Söz xiridarlarının
pedaqoji görüşləri Kamal Camalov
yaradıcılığında
Zaman keçdikcə nəsillər bir-birini əvəzləyir, dünyaya gələn hər bir yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır, bütün şüurlu həyatını xalqının maariflənməsi naminə şam kimi əritmiş ziyalıların (Ə.Seyidov, Ə.Tağıyev, H.Əhmədov, Y.Talıbov, Ə.Ağayev, N.Kazımov, O. Həsənli və b.) şərəfli ömür yolunu örnək kimi qəbul edir. Bu insanlar millətin intibahını haqlı olaraq elm və təhsildə axtarır, araşdırmaları, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi zəngin bir məktəb yaradırlar.
“Azərbayan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında görüşləri”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. kimi əsərləri ilə zəngin bilik fondu yaradanlardan biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Həsən oğlu Camalovdur.
Kamal Camalov bu gün doktorant, dissertant, magistr və ümumtəhsil məktəb müəllimlərinin görüşünə 222 səhifədən ibarət olan “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdənxələflərə” adlı dərs vəsaiti ilə gəlib. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsil “VII əsrdən - XV əsrə qədər olan dövrdə tərbiyənin rolu vətəhsilin təşəkkülü” adlanır. Bu fəsildə elmin sultanı Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi kimi söz xiridarlarının pedaqoji və ya humanist görüşləri təhlil obyektinə çevrilmişdir.
Fəlsəfi baxımdan bir insanın istəkləri onun şəxsiyyətinin təzahürünü təşkil edir. Amma xalq baxımından insanların şəxsiyyəti, gözəl bir sifətin təcəllisi nə ticəsində ümumiləşir. Məsələn, siyasi işlərdə güclü olan bir kimsənin siyasi şəxsiyyəti vardır, əgər alim isə elmi şəxsiyyəti vardır. Psixologiyada insanın istək və sifətlərinin birbirinin üzərində sintez təşkil etdikləri isbat edilmişdir. Bundan dolayı bir şəxsin kişiliyini yaxşı bir şəkildə tanıtmaq üçün onun zahiri görünüşünün yanında ruhi və əxlaqi özəlliklərini də incələmək lazımdır.Bu mənada, tədqiqatçı Həzrəti Əlinin əxlaqi görüşlərindən bəhs edərkən qeyd edir ki, Həzrəti Əlinin zəngin irsində həm uşaqların, həm də böyüklərin təlim-tərbiyə və təhsili məsələləri geniş yer tutur. Elm sultanının tərbiyə ilə bağlı fikirlərində məqsəd insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir.
İddiaçı qeyd edir ki, Həzrəti Əli uşağın fiziki və ruhi inkişafında ana südünün böyük təsir gücünə malik olduğu qənaətindədir. Ana südü uşaqda qorxusuzluq, təhlükəsizlik və rahatlıq yaratmaqla yanaşı, uşaqla ana arasında məhəbbət tellərini də möhkəmləndirir. Həzrəti Əli demişdir: “Baxın, övladlarınıza kim süd verir. Çünki uşaq onun südü ilə inkişaf edəcək. Axmaq qadını dayə tutmayın, çünki süd təbiətə, xasiyyətə üstün gəlir”.
Kamal müəllim qeyd edir ki, ensiklopedik alim Nəsirəddin Tusi də “Əxlaqi-Nasiri” əsərində Həzrəti Əlinin bu fikrini sanki təkrarlamışdır. Tusi də Həzrəti Əlinin fikrini təsdiqləyərək yazır ki, uşaq olan kimi ilk növbədə ona ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:
Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya.
Süd ilə
bədənə girərsə azar,
O, bədəndən,
yalnız, öləndə çıxar! (Bax: səh.12)
Dərs vəsaitində ana südü uşağın
ruhi və psixoloji vəziyyətinə müsbət təsir
kimi əsaslandırılır. Qeyd olunur ki, Həzrəti Əli bir
il doqquz aydan az müddətə
uşağa süd verilməsini ona zülm etmək hesab edir.
