işçilərin iş yerinə yetirərkən təhlükəsizlik
qaydalarına riayət etməsinə nəzarət etməyə
borcludur və həmçinin işəgötürənlər
işçilərə istehsalat sanitariyası, əməyin
mühafizəsi, yanğın təhlükəsizliyi və
digər təhlükəsizlik qaydalarını öyrətməli,
onlara təlim keçməli, həmçinin qəzalar
baş verərsə, xəsarət alanlara ilk tibbi
yardımın necə göstərilməsi ilə
bağlı kurslar təşkil etməlidir.
Sadaladığım məsələlər hamısı
qanunda öz əksini tapıb.
-“Mühafizə
Qaydalarının Təlimi Kursu”nu keçirmək hansı zərurətdən
yarandı?
-Son vaxtlar baş verən istehsalat qəzalarının məhz insanların bu qaydalardan xəbərdar olmaması, iş yerlərində işəgötürənlərin bu kursları təşkil etmək üçün vaxt və şəraitlərinin məhdud olmasını nəzərə alaraq biz bu kursların təşkil edilməsinə başladıq. Bu kurslarda iştirak edən şəxslər həm əyani biliklərə sahib olacaqlar, həm də praktiki biliklərə yiyələnəcəklər. Dərslər texniki təhlükəsizlik və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə, ilk tibbi yardım qaydaları və psixologiya üzrə tədris olunacaq. Daha sonra praktik olaraq təlimdə iştirak edəcəklər.
“Mühafizə Qaydalarının Təlimi Kursu”nda texniki təhlükəsizlik və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə, ilk tibbi yardım, psixologiya üzrə həm dərslər, həm də təlimlər keçirilir.
Qeyd edim ki, şirkətlər bu kurslarda təlim
keçmiş şəxslərdən yararlana bilərlər.
İstehsalat müəssisələri, tikinti şirkətləri,
bazarlar, ticarət mərkəzləri, bağçalar, ofislər
və s. şirkətlər burada kurs keçən şəxsləri
öz şirkətlərində nəzarətçi,
mühafizəçi və digər vakansiyalar üzrə
işə cəlb edə bilərlər. Onlar artıq
hazır bir təlim keçmiş kadr olublar.
- Kursda iştirak
edənlər nə kimi biliklər əldə edəcəklər?
- Kursda iştirak edən şəxslər qazandıqları bilik və bacarıqları tələb olunan şirkətlərdə bu vəzifələr üzrə rahatlıqla çalışa biləcək və karyera yüksəlişinə sahib ola biləcəklər. Ən əsası isə biz onlara işlə təmin olunmasında yardımçı olacağıq. İşə götürənlər də əgər peşəkar işçilər axtarırlarsa, bizə müraciət edə bilərlər və biz onları kursu bitirən şəxslərlə əlaqələndirə bilərik.
Fuad Hüseynzadə
Palitra 2019.- 17 may.- S.13.