“Uşaqların fizikiemosional zorakılığa məruz qalmaları məhz ailədə olur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda konfrans keçirilib.

Ombudsman Elmira Süleymanova noyabrın 20-nin Ümumdünya Uşaq Günü kimi qeyd olunduğunu deyib. Ombudsman bildirib ki, ölkəmizdə keçirilən tədbirlər uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir. Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğunu deyən Elmira Süleymanova konvensiyanın məqsədi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Qanunda və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat verib. Ombudsman çıxışında uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlər həyata keçirildiyini, bu istiqamətdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırıb. Müvəkkil uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarının keçirildiyiniqeyd edib.

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Uşaq Hüquqları Konvensiyası barədə məlumat verib. O bildirib ki, BMT tərəfindən qəbul edilən bu sənəd dünyanın hər bir yerində yaşayan uşaqların konvensiya ilə müəyyən olunmuş hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqların müdafiəsinin ölkəmizdə həyata keçirilən uşaq siyasətinin önəmli tərkib hissəsi kimi hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da genişləndirilib. Ölkəmizdə ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi nəzərə alınır. Onların hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılır. Uşaq iştirakçılığının təmin edilməsi sahəsində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Lakin bununla yanaşı, uşaqların müdafiəsi sahəsində önəmli aspektlərdən biri uşaqlara qarşı zorakılığın qeydə alınmasıdır. BMT-nin Uşaq Hüquqları Konvensiyası bunu önəmli məsələ kimi qeyd edir. Təəssüf ki, bütün dünyada uşaqlara qarşı zorakılığın müxtəlif növləri törədilir. Aparılan araşdırmalara görə, Avropada hər beş uşaqdan biri cinsi zorakılığın və istismarın qurbanına çevrilir. Ölkəmizdə belə hallar əvvəllər gizli baş verirdisə, son illər müvafiq qurumlara edilən müraciətlər bu mövzunu aktuallaşdırır. Məhz belə halların qarşısının alınması üçün 2007-ci ildə “Uşaqların cinsi istismardancinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası qəbul edilib. Bu konvensiya təkcə Avropa Şurası ölkələri deyil, bütün dünya dövlətləri tərəfindən ratifikasiya edilə bilər. Azərbaycan həmin konvensiyanı 2008-ci ildə imzalayıb. Konvensiya bu il oktyabrın 22-də Milli Məclis tərəfindən qəbul edilib və oktyabrın 31-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun ratifikasiyası təsdiq olunub”.

Komitə sədri: “Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır"

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı zorakılığa qarşı mübarizə aparılsa da, hər bir uşağı ondan qorumağın mümkünsüz olduğunu bildirib. Komitə sədri qeyd edib ki, uşaqlar zorakılığa daha çox ailələrdə məruz qalırlar. Lakin məktəblərdə zəif uşaqların əzilməsi, xəstə uşaqların ələ salınması kimi hallara da rast gəlinir. Bunun qarşısını almaq üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır. Bölgələrdə risk qrupuna daxil olan ailələr, məktəblərdə həmin qrupa daxil olan uşaqlar qeydiyyata alınmalıdırlar.

Aqiyə Naxçıvanlı uşaqların zərərli informasiyadan qorunması məsələlərinə də toxunub. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsindən danışan komitə sədri onun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən etdiyinibu sahədə yaranan münasibətləri tənzimlədiyini qeyd edib. A.Naxçıvanlı əlavə edib ki, zorakılığa məruz qalan uşağı qorumaq mümkün deyil: "Nə qədər maarifləndirici tədbirlər görülsə də, hər il uşaqlara qarşı fiziki, psixolojicinsi zorakılıq faktları qeydə alınır. Faktlar göstərir ki, uşaqların fizikiemosional zorakılığa məruz qalmaları məhz ailədə olur. Məhz ailədə uşaqların hüquqları pozulur. Bir sıra ailələrdə cismani cəza üsulu seçilir, yəni uşaqlar döyülür. Yaxud uşaqların gücü və yaşı çatmayan işləri görməyə məcbur edilir. Məhz ailələrdə uşaqlara etinadsızlıq göstərilir. Ailədə qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilmə faktları da var. Hesab edirəm ki, uşaqların müdafiəsi hamı üçün ön planda olmalıdır". Komitə sədri bildirib ki, Azərbaycanın uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunları var: "Uşaqların zorakılığa məruz qalması ilə bağlı Mülki və digər məcəllələr sərtləşdirilməlidir. Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır".