Həmçinin,
tədqiqatçı haqlı olaraq Həzrəti Əlinin
uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd
Peyğəmbər (s.ə.s.) kimi yeddi-yeddi olmaqla üç
yerə böldüyünü, hər bir mərhələdə
tərbiyənin məzmununu
açıqladığını,belə ki, uşağı
yeddi il azad buraxmağı, yeddi il helm və elm öyrətməyi,
yeddi il isə işə bişirməyin zəruri olduğunu
irəli sürür. Vurğulanır ki, Məhəmməd
Peyğəmbərin “atanın övladına öyrətdiyi ən
yaxşı şey ədəbdir” - fikrini Həzrəti
Əli daha qüvvətləndirir: “Ata övladına
yaxşı ad qoymalı, onun ədəb və əxlaqını
gözəlləşdirməlidir. Yaxşı tərbiyə
verməyi, təlim yolu ilə onlara ədəb, əxlaq
öyrətməyi valideynlərin əsas vəzifələrindən
biri hesab edirdi:
Verməsə
övladına ana tərbiyət,
Onda qalar daima heyvaniyyət.
Olmasa fərzəndə
ata çün kəfil,
Daim o fərzənd
olacaqdır zəlil
(Bax: səh.13).
O, yetim
uşaqlara qarşı daha artıq dərəcədə diqqətli
olmağı tövsiyə edir (“yetim uşağı öz
övladını tərbiyələndirdiyin kimi tərbiyə
et”). Özü
övladlarına çıxış etməyi, nitq söyləməyi
öyrədir, şeirlərini əzbərləməyə həvəsləndirir.
Uşaqları itaət və ibadət etməyə
alışdırmaqda tənbeh etməkdən və rəğbətləndirməkdən
düzgün istifadə etməyi məsləhət bilir:
“Evindəki kiçik uşaqlara dilinlə namaz və
paklığı təlim et, elə ki, on
yaşlarına çatdılar tənbeh et, lakin üç dəfədən
artıq olmasın. Danlamağı ifrat həddinə
çatdırmaq inadkarlıq odunu artırır”. Kamal müəllim qeyd edir ki, Azərbaycanın bir
çox maarifçi alim və pedaqoqları Həzrəti
Əlinin (ə.) ailə tərbiyəsi ilə bağlı,
bu fikirlərini rəhbər tutmuş, əsərlərində
onun təsirindən yan keçə bilməmişlər.
Həmçinin,
araşdırılır ki, Həzrəti Əli
uşaqları sevməklə yanaşı, onlara qarşı
tələbkar olmağı tələb edir: “Tərbiyə
ağacı yumşaq olanın övlad və təbbəələri
tərbiyəsiz olar”, “Ədəb insanın şəklidir”,
“İnsanlar öz ata-analarından çox, zəmanələrinə
oxşayırlar”, “Şəxsiyyətin ən yaxşı cəhəti
əxlaqdır”, “Əsil-nəcabətin
ölçüsü ədəbdir”, “Adam yanında birinə
nəsihət etmək - onu danlamaqdır”, “Əxlaqsız
adamın şərəfi olmaz”, “Qeybətə qulaq asan qeybət
edənlərdən biridir” və s.
Həzrəti Əli uşaqların iffətli
olmasında (mənəvi təmizliyində), hər cür pis
əməllərdən uzaq böyüməsində
onların cinsi tərbiyəsinin düzgün
qurulmasını vacib bilirdi.
Öz geniş, real izah və şərhini tapan dərs
vəsaitini oxuduqda görürük ki, tədqiqatçı
haqlı olaraq dönələrlə vurğulayır ki,
söz xiridarları şəxsiyyətin təşəkkülündə
tərbiyənin gücünə böyük əhəmiyyət
vermiş və onu geniş mənada başa
düşmüşlər. Müəllif göstərir ki,Balasaqunlu Yusif də ailə tərbiyəsinə
diqqət yetirərkən onu tərbiyənin mühüm amili
kimi çox yüksək qiymətləndirmişdir. Oxuyan zaman görürük ki, Yusif Xas Hacib valideynin
uşaq tərbiyə etməsi işini xalq
qarşısında xidməti borc hesab edir. Oğulu, qızı gözün nuru hesab edən
şair, həmçinin oğul-qız üzərində olan
diqqət və məsuliyyəti də dibsiz dənizə bənzədir.
