Tanınmış rusiyalı
rəssam ustad dərsi keçəcək
Mədəniyyət
naziri Əbülfəs Qarayev rusiyalı məşhur
fırça ustası, Adıgey və Kabardin-Balkar
Respublikasının Xalq rəssamı, Rusiya Dövlət
mükafatı laureatı Mixail Şemyakinlə
görüşüb.
Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, nazir görüşdə
qonağa Azərbaycan dövlətinin mədəniyyət
siyasəti, bu istiqamətdə həyata
keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib
ki, ölkəmizdə mədəniyyətin,
incəsənətin inkişafına dövlət tərəfindən
böyük qayğı göstərilir.
Azərbaycan mədəniyyətinin xarici
ölkələrdə təbliği də diqqətdə
saxlanılır.
Mixail Şemyakin
də öz növbəsində səmimi
qəbula görə öz minnətdarlığını
ifadə edib. Vurğulayıb ki, bu səfər onun ölkəmizə ilk
gəlişidir. Buna baxmayaraq,
Azərbaycanın mədəni həyatı onda
olduqca xoş təəssüratlar
yaradıb.
Əslən Kabardin-Kalkardan
olduğunu deyən rəssam Azərbaycanla
onu xoş münasibətlərin
bağladığını bildirib.
Vurğulayıb ki, onun
bacısı Azərbaycanın indiki Göygöl (Xanlar) rayonunda dünyaya gəlib.
Mixail Şemyakin
onu da diqqətə
çatdırıb ki, səfər
çərçivəsində müxtəlif
görüşlərdə iştirak edəcək,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçəcək.
Görüş zamanı rəssamın
ölkəmizdə sərgisinin təşkil edilməsi və
onunla əməkdaşlıq imkanları müzakirə
olunub.
Qeyd edək ki, Mixayıl Şemyakin 1943-cü ildə Moskvada anadan olub. Tanınmış rəssamın əsərləri Rusiya ilə yanaşı, ABŞ, Fransa, Braziliya, İsrail və digər ölkələrin muzeylərində saxlanılır.
Palitra 2019.- 8 noyabr.- S.12.