“Biz “Kitab dayanacaqları“nın taleyini
insanlarımıza həvalə edirik“
Röyal Süleymanov:
"Hədəfimiz budur ki,
qanun çərçivəsində bütün parklarımızda "Kitab dayanacaqları" quraşdıraq"
Bugünlərdə Bakıda Progress Club tərəfindən "Kitab dayanacağı" layihəsinə start verilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstəklənən layihə çərçivəsində mərhələlərlə Bakı parklarında "Kitab dayanacaqları" quraşdırılacaq. SOCAR-ın əməkdaşı, Progress Clubun İcraçı direktoru Röyal Süleymanov "Palitra"ya müsahibəsində görüləcək işlərdən danışıb.
- "Kitab dayanacağı" layihəsini həyata
keçirmək hansı zərurətdən irəli gəldi?
-Açılışdakı
açıqlamamızda da demişdik
ki, layihənin məqsədi cəmiyyətdə
gördüyümüz əsas iki boşluğu, qismən
də olsa, doldurmaqdır. Biri
oxuma və maariflənmə vərdişlərindən
uzaq olmağımız, digəri də ictimai mülkiyyətlə davranma
etikamızın kasad və
formalaşmamış olması. Biz bu boşluqları görüb
komandamızla belə bir layihə etmək
qərarına gəlmişik.
- Hansısa
ölkədə belə təcrübə varmı?
- Bəli, əlbəttə. Bu
təcrübə, əslində, Azərbaycanda ilklərdən
olsa da dünyada
heç də yeni bir şey deyil.
- Təxminən
neçə nəfərlik komanda ilə bu layihəyə start veribsiz?
-Layihəni, bildiyiniz kimi, Progress Club həyata keçirib. Bütün digər layihələrimizdə
olduğu kimi, bu layihəmizdə də, demək olar ki, hər
klub üzvümüzün
əməyi olub.
Xırda işdən tutmuş, vaxt alan, çətin
işlərə qədər...
Hətta
7 üzvümüz o kitab
dayanacağını gündəlik
ziyarət etmək, qanunla problem doğuracaq kitab varsa aradan
qaldırmaq üçün
öz aralarında qrup da yaradıb.
Hərəsi həftənin
bir günü “Kitab dayanacağı”nı ziyarət etməlidir. Düşünürəm ki, klubumuzun
gücü də elə bundadır.
Biz layihə həyata
keçirəndə kimlərəsə
məcbur iş tapşırmırıq. Əksinə, üzvlər özləri
əllərini daşın
altına qoymaq, çiyinlərini işə
vermək üçün
can atırlar. Klubumuzun
isə rəsmi olaraq üzv sayı 30-dan bir az çoxdur.
- Yəqin ki, layihə iştirakçıları, əsasən,
könüllülərdir?
-Klubumuz elə ən başdan könüllü fəaliyyəti
prinisipi ilə işləyir. Burada heç kəsə maaş verilmir.
Heç
kəs hansısa titula yiyələnmir.
Hər birimiz, elə içi mən özüm də qarışıq (direktor olmağıma baxmayaraq), könüllü surətdə
əlimizdən gələni
edirik. Etməkdə də davam edəcəyik.
- Layihə üçün kitabları
haradan əldə edirsiz?
-Sırf "Kitab dayanacağı" layihəsini
nəzərdə tutursunuzsa,
ilk dəfə açılış
olanda köşkün
içini könüllülərdən
toplanılmış kitablar
hesabına doldururuq. Daha sonra dayanacağın taleyini insanlarımıza həvalə edirik. İstəyən, istədiyi bir
kitabı götürsün,
istədiyi kitabları
gətirib qoysun.
Amma bizim "Progress Library" layihəmiz
də var. Orada biz daimi pulsuz kitabxana
qurmaq üzrəyik.
Burada gənclərimiz kitabları
2 həftəlik müddətə
götürüb oxuya
bilərlər, amma qaytarmaq şərtilə.
O kitabxanamızın kitablarının
isə bir qismini öz klub üzvlərimiz təmin etsə də, bir xeyli
hissəsini üzvümüz
olmayan könüllü
gənclər bizə
ianə ediblər. Buradan o gözəl insanlara da bir daha
təşəkkür etmək
istərdim.
- Hədəfdə
hansı ərazilərdəki
dayanacalarda bu kitab rəflərini yaratmağı planlayırsız?
-Hədəfimiz budur ki, hər zaman
olduğu kimi, bundan sonra da
qanun çərçivəsində
addımlayaraq, bütün
parklarımızda bu kitab dayanacaqlarından quraşdıraq. Nə qədər uğurlu
olub-olmayacağımızı isə zaman göstərəcək.
- Bu layihədə
nə kimi risklər var?
-Layihədə heç bir risk yoxdur. Progress Club ancaq proqressiv söhbətlərin, layihələrin,
təşəbbüslərin parçası olub və bundan sonra da ancaq
bu yolda fəaliyyət göstərəcək.
Fuad Hüseynzadə
Palitra.-2019.-1 noyabr.-S.7.