Sual edir ki, arvad, oğul-qız sahibi olan
kişinin yuxusu gələrmi? Belə məsuliyyət
sahibi olan kişinin al bənizi sarı olmazmı?
Oğul-qız doğrudan da gözün nurudur.
Oğul-qız
dərdi dibsiz bir dənizdir,
Oğul-qız al bənizi sarı edər.
Kimin
arvadı, oğlu-qızı varsa,
O
kişinin necə yuxusu gələr?
Oğul-qızdan
ötrü ata əziyyət çəkər (Bax: səh.48).
Xatırladılır ki, Balasaqunlu Yusif valideynlərə
həyatlarının hər bir anında övladlarına
yaxşı nümunə olmalarını tələb edir. Çünki
uşaq valideynin həyatında baş verən ən
kiçik dəyişikliyi görür, hiss edir, hətta
valideyn fikrinin bütün dönüşləri gözə
görünməyən yollarla uşağa çatır.
Məhz buna görə də hər bir valideyn
özünə qarşı tələbkar olmalıdır
fikrinə gəlir. Bu kimi uyğun fikir tədqiqatçı
tərəfindən Fəzlullah Nəiminin “Vəsiyyət-namə”sindən
gətirdiyi sitatlarda da təqdir edilir. Qeyd
edilir ki, Fəzlullah Nəimi vəsiyyətində Şərq
adət-ənənələrində olan valideyin-övlad
münasibəti məsələlərini, belə ki, ailədə
balaca uşaqların qeyd-şərtsiz böyük
övladın sözünə əməl etmələrini və
ona sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özündən
balacalara hövsələli yanaşmağı,
qarşılıqlı etibar və hörməti
saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti
vacib şərtlərdən biri sayır. I fəsildə
tərbiyənin və elmin inkişafı, valideyn-övlad
problemləri, əxlaqi-mənəvi dəyərlər,
humanist görüşlər Həzrəti Əlinin,
Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin,
Marağalı Əvhədinin, Fəzlullah Nəiminin
maarifçi fəaliyyətinin leytmotivini təşkil edir.
Dərs vəsaitinin II fəsli “XVIII-XIX əsrdə
maarif və pedaqoji fikrin inkişafi” adlanır. Bu fəsildə Molla Pənah
Vaqifin, Mirzə Fətəli Axundovun, Məhəmməd
Tağı Sidqinin, Həsən bəy Zərdabinin, Nəcəfbəy
Vəzirovun tərbiyə komponentləri, valideynlərin şəxsi
nümunəsinin didaktik və tərbiyəvi təsir dəyəri
açıqlanaraq öz geniş izah və şərhini
tapmışdır. Tədqiqatçının
araşdırdığı ədəbiyyatlar təsdiqləyir
ki, tərbiyədə nümunələr yolu yaxın və
gerçəkdir, ona görə tərbiyəedənlərin
bütün tərbiyə komponentlərindən uşaqlara
ideal nümunə olması vacibdir, gərəklidir və hətta
zəruridir. Tədqiqatçı qeyd edir ki, pedaqoq və
maarifçilər gənclərə elə tərbiyə verməyi
irəli sürürdü ki, o tərbiyə ictimai həyatın
düzgün inkişafına, maarif mədəniyyətin irəliləməsinə,
mühafizəkar əxlaq normalarının aradan
qaldırılmasına, həyatın inkişafına mane
olmağa çalışan xurafatçılıq kimi əxlaq
normalarının, tərbiyə sisteminin, pis adət-ənənələrin
aradan qaldırılmasına kömək etsin və onun
üçün bir vasitə olsun.
