“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları
gətirib”
Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı
ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan
Respublikasının dövlət
himninin səsləndirilməsi
ilə başlanıb.
Konfransı giriş sözü
ilə açan Qafqazşünaslıq İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı diqqətə çatdırıb
ki, Qafqaz həssas siyasi duruma malik regiondur.
Qafqaz, eyni zamanda, terror hadisələri, risklər
və təhdidlərlə
doludur. Qafqazdakı münaqişələrin öyrənilməsi davamlı
olmalıdır.
O bildirib ki, konfransın
keçirilməsində məqsəd
tədqiqatçıların diqqətini bu istiqamətə çəkməkdir:
“Bunu sübut edən çoxlu arxiv sənədləri və mənbələr
var. Konfrans Prezident İlham Əliyevin son vaxtlarda erməni terror təşkilatları və
terroru haqqında söylədiyi fikirlərdən
irəli gələn elmi-nəzəri məsələlərin
həllinə də kömək edəcək.
Bəzən yanlış olaraq
düşünürlər ki, erməni terror təşkilatları təkcə
azərbaycanlılara qarşı
terror törədiblər. Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”.
Musa Qasımlı Qafqazşünaslıq
İnstitutunun yarandığı
qısa müddət ərzində bu sahədə apardığı
işlər haqqında
ətraflı məlumat
verib. O bildirib ki, konfrans Qafqazdakı
problemlərin dərindən
araşdırılması, bölgədə cərəyan
edən hadisələrin
öyrənilməsi və
mürəkkəb proseslərin
qarşısının alınması
üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından da əhəmiyyətlidir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə
isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.
AMEA-nın İctimai
Elmlər Bölməsinin
akademik katibi Nərgiz Axundova çıxışında qeyd
edib ki, Qafqazda terror dünya ictimaiyyətini dərindən
maraqlandırır. Qafqazda terrorun
tarixi uzundur. Bu gün Qafqazda
terror Azərbaycan üçün
daha aktualdır, çünki biz erməni
terroru ilə dəfələrlə qarşılaşmışıq.
Nərgiz
Axundova konfransın qarşısına qoyduğu
məqsədə nail olacağına
inandığını diqqətə
çatdırıb, konfransın
işinə uğurlar
arzulayıb.
Sonra professor Musa Qasımlı
“1903-1904-cü illərdə erməni siyasi terror təşkilatlarının Cənubi
Qafqazda Çar Rusiyası hakimiyyət orqanlarının rus və gürcü mənşəli nümayəndələrinə
qarşı terroru (Rusiya arxiv mənbələri
əsasında)” mövzusunda
məruzə edib.
Akademik məruzəsində bildirib
ki, Rusiya arxivlərində saxlanılan
ən mötəbər
mənbələrə görə,
erməni siyasi terror təşkilatları yalnız
azərbaycanlılara, türklərə
və digər müsəlman xalqlarına
qarşı deyil, Cənubi Qafqazda çar hakimiyyətinin rus və gürcü
mənşəli nümayəndələrinə
qarşı da törədiblər.
Musa Qasımlı vurğulayıb
ki, erməni terror təşkilatlarının fəaliyyətində
erməni kilsəsi mühüm rol oynayırdı. Bütün imperiya ərazisində
yazışmalar rus dilində aparıldığı
halda erməni kilsəsi dövlət müəssisələri ilə
yazışmaları erməni
dilində aparırdı,
kilsə pullarını
istədiyi kimi xərcləyir, hərc-mərclik
yaradırdı. Erməni kilsəsi
erməni terror təşkilatları
ilə sıx bağlı idi.
Konfrans işini
bölmə iclasları
ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz
xalqlarına qarşı
həyata keçirilən
deportasiyalar, onların
siyasi-hüquqi tərəfləri,
sosial-iqtisadi nəticələri
haqqında məruzələr
dinləniləcək və
geniş müzakirələr
aparılıb.
