İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır

Vahid Rzayev: “Şuşa, Naxçıvan, Gəncə Quba, Lənkəran o dövrün ictimai mərkəzləri idi

Müsahibimiz Vahid Məmməd oğlu Rzayev 1952 - ci il fevralın 3 - Naxçıvan Muxtar Respublikası, Şərur rayon Şərur qəsəbəsində anadan olub.1969 -cu ildə Siyaqut kənd orta məktəbini bitirib. V. M. Rzayev 1971- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili ədəbiyyat ixtisasına qəbul olub 1975 -ci ildə təhsilini başa vurub. 1975 - ci ildən Şərur rayon Aşağı Daşarx kənd səkkizillik məktəbində Azərbaycan dili ədəbiyyatı müəllimi işləyib. 1979- cu ildən müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin Pedaqogika psixologiya kafedrasına müəllim vəzifəsinə təyin edilib.

Sonralar kafedranın baş müəllimi olub, hazırda isə dosentdir. İki seçki müddətinə universitetin Pedaqogika psixologiya kafedrasına (2007-2017) rəhbərlik edib. 1989- cu ildəZaqafqaziya xalqlarının pedaqoji əlaqələri ( XIX əsr XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. 9 kitabın, 3 metodik vəsaitin 110-dan artıq elmi məqalənin müəllifidir. Tədqiqat sahəsi Azərbaycan məktəb pedaqoji fikir tarixi, o cümlədən onun çox mühüm tərkib hissələrindən biri olan Naxçıvan mədəni mühiti, burada məktəb təhsilinin yeni pedaqoji ideyaların yayılması inkişaf mərhələləri ilə bağlıdır. Bir sıra beynəlxalq kofranslarda (UluslararasıQafqaz xalqlarının folkloru linqvokulturologiyasısimpoziumu, Tbilisi18-21mart 2012 s.) iştirak edib beynəlxalq jurnallarda (Kanada, İngiltərə, Rusiya, Ukrayna Türkiyə) Azərbaycan məktəb pedaqoji fikrinin bir sıra problemlərinə aid məqalələr nəşr etdirib. “Murad Tutayuk” (Naxçıvan, “Qeyrətmətbəəsi, 2001), “Naxçıvanda qadın təhsili tərbiyəsi tarixindən” (Naxçıvan, “Məktəbnəşriyyatı, 2013), “XIX əsr XX əsrin əvvəllərində İrəvanda Naxçıvanda məscid məktəbləri mədrəsələr” (Naxçıvan, “Əcəmi”, 2016), “XIX əsrin sonları XX əsrin əvvəllərində Naxçıvanda təhsil pedaqoji fikir”, (Naxçıvan, “Məktəbnəşriyyatı, 2014), “Naxçıvanda məktəb pedaqoji fikir (XIX əsr XX əsrin əvvəlləri)”, II nəşri, Naxçıvan: “Əcəmi”, 2018) adlı kitabları, “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri” (XIX əsr XX əsrin əvvəlləri) adlı fəlsəfə doktoru dissertasiyası elmi-pedaqoji mühitin diqqətini çəkib, maraqla qarşılanmış tədqiqatlardır.

Rusiya tərəfindən Azərbaycanın şimal hissəsinin işğalı zamanıAmanatgötürülmüş uşaqların təhsili, Naxçıvan rus-Azərbaycan oğlan, həmçinin qız məktəbinin yaranması inkişaf mərhələləri, Naxçıvan Müəllimlər Seminariyasının meydana gəlməsi fəaliyyəti haqqında araşdırmaların aparılması dosent Vahid Rzayevin axtarışları əsasında elmi dövriyyəyə daxil edilib. XIX əsrdə Rus dövlət məktəbləri kimi Naxçıvan qəza məktəbi (1837), Ordubad şəhər ibtidai məktəbi (1854) əsrin sonlarına yaxın bir çox kənd ibtidai məktəblərinin struktur-məzmun xüsusiyyətləri verdiyi faydanın öyrənilməsi, elmi oçerklər kimi işlənib hazırlanması da V. Rzayevin axtarışlarının nəticəsidir. Milli təhsil təcrübəmizin unikal nümunəsi kimi Məhəmməd Tağı SidqininTərbiyə məktəbi”nə aid yeni əhatəli araşdırmalar ilk dəfə Vahid Rzayev tərəfindən aparılıb, yeni tarixi sənədlər, arxiv materialları əsasında görkəmli maarifçi-məktəbdarın həyat fəaliyyətinin öyrənilməmiş səhifələri üzə çıxarılıb. Tədqiqatlarda adıçəkilən, lakin mahiyyəti əhəmiyyətinin nədən ibarət olduğu haqqında heç bir məlumat verilməyənXeyriyyəçəmiyyəti onun nəzdində fəaliyyət göstərən məktəblə bağlı elmi araşdırmalar da V. Rzayevə məxsusdur.

