Üç müharibə iştirakçısı olan general-mayor

Aygün Əliyarbəyova: “Müqəddəs Georgi" yalnız 4 azərbaycanlıya təqdim edilib ki, onlardan biri Tərlan bəy Əliyarbəyov olub

- Doğrudan da keşməkeşli həyat yolu olan babanızın hərbi bilikləri yüksək səviyyədə olub. Əks-təqdirdə onu bir müsəlman, azərbaycanlı kimi ordu sıralarında yüksək pillələrə cəlb etməzdilər.

- Nəinki cəlb etməzdilər, sürgünə göndərərdilər. Amma qarşıda hələ onu dünya tarixinin qanlı səhifəsi olan Böyük Vətən müharibəsi dediyimiz ikinci cahan savaşı gözləyirmiş. Bu söhbətimizə qədər artıq babamın iki müharibədə şərəflə iştirak etməsi haqqında söz açmışdıq. 1937-ci ilin təlatümlü hadisələri başlayanda Əliyarbəyovun da başının üstünü qara buludlar alıb, o, vəzifədən-vəzifəyə köçürülüb. Təbii k, zadəgan ailəsinə mənsub olması ona "xalq düşməni" damğası vurmağa kifayət idi. Lakin Moskvaya -M.V.Frunze adına Ali Hərbi Akademiyaya göndərilməsi amili onu yerli cəlladların əlindən xilas edib. 1941-ci ildə Tərlan bəy akademiyanı bitirəndə artıq müharibə başlamışdı. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi vəziyyəti nəzərə alaraq SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli diviziyaların sayını artırmışdı. Milli zabitlərə olan ehtiyacı ödəmək üçün azərbaycanlı zabitlər bu hissələrə təyinat alırdılar. Hökumət rəhbərliyi tərəfindən Tərlan bəyə yaxşı mütəxəssis olduğu üçün 416-cı diviziyaya zabitlərin yığılması, onların hərbi hazırlığına nəzarət, bir sözlə komandanlıq tapşırılıb. Artıq polkovnik rütbəsində olan T. Əliyarbəyov 416-cı milli Azərbaycan atıcı diviziyasının komandir müavini, üç ay sonra isə komandiri təyin edilib. Bildiyiniz kimi, 416-cı atıcı diviziya müharibədə çox fəal iştirak edib. Məharətlə idarə olunan diviziya faşistlərin müdafiə xəttini asanlıqla yarırmış, bir sıra mühüm əhəmiyyətli yaşayış məntəqələrini azad edirmiş. Xalqımızın igid oğullarından ibarət olan bu diviziya inamla vuruşaraq asanlıqla düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini məhv edirmiş. Hücumları müvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan Əliyarbəyov həmişə ön cəbhədə olur, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradırmış. 44-cü ordunun tərkibində yerləşən bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda 350 kilometrlik döyüş yolu keçərək, onlarla şəhər kəndi düşməndən azad edib. Dəfələrlə ordu komandanlığının təşəkkürünə layiq görülüb. Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdiyi üçün bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verilib. Bir sıra mühüm döyüşlərdə uğurla iştirak edən bu diviziya həmçinin Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində olub. Onun komandiri olduğu məhz 416-cı diviziyanın 1054-cü alayı 1945-ci ilin martında "Qırmızı bayraq" ordeni, 1368-ci alayı- "Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr Nevski" ordeni ilə təltif edilib. Diviziya həm cəbhələrdə vuruşan milli Azərbaycan diviziyaları üçün zabit əsgər kadrlarını hazırlayıb. Tərlan bəyin yetişdirdiyi milli hərbi kadrların sorağı bütün cəbhələrdən gəlirmiş. Onlar öz sərkərdəlik məharətlərinə görə ilk növbədə Tərlan bəyə təşəkkürlərini bildirirmişlər. 416-cı diviziyadakı fəaliyyəti o qədər gözəl idi ki, 402-ci diviziyadakı nisbətən boşluq, zəifliyi nəzərə alaraq Qafqaz cəbhəsinin komandanının əmri ilə Tərlan bəy Əliyarbəyovu 402-ci milli atıcı diviziyaya komandir təyin edirlər. Onun komandanlığı ilə demək olar ki, Ukraynada 300 km olan məsafə almanlardan xilas olunub. Bütün bu xidmətlər nəzərə alınaraq ona dəfələrlə təşəkkür edilib.

Sonralar 58-ci korpusun komandir müavini kimi məsul vəzifələrdə çalışan babam özünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib, xidmət etdiyi hərbi hissələrdə böyük nüfuza hörmətə malik olub. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov hərb işinin yenilikləri ilə daim maraqlanıb, yeni-yeni hərbi fəndlər təklif edirmiş. Onların bəziləri elə cəbhədəcə tətbiq olunub. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza hörmətə malik olub. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun hərbi xidmətlərini yüksək qiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayor rütbəsini verib.

- Hərb yolu haqqında çox geniş əhatəli məlumatlar verdiniz. Bəs başqa ictimai-siyasi fəallığı olubmu?