“XX əsrin
birinci yarısında təlim və təhsilin ideoloqlari”
adlanan üçüncü fəsildə Azərbaycan məktəb
və pedaqoji fikrinin inkişafında Məhəmmədağa
Şahtaxtlı və Firidun bəy Köçərlinin
müstəsna xidmətləri; “Şərqi-Rus” qəzetinin təşəkkül
imkanlarının genişlənməsi gücünü və
xalqı inkişafdan, tərəqqidən saxlayan ruhanilərə,
fırıldaqçı din xadimlərinə qarşı
mübarizə apararaq milli oyanışa ciddi cəhd göstərmələri;
xalqın təhsili, təlimi, tərbiyəsi naminə
yazdıqarı və çap etdirdikləri əsərləri
ilə Azərbaycan məktəb və pedaqoji fikir tarixini necə
zənginləşdirmələri; xalqda milli təfəkkürün
inkişafını, bu mənada onları oyatmağı,
ayağa qaldırmağı, hərəkətə gətirməyi,
düşündürməyi, zülm və əsarətə
qarşı mübarizəyə ruhlandırmağı,
“camaatın bəsirət gözünü açıb dost ilə
düşmənini ona tanıtmağı”, xalq azadlıq hərəkatına
yaxından kömək göstərmələri, əzilən
kütləni azad görmək arzusu ilə yeni fikir, yeni
düşüncə və milli təfəkkürün inkişafında
doğru fikir yürütmələri tədqiqatçı tərəfindən
aydın təhlilə cəlb edilmişdir.
Ümumiyyətlə,
haqqında yüksək fikirdə olduğumuz “Pedaqoji-psixoloji
fikrin inkişafı sələflərdən xələflərə
(VII əsr - XX əsrin əvvəlləri)”əsər elmi
üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı
bir dillə yazılmış bitkin, mükəmməl dərs
vəsaitidir.
Fikrimizcə,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Həsən
oğlu Camalov tədqiqat zamanı qarşısına
qoyduğu məqsəd və vəzifələri tam yerinə
yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində
maarifçi və pedaqoqların (Həzrəti Əli,
Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi,
Marağalı Əvhədi və Fəzlullah Nəimi, Molla Pənah
Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd
Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy
Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy
Köçərli) özünəməxsus əhəmiy-yətli
yer tutduğunu müvəffəqiyyətlə sübut edə
bilmişdir.
Kamal Camalovun tədqiqatları təkcə məktəb
və pedaqoji fikir tarixinin araşdırılması ilə məhdudlaşmır. Pedaqogikanın
və məktəbin müasir problemləri, təhsilin idarə
edilməsi, Avropa təhsil məkanına inteqrasiya,
qloballaşma və təhsil məsələləri
haqqında Kamal müəllimin məqalələri və
çıxışları onun geniş yaradıcılıq
diapozonuna və pedaqoji təfəkkürə malik olduğunu
sübut edir.
Xalqımızın böyük istiqlal mücahidlərindən
olan Şeyx Məhəmməd Xiyabani vaxtilə deyirdi ki,
ictimai həyata laqeydlik ölümə bərabərdir. Əsil
ziyalı üçün vacib sayılan ən mühüm
keyfiyyətlərdən biri də dövrün
ictimai-elmi-siyasi proseslərinə münasibətdə
düzgün mövqeyin seçilməsi və sona qədər
bu əqidəyə sadiqlik nümayişidir. İctimai-siyasi xadim Kamal Camalov da aydın mövqeyi
olan ziyalılardandır. Biz də bu yolda
sadə, səmimi, təvazökar, qayğıkeş, nəcib,
tələbkar, prinsipial və xeyirxah Kamal Camalova yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
İntiqam Cəbrayılov
Pedaqogika üzrə
elmlər doktoru,
professor
Azərbaycan Respublikası Təhsil
İnstitutunun Təhsil
nəzəriyyəsi
şöbəsinin
müdiri
Palitra 2019.- 29 noyabr.- S.12.