Tədqiqatçı Naxçıvan mədəni mühitinin ziyalı zümrəsinin əsasını təşkil edən pedaqoq-müəllimlərin bir çoxunun ömür yolu pedaqoji fəaliyyətini arxiv sənədləri dövri nəşrlər əsasında işləyib hazırlayıb. Rus dövlət məktəblərində işləyən Molla Allahverdi Sultanov, Mirzə Sadıq Quliyev, Salah bəy Zöhrabbəyov, Əlirza Rasizadə, Məmməd bəy Zamanbəyov başqaları, həmçinin Sergey Sergeyev, Konstantin Nikitin, Maqomed Kotiyev (Mehmet Ketey), Georgi Uturqauri haqqında ilk əhatəli məlumatlar V. Rzayevin tədqiqatlarında əks olunub.

- Yaradıcılığım adətən pedaqoji fikir tarixi, məktəb təhsili tarixi ilə bağlıdır. 80-ci illərin əvvəllərindən İrəvan, Tbilisi, Bakı, Naxçıvan, Moskvada bir sıra arxivlərdə işləmişəm. Mənim doktorluq dissertasiyama gəldikdə isə elə həmin dövrdə arxivlərdə çalışarkən Naxçıvanla bağlı maraqlı faktlar qarşıma çıxdıqda onları götürürdüm. Sonra, müstəqillik dövründə bunlar həqiqətən mənə lazım oldu. Çünki bu dövrdən başlayaraq Naxçıvanın tarixini, mədəniyyətini, təhsilini öyrənmək dövlət səviyyəsində vacib oldu və hətta Ali Məclis Sədrinin şəxsi təşəbbüsü ilə ayrıca olaraq universitetdə “Naxçıvanşünaslıq” mərkəzi yaradıldı. Naxçıvanla bağlı nəşrləri, arxiv sənədləri orada toplayırdılar. Əvvəllər doktorluq dissertasiyası üçün başqa mövzu götürmək istəyirdim. Lakin sonradan arxiv materiallarına diqqət yetirdikdə gördüm ki, Naxçıvan təhsilinin tarixini, pedaqoji fikrini öyrənmək vacibdir. Sovet pedoqogikaşünaslığında adətən demokratik mərkəziyyət prinsipi əsas götürülürdü. Bakıda, yaxud digər yerlərdə olan təhsil müəssisələri, orada olan pedaqoji hadisələrə daha çox diqqət yetirilirdi. Şuşa, Naxçıvan, Gəncə, Quba, Lənkəran o dövrün çox gözəl ictimai mühit mərkəzləri idi. O mühit mərkəzlərini öyrənmək ümumi Azərbaycan məktəbinin, pedaqoji fikrinin mənzərəsini formalaşdırmaq üçün çox zəruri bir məsələdir. Çalışdım ki, bu məsələləri araşdırım, öyrənim.

- Vahid müəllim araşdırmalarınız zamanı hansı faktları aşkar etdiniz?

- Bir cəhəti deyim ki, bu dövrü, xüsusilə Naxçıvanın, İrəvan quberniyasının tarixini, mədəniyyətini, təhsilini, pedaqoji fikrini öyrənərkən başqa regionlara nisbətən, rus çarizminin tamamilə başqa bir siyasətini müşahidə etdim. Məsələn, Qazaxın Şəmşəddil mahalına aid bir arxiv materialına rast gəldim. Türkmənçay müqaviləsi ilə İrəvan, Naxçıvan torpaqları rus çarizminin işğal zonasına çevrildi, həmin dövrdən etibarən erməniləri Naxçıvana, xüsusən İrəvan quberniyasına, 16 mahala yerləşdirmək siyasəti başladı. Mən onu əsərdə göstərmişəm. Bundan başqa, bir monoqrafiyam çıxmışdı, İrəvan Naxçıvanda məscid-məktəb- mədrəsələrinin tarixinə dair, həmçinin XIX-XX əsrə aid külli miqdarda materiallar var idi. Bu arxiv materiallarını oxuduqca, öyrəndikcə hiss edirsən ki, doğrudan da bura doğma Azərbaycan torpaqlarıdır. Bu faktlar, Rusiyanın statistik rəqəmləri açıq etiraf edir ki, bura qədim Azərbaycan torpaqları, burada məskunlaşan xalq Azərbaycan türkləridir. Şəmşəddil mahalında da, İrəvanda da Türkiyəyə, İrana həmsərhəd olduğuna görə, bunlar müstəmləkəçiliyin digər vasitələrindən istifadə edirdilər. Məsələn, Şəmşəddil mahalında yüksək zümrənin uşaqlarını amanat götürüb, aparırdılar Tbilisiyə. Əgər o zümrə yenidən Türkiyəyə meyillənmiş olsaydı, onda o uşaqlar geri qaytarılmırdı. Onlar belə bir vasitədən istifadə edirdilər. Naxçıvanda da daha çox erməniləşmə faktorundan istifadə edirdilər. Türkmənçay müqaviləsi bağlandığı gündən ermənilərin buraya kütləvi axınını təşkil etdilər. Məsələn, Ordubadda 1828-ci illərdə 30 erməni ailəsi var idi, bu ailələr buraya köçürülmüşdü. Ermənilərin kütləvi köçürülməsi müstəmləkə siyasətinin başlıca vasitəsi oldu. Onlar erməniləri bu ətrafa köçürməklə istəyirdilər ki, torpaqları erməniləşdirməklə, xalq Türkiyədən, Qacar sülaləsindən təcrid olunsun.

 

(ardı var)

Nigar

Palitra.-2019.-22 may.-S.7.