İƏT-ə üzv
ölkələr Ermənistanın
ekoloji terror siyasətinə
son qoyulması üçün
səylərini birləşdirməyə
çağırılıb
Yeri gəlmişkən,
Səudiyyə Ərəbistanının
Ciddə şəhərində
İslam Əməkdaşlıq
Təşkilatının Müstəqil
Daimi İnsan Hüquqları Komissiyasının
16-cı daimi sessiyası
keçirilib. AZƏRTAC xəbər
verir ki, noyabrın 24-də başlayan
və 28-dək davam edəcək sessiyada Azərbaycanı Müstəqil
Daimi İnsan Hüquqları Komissiyasının
üzvü, Ombudsman Aparatının
rəhbəri Aydın
Səfixanlı təmsil
edib.
Sessiya çərçivəsində
insan hüquqlarının
müdafiəsi sahəsində
müxtəlif problemlər,
o cümlədən iqlim
dəyişikliyi və
ətraf mühitin qorunması insan hüquqları perspektivindən
mövzusunda müzakirələr
aparılıb. Aydın Səfixanlı müzakirələrdə
çıxış edərək,
Ermənistanın hərbi
təcavüzünün Azərbaycan
Respublikasının təbiətinə,
bioloji müxtəlifliyinə,
ümumilikdə bölgənin
ekoloji durumuna ciddi ziyan vurduğunu,
ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara
gətirib çıxardığını,
bölgənin təbii
ehtiyatlarının davamlı
istismara məruz qaldığını söyləyib.
O, hazırda Ermənistan
silahlı qüvvələrinin
işğalı altında
olan ərazilərdə
261 min hektar meşə
sahəsinin, o cümlədən
qiymətli meşə
sahələrinin, təbiət
abidələrinin və
pasportlaşmış 145 Şərq
Çinarının məhv
edildiyini, eyni zamanda, bu ərazilərdə
Azərbaycan Respublikasının
Qırmızı Kitabına
daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük
hissəsinin, xüsusi
əhəmiyyətli və
mühafizə olunan təbiət ərazilərinin,
habelə nadir biomüxtəliflik
nümunələrinin məhv
edildiyini, Azərbaycanın
işğal altında
saxlanılan ərazilərində
163 faydalı qazıntı
yatağının, o cümlədən
qızıl, civə,
mis, qurğuşun,
sink, daş kömür
və digər sərvətlərin ermənilər
tərəfindən talan
edildiyini bildirib.
İştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən
öz üzərinə
götürdüyü beynəlxalq
öhdəliklərə baxmayaraq,
işğal etdiyi Azərbaycan ərazilərində
ətraf mühiti və təbii sərvətləri istismar
edən Ermənistanın
bu siyasətini bölgənin dayanıqlı
inkişaf və tərəqqisinə münasibətdə
tutduğu laqeyd və qeyri-konstruktiv mövqenin bir daha bariz şəkildə
nümayiş etdirdiyi
toplantı iştirakçılarının
diqqətinə çatdırılıb. A.Səfixanlı
İƏT-in üzvü olan
ölkələri Ermənistanın
yürütdüyü ekoloji
terror siyasətinə son qoyulması
və beynəlxalq hüquq normalarına uyğun cəzalandırılması
üçün səylərini
birləşdirməyə çağırıb.
GUAM PA-nın komitə iclasında Ermənistanın işğalçılıq
siyasəti pislənilib
Bu arada Kiyevdə
GUAM PA-nın Siyasi məsələlər və
regional təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı
Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin
rəhbəri, deputat Azər Kərimli ermənilərin işğalçılıq
siyasətindən danışıb. O deyib ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal
olunmuş ərazilərindən
dərhal çıxarılmasına
dair BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi 4 qətnamə bu günə kimi icra edilmir.
Deputat bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq
Qarabağ problemi hələ də öz ədalətli həllini tapmır. Dağlıq Qarabağ münaqişəsinin
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllinin mümkünlüyünü
qeyd edən A.Kərimli vurğulayıb
ki, münaqişə
ilə bağlı mövcud status-kvo bu cür davam
edə bilməz.
Çıxış zamanı Ermənistanın
işğalçılıq siyasəti pislənilib.
Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin
kibertəhlükəsizliyi üçün xüsusi
bir mərkəzin yaradılmasını vacib
sayıb. İclasda, həmçinin bu sahədə müzakirələrin aparılması
və qərarların
verilməsi üçün
mərkəzin yaradılmasında
GUAM+ formatının cəlb
edilməsinin vacibliyi vurğulanıb.
Fuad Hüseynzadə
Palitra 2019.- 29 noyabr.- S.11.