Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

“Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi və xüsusilə aqrar sahədə aparılan davamlı islahatlar ölkəmizdə ərzaq təhlükəsizliyini təmin etməyimizə imkan yaradıb”

Ölkədə müxtəlif mərhələlərdə həyata keçirilən islahatlar nəticəsində ölkəmiz inkişaf edibson 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edilib, insanların rifah halı yaxşılaşıb və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb.

Yeni sosial - iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur. Azərbaycanın hədəfi neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Qəbul olunanicra edilən yol xəritələri, digər qərarlar əsasən bu məqsədə xidmət edir. Kənd təsərrüfatı sahəsində yeni islahat kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsini, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasını, bazar infrastrukturunun təkmilləşdirilməsini və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını nəzərdə tutur. Ölkədə həyata keçirilən tədbirlərlə bağlı Prezident İlham Əliyev qeyd edib ki, bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük: “Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir. Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanıb. Kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir.

Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq”.

Mütəxəssislərimiz də ölkədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. Millət vəkili Azər Badamov qəzetimizə bildirdi ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi dünyanı düşündürən qlobal problemə çevrilməkdədir: “Alimlərin araşdırmalarına görə, 2050-ci ildə dünya əhalisinin 9,3 milyard nəfərə çatacağını proqnozlaşdırırlar. Bu da dünyada ərzaq məhsullarına olan tələbatı 70% artıracaq. Amma ərzaq məhsulların istehsal olunduğu torpaqsu resursları məhduddur. Ona görə də dünyada ərzaq təhlükəsizliyi ilə problemlər yaranacağı gözləniləndir. Ölkəmizin əhalisinin demoqrafik artımı yüksələn xətlə inkişaf etdiyini və 10 milyon nəfərin keçdiyini də diqqət etsək görərik ki, ölkəmizdə də ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qabaqlayıcı addımların atılmasının vacib olduğunu başa düşərik. Həm də ölkə əhalisinin 48%-i, məşğul olanların isə 37%-i kənd və kənd rayonlarında yerləşdiyinə də nəzər salsaq görərik ki, aqrar sahənin inkişaf etdirilməsi daha vacibdir. Ölkə başçımız İlham Əliyevin uzaqgörən və düşünülmüş sosial-iqtisadi siyasəti bu istiqamətdə zamanında addımlar atmağa imkan yaradıb”.

Millət vəkilinin sözlərinə görə, hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi və xüsusilə aqrar sahədə aparılan davamlı islahatlar ölkəmizdə ərzaq təhlükəsizliyini təmin etməyimizə imkan yaradıb: “Ölkəmizdə Əhalinin etibarlı ərzaq məhsulları ilə təmin edilməsi ilə bağlı Dövlət Proqramı təsdiq olunub. Kənd təsərrüfatı sektorunda aparılan islahatların dərinləşdirilməsi, xüsusi güzəştlərin tətbiq olunması, dövlətin dəstəyi, innovasiyatexnologiyalardan istifadə olunmağabu sahənin elmi əsaslarla inkişaf etdirməyə başlamağımız yüksək nəticələrə gətirib çıxarıb. Əgər 90-cı illərdə ölkədə kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmə 30% idisə, 2018-ci ildə heyvandarıq məhsulları ilə 70%-i, bitkiçilik məsulları ilə 100%-i keçmişik. Yüksək dəyər yaradan kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramları həyata keçirilir. Aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsi, iri fermer təsərrüfatları və aqroparkların yaradılması istiqamətində həyata keçirilən dövlət siyasəti kənd təsərrüfatı məhsullarının ixrac potensialını artırır. Son 15 ili ərzində kənd təsərrüfatında 1,7 dəfə, ixracda isə 6,3 dəfə artım əldə olunub. Təbii ki, bütün bu uğurlarımızın təməlində ölkəmizdə aparılan iqtisadi islahatlar dayanır”.

 

Nigar Abdullayeva

Palitra  2019.- 21 may.- S.5.