Münaqişənin
həlli üçün Ermənistan
qoşunları işğal edilmiş ərazilərdən
çıxarılmalıdır
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib. AZƏRTAC xəbər verir ki, müsahibədə H.Hacıyev Azərbaycanın xarici siyasət prioritetlərindən danışaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bildirib.
Bununla bərabər Azərbaycanın xarici siyasət gündəliyində qonşu ölkələrlə və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və çoxtərəfli diplomatiyanın əhəmiyyətini qeyd edən H.Hacıyev ölkəmizin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə məlumat verib. Çoxtərəfli diplomatiyaya toxunan H.Hacıyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrliyini diqqətə çatdırıb.
Regional təhlükələrdən danışan H.Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş etnik təmizləmə barəsində məlumat verərək münaqişənin həll edilməsi yollarını qeyd edib. O bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
H.Hacıyev videomüsahibədə, həmçinin digər regional risk və təhdidlər barəsində də danışıb.
Müasir beynəlxalq münasibətlər sistemi haqqında suala cavabında H.Hacıyev qanunun aliliyi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Tural Gəncəliyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı bəyanat yayıb
Xəbər verildiyi kimi, Azərbaycandan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqlı səfərlər ediblər. Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun Bakı, Yerevan və Xankəndidə olan nümayəndələri təşkil ediblər.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bununla bağlı bəyanat yayıb. O bildirib ki, səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyətinin və tədqiqat mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən pravoslav və katolik kilsələri, sinaqoqlar ilə tanış olub, “ASAN xidmət”, “DOST” mərkəzlərində, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində yerləşən və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar. Onlarla görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri də iştirak ediblər.
Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühiti, sülh və sabitliyi, dövlətin vətəndaşa göstərdiyi xidmətləri, regionların çiçəklənməsini öz gözləri ilə görüblər.
Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərlərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.
Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq.
Yeri gəlmişkən, Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşləri ilə bağlı mətbuat konfransı keçirib. O deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq ABŞ-ın Los Anceles şəhərinə səfərimiz çox əhəmiyyətlidir.
T.Gəncəliyev bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los Ancelesdə xeyli sayda görüş keçirib: "Bu, icma olaraq ilk beynəlxalq səfərimiz idi. Ona görə də mən bu səfəri çox önəmli sayıram. Çünki bu şəhərdə erməni diasporu fəaliyyət göstərir. Bu şəhər ermənilər tərəfindən erməni diasporasının paytaxtı adlandırılır. Bizim səfərimiz orada yaşayan ermənilər üçün gözlənilməz oldu. Orada keçirdiyimiz görüşlərimizdən Azərbaycanı sevməyən qüvvələr narahat oldular. Xocalı faciəsinin iştirakçısı və erməni əsirliyində olan azərbaycanlılar da bizim nümayəndə heyətinə daxil idi. Biz başımıza gələnləri həmin şəxslər vasitəsilə oradakı görüş iştirakçılarına çatdırdıq".
İcma sədri deyib ki, səfər çərçivəsində Los Ancelesdə Türkiyə və Pakistan icmaları ilə görüşlər keçirilib: "Bu görüşlər daha əhəmiyyətli idi. Çünki Los Ancelesdə Türkiyə və Pakistan diasporaları daha güclüdür. Görüş zamanı həmin icmalar da bizə lazımi şərait yaratdılar".
T.Gəncəliyev bildirib ki, icma üzvləri həmçinin Türkiyə səfəri çərçivəsində də mühüm görüşlər keçirib.
Azərbaycan işğala məruz qalmasına baxmayaraq, yeni minaların istifadəsini dayandırıb
Bu arada Azərbaycan işğala məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Trend-ə verilən məlumata görə, bu, Norveçin paytaxtı Oslo şəhərində “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 4-cü İcmal Konfransında səsləndirilən Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın “Landmine Monitor Report 2019” hesabatında qeyd edilir.
İcmal Konfransında bildirilib ki, 59 ölkənin ərazisində və bir neçə qeyri-dövlət ərazidə minaların mövcud olması və onların məhv edilməsi əməliyyatları aparılıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland, Türkiyə və Yəmən ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.
Hesabat dövründə 140 kvadratkilometr ərazi minalardan təmizlənib. 168 000 ədəd piyada əleyhinə və 7500 tank əleyhinə mina məhv edilib. Son beş ildə 800 kvadratkilometr ərazi təmizlənib, 661 491 mina məhv edilib. Anbarlarda olan 1.4 milyon mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatdakı 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.
“Landmine Monitor Report 2019” hesabatında
bildirilir ki, son 4 ildə qorxulu tendensiya müşahidə
olunur. Belə ki, minalardan,
müharibənin partlayıcı
qalıqlarından və
kasetli silahlardan zərərçəkənlərin sayında artım müşahidə olunmaqdadır.
Hesabat dövründə 6897 nəfərin
mina və partlamamış
sursatlardan zərər
çəkdiyi bildirilir.
Qeydə
alınmış qurbanların
71%-i mülki şəxslərdir ki, onların da 54%-ni uşaqlar təşkil edir. Ümumilikdə Landmine Monitor Report 1999-cu ildən
indiyədək 130 000 insanın
mina və partlamamış
sursatlardan zərər
çəkdiyini qeydə
alıb ki, bunun da 90 000 nəfəri yaralanan şəxslərdir.
Hesabatda qeyd olunub ki,
Azərbaycan Respublikası
minaların qadağan
olunmasını nəzərdə
tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilir
ki, bu Konvensiyanın
məqsədlərini, o cümlədən
də minaların tamamilə qadağan olunmasını dəstəkləyir,
ancaq özünün
ərazi bütövlüyünün
pozulması səbəbindən
“Piyadalar əleyhinə
minaların istifadəsi,
ehtiyatının toplanması,
istehsalı və ötürülməsinin qadağan
olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası yalnız
Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya
qoşula bilər.
Azərbaycan Respublikası təcavüzə
məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb. Azərbaycan Respublikası
ərazisində minaların
təmizlənməsi əməliyyatlarını
həyata keçirir,
mina təhlükəsinə qarşı maarifləndirmə
proqramları təşkil
edir, mina qurbanlarına
yardım göstərir.
Azərbaycan Respublikası
minaların yaratdığı
problemlərin həll
olunması üçün
hər il
dövlət büdcəsindən
maliyyə ayırır.
Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina/müharibənin
təhlükəli qalıqlarından
zərər çəkib,
onlardan 383 nəfər
ölüb və
2,056 nəfər yaralanıb. 2019-ci ildə Minalar Əleyhinə Azərbaycan
Kampaniyası İctimai
Birliyinə 5 mülki
şəxsin minalardan
və müharibənin
partlayıcı qalıqlarından
zərər çəkdiyi
barədə məlumat
daxil olub. Bunlardan 1 nəfər həlak olub və 4 nəfər yaralanıb.
Hadisələr Tərtər,
Füzuli və Qazax rayonlarının ərazisində baş verib".
Fuad Hüseynzadə
Palitra.-2019.-27 noyabr.-S.11.