Türkiyə Prezidentinin
müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
1988-ci ildə Azərbaycana qarşı ərazi iddialarına başlayan Ermənistan tərəfindən bir müddət sonra Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
“Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını
qeyd-şərtsiz qaytarmalıdır”. Bunu
Türkiyə Prezidentinin müşaviri
Yalçın Topçu deyib.
O bildirib ki, dünya ictimaiyyəti Azərbaycanı dəstəkləməlidir,
çünki məhz Azərbaycanın əraziləri
işğal altındadır: “Türkiyə
əvvəllər olduğu kimi Azərbaycanı bütün
sahələrdə, o cümlədən
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması məsələsində dəstəkləyəcək”.
Azərbaycan
və Ermənistan qoşunlarının təmas xəttində
növbəti monitorinq keçiriləcək
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq,
noyabrın 13-də Tərtər rayonu ərazisində
Azərbaycan və Ermənistan qoşunlarının təmas
xəttində növbəti monitorinqin
keçirilməsi planlaşdırılır. Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a
bildiriblər ki, monitorinqi
Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin
səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş
və nəzarət olunan Azərbaycan ərazisində
monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi
Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika aparacaqlar.
Nigar Abdullayeva
Palitra
2019.- 13 noyabr.- S.11.