“Ermənistan münaqişənin
tezliklə sülh yolu
ilə həllini tapmaq səylərini
sarsıdır”
Elmar Məmmədyarov: “Avropa Parlamenti Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır”
“2013-cü ildə Avropa Parlamenti tərəfindən
Avropa Qonşuluq Siyasəti
ilə bağlı qəbul edilmiş qətnaməyə
əsasən bir Şərq Tərəfdaşlığı
ölkəsinin digərinin ərazilərini işğal
etməsi Şərq Tərəfdaşlığının əsas
prinsiplərini və məqsədlərini pozur
və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul olunmuş
822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır”
“Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaq. Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz”. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib. O bildirib ki, ŞT-nın strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır: “Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır”. Nazir qeyd edib ki, beynəlxalq hüquq və qayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur: “Lakin ŞT-ni yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, ŞT-nin əsas öhdəliklərini yerinə yetirməliyik. 10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və ŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir Şərq Tərəfdaşlığı ölkəsinin digərinin ərazilərini işğal etməsi Şərq Tərəfdaşlığının əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır. Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, Şərq Tərəfdaşlığı-nın növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaq”.
Ermənistanın işğalçılıq siyasəti haqqında ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Yəhudi Respublikaçılar Alyansına məlumat verilib
Qeyd edək ki,
Ermənistanın Azərbaycana qarşı təcavüzü
və işğalçılıq siyasəti haqqında
ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından
olan Yəhudi Respublikaçılar
Alyansına da məlumat verilib.
Yəhudi Respublikaçılar Alyansının
dəvəti ilə ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təşkilatın üzvləri
qarşısında Azərbaycana dair təqdimatla
çıxış edib. Ölkəmizin
Los-Anceles şəhərindəki Baş Konsulluğundan
bildiriblər ki, təqdimatdan əvvəl
çıxış edən Alyansın həmtəsisçiləri
Miç Silberman və
Mark Vidaver Azərbaycanın
ABŞ və İsrail üçün
strateji önəm daşıdığını
vurğulayıb, onun qədim
tolerantlıq və multikulturalizm ənənələrini
təqdir ediblər. Baş konsul Nəsimi Ağayev
çıxışında Azərbaycanın müstəqillik
tarixi barədə ətraflı məlumat
verib. Bildirib ki, 1918-ci ildə xalqımız
Azərbaycan Xalq Cümhuriyyətini qurub, bu respublika
müsəlman dünyasında ilk dünyəvi
və demokratik dövlət olmaqla yanaşı, həm də müsəlman
Şərqində qadınlara səsvermə hüququ
verən ilk ölkə kimi
tarixə düşüb. Azərbaycanda mövcud olan dinlərarası harmoniya,
qədim tolerantlıq və multikulturalizm ənənələri
haqqında ətraflı məlumat verən baş
konsul əhalisinin əksəriyyətini
müsəlmanların təşkil etdiyi
ölkəmizdə İslam dini ilə yanaşı, xristian,
yəhudi və digər dinlərə mənsub insanların
qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində
yaşadıqlarını diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda
tarixən mövcud olan
bu ənənələrinin qorunması və
inkişafının, eləcə də multikultural
dəyərlərin təbliğinin ölkə rəhbərliyi
tərəfindən daim diqqət mərkəzində
saxlandığını vurğulayıb. O qeyd edib ki,
Azərbaycanın təcrübəsi müsəlman-yəhudi
qardaşlığının və dostluğunun
mümkünlüyünü göstərir.
Bundan başqa, N.Ağayev Azərbaycan
ilə İsrail arasında müxtəlif
sahələrdə uğurlu əməkdaşlıq
əlaqələrindən danışaraq, bu
münasibətlərin iki ölkə
arasında yüksək səviyyəli qarşılıqlı
səfərlərin həyata keçirilməsi ilə ildən-ilə
daha da genişləndiyini
bildirib. Ermənistanın Azərbaycana
qarşı təcavüzünə və
işğalçılıq siyasətinə toxunan
baş konsul bildirib ki, ölkəmizin ərazi
bütövlüyünün müdafiəsində
yəhudi vətəndaşlar da iştirak edib, onlardan biri - 1992-ci ilin mayında Şuşa
şəhərinin müdafiəsi zamanı qəhrəmancasına
həlak olmuş dağ
yəhudisi Albert Aqarunov
Azərbaycanın Milli Qəhrəmanı
fəxri adına layiq görülüb.
Baş konsul bildirib ki, Aqarunovun
xatirəsinin əbədiləşdirilməsi məqsədilə
yaxın vaxtlarda onun
Bakıda ucaldılmış abidəsinin rəsmi
açılışı olacaq. Sonra N.Ağayev
iştirakçıların suallarını
cavablandırıb.
“Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın faşist siyasətinin daha bir təsdiqidir”
Yeri gəlmişkən bir məqma da toxuanq ki, Milli Məclisin deputatı Aydın Hüseynov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifinə münasibət bildirib. Deputat qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir. A.Hüseynov bildirib ki, N.Paşinyanın bu absurd fikri son dərəcə gülünc səslənir: “Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla yanaşı, torpaqlarımıza göz dikməyin bariz nümunəsidir”. Deputatın sözlərinə görə, reallıq budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir: "N.Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında siyasi nüfuzunu itirib. O, erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə ifadə edə bilmir və ona görə bu cür sərsəm bəyanatlar səsləndirməklə ölkə daxilində gərginliyi azaltmağa cəhd edir. Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək”.
A.Miriyev
Palitra 2019.- 6 noyabr.- S.11.