“Ermənistan münaqişənin
həllində tərəf kimi bilavasitə
məsuliyyət daşıyır”
Xəbər verildiyi kimi, bu günlərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərliyi Azərbaycan nümayəndə heyəti Türkiyədə səfrdə olub. Fərid Şəfiyevi AZƏRTAC-a açıqlamasında Türkiyənin paytaxtı Ankarada dörd günlük səfərin olduqca faydalı və perspektivli şəkildə başa çatdığını deyib. O bildirib ki, səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə və iştirak etdikləri mərasimlərdə məram və məqsədlərini, fəaliyyət proqramlarını, planlarını bölüşmək fürsəti qazanıblar. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz qədər Türkiyə üçün də böyük bir problem olduğunu, həmçinin Ankara səfərinin faydalı nəticələrlə başa çatdığını vurğulayan mərkəzin sədri deyib: “İştirak etdiyimiz bütün tədbirlərdə və görüşlərdə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişik. Bu problemlə bağlı Türkiyənin düşüncə mərkəzləri ilə əməkdaşlıq etmək bizim üçün çox vacib və faydalıdır. Eyni zamanda, diqqətə çatdırdıq ki, Türkiyəni əhatə edən coğrafiya ilə bağlı, həmçinin Suriya böhranı məsələsində biz də tərəfimizdən faydalı araşdırmalar təqdim etməyə hazırıq”.
Qeyd edək ki, sözügedən səfər çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyində brifinq keçirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, həmçinin Ankara və Hacı Vəli Bayram Universitetlərində, eləcə də Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzində təşkil olunan tədbirlərdə çıxışları olub. Bundan başqa nümayəndə heyəti bir sıra faydalı ikitərəfli görüşlər keçirib.
“Ermənistanın büdcəsi
daha da gərgin
olacaq”
Yeri gəlmişkən, politoloq
Mübariz Əhmədoğlu
“Azadinform”a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı
maraqlı açıqlama
verdi: “Serj Sərkisyanın dövründə
beynəlxalq aləmin
təkidi ilə Ermənistanda qərar qəbul edilibmiş ki, müdafiə xərcləri büdcədə
nəzərdə tutulan
ÜDM-in 4 faizindən çox
olmamalıdır. Hərbə ayrılan
xərcin 4 faizlə hüdudlanması əslində
beynəlxalq ictimaiyyətin
ermənilər üzərində
ciddi qələbəsi
hesab edilməlidir.
Bunun müqabilində beynəlxalq
ictimaiyyət Ermənistana
yardımlar da edirdi. Paşinyan Ermənistanı büdcənin 4 faizdən
artıq vəsaitini hərbə yönəldəcək”.
O qeyd edib ki,
Ermənistan hərbisinin
təxminən 2/3-si Azərbaycanın
işğal olunmuş
ərazilərində yerləşir:
“Artan hərbi xərclərin böyük
bir qismi də Azərbaycan ərazilərinin işğal
alında qalmasına xidmət edəcək. Ermənistandan xarici investorlar
qaçır, hətta
daxili investorlar öz vəsaitlərini ölkədən götürüb
qaçırlar. Xaricdən yeni
investorlar isə gəlmir. Belə olan halda Ermənistanın büdcəsi
daha da gərgin
olacaqdır. Bu fonda N.Paşinyan büdcədən hərbiyə
ayrılan vəsaitin miqdarını artırır.
Başqa
sözlə, ölkənin
daxili problemlərinə
xərcləməli olan
pulu Paşinyan hərbə xərcləyəcək”.
Politoloq
əlavə edib ki, hal-hazırda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər
beynəlxalq maliyyə
qurumlarının Ermənistana
qrant və kredit ayırmasında da artım var:
“Avropa İttifaqı yenidən Ermənistanın
bir nömrəli donoruna çevrilir. Onlar N.Paşinyan hərbə ayrılan vəsaiti artırdığından xəbərdardırlar.
Bəlkə də gizlicə
razılaşıblar. Beləliklə Ermənistanın daxilində qazanılan pul hərbə, yəni Azərbaycan torpaqlarının işğal
altında qalmasına
yönələcək. Ölkənin daxilində Paşinyan
hökumətinə lazım
olan pulu isə Aİ və dünya maliyyə qurumları verəcəkdir”.
Kiyev Milli Universitetinin tələbələrinə Ermənistanın
təcavüzkar siyasətini
barədə də məlumat verilib
Bu arada Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Taras Şevçenko adına Kiyev
Milli Universitetində tələbələr qarşısında
“Azərbaycanın regionda
rolu və beynəlxalq təhlükəsizliyə
verdiyi töhfə” mövzusunda mühazirə
oxuyub.
AZƏRTAC xəbər verir ki, dünyada
baş verən sürətli dəyişikliklər
şəraitində ayrı-ayrı
dövlətlər və
bütövlükdə bəşəriyyət
terrorçuluq, etnik separatizm və münaqişələrlə üzləşir.