A.Naxçıvanlı deyib ki, hər bir rayonda risk qrupuna aid olan insanların, ailələrin qeydiyyatı aparılmalı, onlarla söhbətlər edilməlidir: "Təəssüfedici məqamlardan biriodu ki, məişət səviyyəsində baş verən hadisələr tez zamanda mətbuatda və sosial şəbəkələrdə işıqlandırılır. Bu, yolverilməzdir. Çünki belə hallar uşaqların fizikipsixoloji travmalar alması ilə nəticələnir".

Oruc Zalov: “Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub

Daxili işlər nazirinin müavini Oruc Zalov çıxışında bildirib ki, bu ilin 9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanların və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reydyoxlama keçirilib. Hüquqi maarifləndirmə mövzusunda müxtəlif səpkidə 1000-dən artıq görüş, yığıncaq baş tutub: "Görülmüş işlər nəticəsində 9 ay ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə ötən illə müqayisədə 38 fakt az olub".

Nazir müavininin sözlərinə görə, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib: "Erkən nikahların kifayət qədər aktual olmasından aidiyyəti dövlət qurumları ictimaiyyətin və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanıb yerli orqanlara göndərilib və icrası daim nəzarətdədir. İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur".

Nazirlik: “İcbari təhsildən yayınan uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır”

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, “Təhsil haqqında" qanuna uyğun olaraq "Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Onun sözlərinə görə, qanun layihəsində psixoloqların sayının şagirdlərin sayına uyğunlaşdırılması nəzərdə tutulur: “Hesab edirəm ki, bu, bizim işimizə müsbət təsir göstərəcək. Biz ailələrin məktəblə əlaqəsini genişləndirmək məqsədilə onların vəziyyətini də öyrənmişik. 30 minə yaxın ailədə ata-ana ayrılıb, əlbəttə bunun da uşaqların psixologiyasına təsiri var. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olub. Əlbəttə ki, belə uşaqların zərərli vərdişlərə yiyələnmə ehtimalı daha çoxdur. Ona görə də belə uşaqları müəyyən edərək, onlarla aparırıq. Deməzdim ki, Azərbaycanda zorakılığa məruz qalma, zərərli vərdişlərə qoşulan uşaqların sayı yox dərəcəsindədir. Əlbəttə, belə uşaqlar var". F. Həmzəyev vurğulayıb ki, həmin uşaqların məktəb təlimlərinə cəlbində də müəyyən problemlər olur: "Qanunlarımızda bu məsələ ilə bağlı boşluqlar özünü göstərir. Misal olaraq, Azərbaycanda icbari təhsil 9 illikdir. İcbari təhsil səviyyəsində də təhsildən yayınanlar var. Belə uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır. Həmin uşaqlar təsərrüfat və digər işlərə cəlb olunur. Bu uşaqların icbari təhsilə cəlb edilməsində müəyyən çətinliklərimiz var".

“Məktəblərdə ixtisası psixoloq olan şəxslərə ehtiyac var

Sektor müdiri bildirib ki, ümumi təhsil müəssisələrində risk faktorluintihara meylli uşaqları müəyyən etməyə çalışırıq: “Əsas hədəf və məqsədlərdən biri belə uşaqlarla işləməkdir. Təsadüfi deyil ki, Təhsil naziri Ceyhun Bayramov da məktəb rəhbərləri qarşısında belə tələb qoyub, onlar hər bir şagird barəsində kifayət qədər geniş məlumata malik olmalıdırlar. Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən biri məktəblərdə 2016-cı ildən həyata keçirilən "Məktəblinin dostu" layihəsidir. Əvvəl 31 məktəbdə həyata keçirilən bu layihə hazırda 70 məktəbdə icra olunur". Sektor müdiri qeyd edib ki, layihə şagird kontingenti nisbətən çox olan məktəblərdə həyata keçirilir: "Layihənin könüllüləri şagirdlərin psixologiyasını öyrənir, məktəb rəhbərliyinin görmədiyi hallar barədə məktəbə və ya digər yuxarı instansiyalara məlumat verirlər. Zorakılığın qarşısının alınması fəaliyyətinin təşkilində daha çox məktəb psixoloqları ilə işləməyə üstünlük veririk. Çünki məktəb psixoloqlarının bütün şagirdlərlə işləmək funksiyası var. Lakin bu məsələdə müəyyən problemlərimiz var".

F. Həmzəyev bildirib ki, ölkədəki orta məktəblərin yalnız 64 faizində məktəb psixoloqu var: "Yəni məktəblərdə 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Məktəblərdə ixtisası psixoloq olan şəxslərə ehtiyac var. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alıblar. Bizim digər çətinliyimiz ondan ibarətdir ki, 150 şagirdi olan məktəbdə də, 2000 şagirdi olan məktəbdə də bir psixoloq işləyir".

 

Nigar Abdullayeva

Palitra  2019.- 22 noyabr.-  S.10.