ADPU-da elmi konfrans: Türkologiya: reallıqlar, problemlər, perspektivlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkologiya: reallıqlar, problemlər, perspektivlərrespublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov türkologiya elminin xüsusi əhəmiyyət kəsb etdiyini ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını bildirib. Sonra filologiya fakültəsinin dekanı, professor Mahirə HüseynovaTürkologiyanın aktual problemləri”, müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan XəlilovTürkologiyanın reallıqları perspektivlərimövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd edilib ki, türkoloji düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir. Türkoloji fikir dövlət siyasətinin mahiyyətində dayanır. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya özünəqayıdışa güclü diqqət yetirilir. Son illər türkdilli xalqların arasında inkişaf edən iqtisadi siyasi-mədəni əlaqələr, mənəvi yaxınlaşma ortaq türk dili ideyasının gerçəkləşməsinə təkan verən amillərdən biridir. Türkdilli xalqlarla əlaqələri genişləndirməyi zaman tələb edir. Müasir türkologiyanın qarşısında dayanan əsas vəzifələrdən biri öz inkişaf tarixində müəyyən səbəblər ucbatından bir-birindən ayrılmış uzaq düşmüş türk xalqlarının dillərinin oxşar fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, milli, mədəni, siyasi ideoloji baxımdan böyük önəm daşıyacaq bu mövzular üzərində elmi araşdırmaların aparılmasına istiqamət verilməsidir. Sonra konfrans öz işini 3 bölmədə davam etdirib. İclaslarda ümumilikdə 52 məruzə dinlənilib. Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

 

Nigar

Palitra  2019.- 21 may.- S.4.