Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Bu gün gənclərimiz Belarusun mərkəzi ilə yanaşı, regionlarında da Azərbaycanı layiqli şəkildə təmsil edirlər. Belarusun Brest şəhərində olarkən belə gənclərimizdən bir olan Natiq Əliyevlə görüşdük. Qeyd edək ki, Natiq Namiq oğlu Əliyev 29 noyabr 1997-ci ildə Brest şəhərində anadan olub. 2004-cü ilin sentyabr ayında Çerney kəndindəki orta məktəbin 1-ci sinfinə daxil olub. 2015-ci ilin iyununda Çerney kənd orta məktəbini bitirib. 2015-ci ilin avqust ayında Brest Dövlət Texniki Universitetinin Elektron İnformasiya Sistemləri fakültəsinin “Süni intellekt” ixtisası üzrə əyani şöbəsinə daxil olub. İngiltərədə tələbə mübadiləsi proqramı çərçivəsində təlim keçib.

- Sizin təhsil aldığınız sahə yenidir. Belarusda bu sahə üzrə yerləri varmı?

- Bəli, oxuduğum ixtisas yenidirbütün dünyada inkişaf edir. İnsanlar hər şeyi robotlaşdırmağa meyillidirlər. Bir çox fabrik artıq süni intellektlə təchiz olunmuş robotlarla işləyir. Belarusda bu ixtisasda çox yeri var, lakin bütün şirkətlər bu sahədə yaxşı maaş vermirlər.

- Təhsilinizi davam etdirmək fikriniz varmı?

- Bəli, “Süni intellektixtisası üzrə magistraturaya daxil oldum. Məzun olduqdan sonra bu, aspiranturaya daxil olmaq üçün bir fürsət olacaq.

- Xaricdəki azərbaycanlı gənclərin aktivliyi necədir?

- Xaricdə azərbaycanlılar özlərini yaxşı hiss edirlər, millətimizi vətənimizi sevirlər hörmət edirlər. Azərbaycanlılar xaricdə çox fəaldırlar; çalışırlar, qazanc əldə edirlər.

- Brestdə gənc nəsli necə təmsil edirsiz?

-Məncə, Brestdəki gənc nəsil olduqca müasirdir. Çox sayda gənc idmana maraqldır. Brestdə ümumiyyətlə, Belarusda xokkey futbol üçün çoxlu vəsait xəclənir. Belarusda yaşayan gənclər insanlar olduqca sakitdir. Burada hamı planlı həyat yaşayır. Əgər Moskva, Varşava kimi meqapolislərlə müqayisə etsəniz, burada həyat daha sakit ölçülü-biçilidir.

 

Fuad Hüseynzadə

(Bakı-Brest-Bakı)

Palitra  2019.- 5 noyabr.-  S.7.