Cəfər Cəfərov: “Ölkənin modernləşməsi və yeniləşməsi dövründə bizöz işimizi sürətləndirməliyik”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahədə görülmüş işlər və vəzifələr haqqında”, “2020-ci ildə ADPU-da keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar haqqında”, “Pedaqoji Kollecin fəaliyyəti haqqında” və cari məsələlər daxildir. Rektor Cəfər Cəfərov qeyd edib ki, ölkə rəhbərliyinin formalaşmaqda olan yeni elmi istiqamətlərin inkişafına xüsusi önəm verməsi, elmə, təhsilə göstərdiyi diqqət və qayğısı təhsil müəssisəsi olaraq bizim də üzərimizə böyük məsuliyyət qoyur. Ölkənin modernləşməsi və yeniləşməsi dövründə bizöz işimizi sürətləndirməli və güclərimizi səfərbər etməliyik. Rektor çıxışında MoskvaVaşinqton səfərlərindən danışaraq hər iki səfərin ADPU-nun inkişafı üçün çox faydalı olacağını nəzərə çatdırıb.

Cəfər Cəfərov universitetdə fəaliyyət göstərən professor və müəllimlərə uzunmüddətli fədakar fəaliyyətlərinə görə öz təşəkkürünü bildiribonlara uğurlar arzulayıb. “ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahədə görülmüş işlər və vəzifələr haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov hesabat məruzəsi ilə çıxış edib. Dosent E.Aslanov çıxışında Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) üzrə işlər, davamlı inkişaf üçün təhsil sənədi üzrə işlər, Davamlı İnkişaf Məqsədlərinin (DİM) fakültə, ixtisaskurs səviyyəsində tətbiqi və YUNESKO-nun 2017-ci ildə qəbul etdiyi davamlılıq üçün əsas kompetensiyaları haqqında məlumat verib. Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

“2020-ci ildə ADPU-da keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar haqqında” elminnovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxış edib. Professor A.Zamanov çıxışında xarici ölkələrin, həmçinin Azərbaycanın müvafiq universitetləri və elmi-tədqiqat institutları ilə birgə “İnklüziv təhsil: reallıqlar, çağırışlar, perspektivlər”, “Yeni pedaqoji yanaşmalar: reallıqlar və tələblər”, “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”, “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, “Qeyri-müəyyənliklər şəraitində qərarların qəbul edilməsi problemləri”, “Qori Müəllimlər Seminariyası və Azərbaycanda təhsil”, “Regionlarda ali təhsil: reallıqlar, perspektivlər”, “Müəllim peşəkarlığı: ənənələr və innovasiyalar”, “Fizika-riyaziyyat təhsili: reallıqlar, tələblər” mövzularında ADPU-da 2020-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar barədə məruzə edib.

Elmi Şura professor A.Zamanovun məruzəsinə əsasən 2020-ci ildə adıçəkilən mövzularda konfransların keçirilməsinin vacibliyini nəzərə alaraq bu barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab edib. Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

Pedaqoji Kollecin fəaliyyəti haqqında” Kollec direktoru, dosent İsrayıl İsgəndərov geniş məruzə ilə çıxış edib. Dosent İ.İsgəndərov çıxışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilati strukturu olan: Pedaqoji şura, direktordirektoryani şuradan, Tədris planları üzərində aparılan işlərdən, əlavə təhsildən, ADPK-da 2018-2019-cu tədris ilinin İmtahan sessiyasının nəticələrindən, ADPK-də fənn kreditinin 25%-ni ödəmək şərti ilə yenidən imtahan verənlərin nəticələrindən, Dövlət Attestasiya İmtahanından, nəticələr üzrə göstəricilər: Müəllimlərin İşə Qəbulu, ictimai rəy və tələbə qəbulundan, 2019-2020-ci tədris ili tələbə qəbulu nəticələrindən, keyfiyyət göstəricilərindən, 2020-2021-ci tədris ili üçün proqnoz layihəsindən, eləcə də ekskursiyalar və səfərlərdən, tələbələrin asudə vaxtının təşkilindən, sosial bacarıqları aşılayan layihələr və yubileylərdən danışıb. Elmi Şura dosent İ.İsgəndərovun hesabatını qəbul edib.

Cari məsələlərin müzakirəsi zamanı rektorun müşaviri Ümid Mehdiyev Àzərbàycàn Dövlət Pedaqoji Univårsitåtində professor-müəllim, inzibati, tədris-yardımçı və texniki işçilərin əmək haqqının artırılması barədə, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-da keçirilmiş dekankafedra diri seçkilərinin nəticələrinin təsdiq edilməsi barədə və ADPU-nun bakalavriat səviyyəsində tələbələrin dövlət attestasiyası haqqında əsasnamənin təsdiq edilməsi barədə, Elminnovasiyalar üzrə prorektor professor Asəf Zamanov Təhsil Menecmenti dövri elmi jurnalının təsis edilməsi barədə və Ukrayna Təhsil Menecerləri Universitetinə (Kiyev şəhəri) səfərinin yekunları barədə, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüd almağa namizədlərin təsdiqi haqqında, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov isə ADPU-da reytinq qiymətləndirməsi meyarlarında dəyişikliklərin edilməsi haqqında məlumat veriblər.

Daha sonra Elmi katib, tarix üzrə fəlsəfə doktoru dosent İradə Qasımova cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə olunubmüvafiq qərarlar qəbul edilib. Sonda rektor Cəfər Cəfərov Elmi Şurada qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.

 

Nigar

Palitra.-2019.-1 noyabr.-S.12.