Səfir vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Prezident
İlham Əliyevin uğurla həyata keçirdiyi balanslandırılmış
xarici siyasət Azərbaycanı bir neçə regionun təhlükəsizliyinin etibarlı
və davamlı olmasında mühüm geosiyasi faktora çevirib. Bildirilib ki, ölkəmiz
regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı
əvəzolunmaz amil kimi qiymətləndirir, eyni zamanda, Ermənistanın
təcavüzkar siyasətini
Cənubi Qafqazda hərtərəfli regional əməkdaşlıq
yolunda əsas maneə kimi görür.
A.Xudiyev
qeyd edib ki, çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan bütün dövlətlərlə suverenliyə
və ərazi bütövlüyünə hörmət,
sərhədlərin toxunulmazlığı
və daxili işlərə qarışmama
kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və
prinsipləri əsasında
dost münasibətləri qurur.
Azərbaycanın strateji coğrafi
mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin edib. Bu, regiondakı enerji
və nəqliyyat layihələrinin həyata
keçirilməsində özünü
büruzə verməkdədir.
Sonda səfir
tələbələrin suallarını
cavablandırıb və
xatirə kitabına ürək sözlərini
yazıb.
“Nikol Paşinyan Ermənistan üçün
bir eksperimentdir”
Yeri gəlmişkən, Milli Məclisin deputatı Fəzail İbrahimli
SİA-ya açıqlamasında
deyib ki, Ermənistan öz xülyası ilə xalqı aldatmağa çalışır: “Bunun
sonunun müsibətlərlə
bitəcəyini anlamırlar.
Vaxtilə almanlar da bu cür ideologiya
həyata keçirdilər
və nəticə də onların başlarına müsibətlər
gəldi”. O bildirib
ki, düşmən ölkə tərəfindən
qonşu ölkələrə
qarşı ərazi iddiası faşizmin bir növüdür: “ Onlar bu
iddialarla xalqı aldadır, hakimiyyət qurur və ya
dəyişdirirlər. Vaxtilə keçmiş
prezident Sarkisyan Dağlıq Qarabağda tökdüyü qanlarla fəxr edirdi. Nə oldu sonu?”.
F.İbrahimli söyləyib ki,
baş nazir Nikol Paşinyan da Ermənistan üçün bir eksperimentdir: “Paşinyanın
hakimiyyətə gəlməsi
xalqın sevgisi ilə bağlı deyil. Sadəcə xalq Koçaryan,
Sarkisyan, hakimiyyətindən
o qədər bezmişdi
ki, Paşinyandan istifadə etməklə keçmiş hakimiyyətə
olan nifrəti ifadə etmiş oldular. Xalqa narazılıqlarını ifadə etmək üçün 1 nəfər
lazım idi ki, Paşinyan da bu missiyanı
öz üzərinə
götürmüş oldu”.
Deputat qeyd edib ki,
hazırda Paşinyanın
hansı dövlətə
və kimlərə xidmət etməsi naməlumdur: “ Hələ
biz bilmirik ki, onun məqsədi nədir və necə oldu ki, hakimiyyətə gəldi. Hesab edirəm ki,
bununla bağlı sirlər də açılacaq. Düşünürəm
ki, Paşinyanın düşüncələri, onun
yeritdiyi siyasət, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində
yürütdüyü təmkinsiz,
aqressiv mövqeyi, xalqı ələ almaq üçün özünü qəhrəman
kimi qələmə verməsi çox qısa zamanda sona çatacaq”.
Milli Məclisin deputatı Elman
Məmmədov isə
deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv
mövqe tutur: “Ermənistanın baş nazirinin münaqişənin
həllinin “ Azərbaycan,
Ermənistan və Dağlıq Qarabağ” xalqları”na məqbul olması baradə fikirləri buna bariz sübutdur”. Ermənistan rəhbərliyi
münaqişənin həlli
prosesini uzatmaq və ya bu
prosesə mane olan təxribatçı hərəkətlərə
əl atdığını
deyən deputat söyləyib ki, ölkəmizin ərazi bütövlüyünə qarşı
gücdən istifadə
edən Ermənistan münaqişənin həllində
tərəf kimi bilavasitə məsuliyyət
daşıyır: “Problemin
yeganə həlli yolu beynəlxalq hüququ normaların uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
nəzərdə tutulan
modeldir”.
E. Məmmədov vurğulayıb
ki, işğalçı
dövlətin hakimiyyətinin
müxtəlif təxribatlara
əl atması və ya danışıqlar
prosesindən yayınması
Ermənistanın tənəzzülünün
əsas səbəbidir:
"Ermənistanın iqtisadi
tənəzzülünün, regionda blokada vəziyyətində olmasının
başlıca səbəbi
onun işğalçılıq
siyasətidir. İşğalçı dövlətdə keçirilən
etiraz aksiyaları zamanı vətəndaşlar
bu məqamları səsləndirirlər. Amma
görünən odur
ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün xalqı qurban verməyə razıdır"
Fuad Hüseynzadə
Palitra.-2019.-26 noyabr.-S.11.