-Tərlan bəy Əliyarbəyov 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilib, Azərbaycan SSR Ali Sovetinin 2-ci çağırış deputatı da olub. 1946-1948-ci illərdə Azərbaycan SSR Maarif nazirinin müdafiə işləri üzrə müavini olub, 1948 -ci ildə istefaya çıxıb. 1956-cı il fevral ayının 15-də general Tərlan bəy Əliyarbəyov 63 yaşında Bakı şəhərində vəfat edib. Amma bu gün onun təltifləri barədə geniş danışılmasını istərdim. Xidmət illərində Tərlan bəy dəfələrlə təltif edilib. Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə şöhrəti qazanan general Tərlan bəy Əliyarbəyovun sinəsini Çar Rusiyasının "Müqəddəs Georgi" ordeninin 4 dərəcəsinə "Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqının Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri çoxlu medallar bəzəyirmiş. Qeyd edim ki, 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuşMüqəddəs Georgi" ordeni Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırmış. "Əla xidmət cəsurluğa görə" devizini daşıyan "Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər. Bu orden 4 azərbaycanlıya təqdim edilib: Fərrux Ağa Qayıbov, Tərlan bəy Əliyarbəyov, Teymur Ağa Novruzov, Qalib bəy Vəkilov.

- Son olaraq babanızla, onun övladlarına, nəsil şəcərəsinə qoyub getdiyi örnək xatirələrlə bağlı nələri deyərdiniz.

-Bu gün bəşəriyyəti faşizm girdabından xilas edənlərin ön sıralarında olan general Tərlan Əliyarbəyovun adı fəxrlə yada salınır. Belə ki, Bakıda Fəvvarələr meydanından başlayan Neftçilər prospektində başa çatan küçə, Şamaxıda əsas küçələrə onun adı verilib, Şamaxı Tarix Diyarşünaslıq Muzeyində generalın ayrıca guşəsi yaradılıb: ona aid olan əşyalar, geyim dəstləri, silahı, təltif olunduğu medalları burada saxlanılır.

Hər il 9 May Qələbə günü bizim üçün çox fərqli olub, Tərlan bəy Əliyarbəyov haqqında danışılan verilişləri, çəkilən filmləri sevərək, qürurlanaraq seyr edir bizdən sonrakı nəslimizin yeniyetmə cavanlarına örnək kimi kökümüzün, babasının həyat yolunu təqdim edirik. Sağlam yaraşıqlı, şəxsiyyətinə qibtə edilən general-mayor Tərlan bəy Əliyarbəyov ona bəxş olan həyatını başı uca yaşamış, Vətənə son nəfəsinə qədər sədaqətlə namusla xidmət etmiş, nəsil kökü üçün təmiz ad soyad qoyub. Bu soyadı daşıyan bütün Əliyarbəyovlar onun ruhu qarşısında baş əyir, Vətən uğrunda qanı canıyla mərdlik, şücaət, sədaqət göstərən babanın övladları olduğumuzu unutmuruq. Bioloji ictimai varlıq kimi insanlara, iradəsindən asılı olmayaraq, bir ömür payı ayrılıb. Hamı ömrünü yaşayır, sonra isə bu işıqlı dünyanı əbədi olaraq tərk edir. Vəzifə, peşə, məşğuliyyət sənətindən asılı olmayaraq xoşbəxt o insanlardır ki, onlar Vətəninə, xalqına, millətinə, dövlətinə namusla xidmət edir, el obanın hörmət məhəbbətini qazanır, insani keyfiyyətləri sədaqəti ilə xatirələrdən, yaddaşlardan, ürəklərdən heç vaxt silinmir. Tərlan bəy Əliyarbəyov bütün nəslin işıqlı yol göstərən mayakı oldu. Biz onun nəvələri, nəticələri, kötücələri həmişə bu familiyanı alnı açıq, üzü daşıyaraq öz kökümüzlə fəxr etmiş, qürur duymuşuq. Son olaraq qeyd edim ki, əvvəllər Milli Azərbaycan Tarix Muzeyində babamla bağlı ayrıca guşə yaşadığı binada barelyefi olub. Təəssüf ki, hər ikisi artıq götürülüb... Çox istərdik ki, aidiyyatı qurumlar yenidən bu məsələni diqqətdə saxlasınlar hər iki xatirə bərpa olunsun. Həmçinin çox istərdik ki, onun qəbri Fəxri xiyabana köçürülsün. Çünki o vaxtı Tərlan Əliyarbəyovun dəfn mərasimini təşkil edən qardaşı, övladları, qardaşı uşaqları sadəlik təvazökarlıq göstərərək onun Fəxri xiyabanda dəfn olunmasını istəməmişdilər. Bu gün belə bir fəxrli, dünya hərb tarixində izi olan birinin Fəxri xiyabanda olması arzuolunandır...

 

Tural Tağıyev

Palitra.-2019.-21 may.-S.7.