237 saylı orta məktəbdə Dövlət Bayrağı Günü qeyd olunub

 

Bu gün Bakı şəhərindəki 237 saylı orta məktəbdə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə “Dövlət bayrağımızın ikinci dəfə zirvələrə qaldırılmasında Milli Qəhrəmanlarımızın, şəhidlərimizin və qazilərimizin rolumövzusunda çıxışlar olub. Tədbirdə Milli Qəhrəman Vahid Quliyev, şəhid ailələri, qazilər, məktəblilər, KİV və QHT nümayəndələri iştirak ediblər.

237 saylı orta məktəbin direktoru Təranə Qurbanova çıxış edərək tədbir iştirakçılarını 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xəzər-Pirallahı rayon nümayəndəliyinin sədri Elçin Əzimov deyib ki, istiqlal və azadlıq mücahidləri bayraq uğrunda mübarizə aparmağı, hətta zərurət yarananda qan tökməyi, canlarından keçməyi həyatlarının mənası hesab ediblər.

Milli Qəhrəman Vahid Quliyev çıxışında bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. O bildirib ki, Azərbaycanda da bayrağa bu cür münasibət bəslənməklə yanaşı, onu müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər. Tədbirdə digər çıxışçılar da Bayraq Gününün ümumxalq bayramı kimi qeyd olunmasının dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması baxımından önəmli olduğunu vurğulayıblar. Sonda məktəblilər Dövlət Bayrağı Gününə həsr olunan şeir deyib və mahnılar ifa ediblər.

 

Fuad Hüseynzadə

Palitra  2019.- 8 noyabr.-  S.13.