“Ermənistanın Azərbaycanla müharibə şəraitində olması ölkəni mütəmadi şəkildə gərginlikdə saxlayır”

 

Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer Şervin Nəcəfpur üzərində "Mən Qarabağ ulduzuyam" (I`m a st*r of Karabakh) yazılı öz yeni kolleksiyasını Norveç paytaxtı Osloda keçirilən moda nümayişində təqdim edib. VOC - Voyage of Creations xeyriyyə məqsədli moda nümayişi çərçivəsində təqdim olunan Şervin Nəcəfpurun yeni kolleksiyası, işğal altında olan Dağlıq Qarabağ haqqında yerli ictimaiyyəti məlumatlandırmaqla yanaşı, Azərbaycanı Norveçdə daha yaxşı tanıtmaq məqsədi daşıyıb.

Şervin Nəcəfpurun bu dəfə təqdim etdiyi kolleksiyada 8 oğlan model xüsusi dizayn olunmuş, üzərində Azərbaycan, Xocalı, Qarabağ, Pakistan, İslamabadKaşmir yazılı köynəkləri nümayiş etdiriblər.

Arasında yerli siyasətçilər, Oslo şəhər meri, Türkiyə və Pakistan səfirləri, məşhur aktyorlar və KİV nümayəndələrin də olduğu 500 nəfərdən çox qonağın qatıldığı moda tədbirində, nümayiş olunan bu geyimlər böyük marağa səbəb olub.

Mədəni müxtəlifliyi təbliğ edən VOC - Voyage of Creations moda nümayişinə BƏƏ, Pakistan və Avropanın digər ölkələrindən gələn müxtəlif modelyerlər öz işlərini təqdim ediblər.

Qeyd edək ki, VOC-Voyage of Creations moda nümayişi haqqında material, Norveçin dövlət telekanalı NRK-da nümayiş olunub. NRK şirkətinə müsahibə verən Şervin Nəcəfpur deyib: “Bu tədbirdə iştirak adi moda nümayişi ilə yekunlaşmır, burada biz moda vasitəsilə Dağlıq Qarabağ Kəşmirdə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırırıq”.

 

Ermənistandakı acınacaqlı vəziyyət italyan jurnalistin gözü ilə

 

Yeri gəlmişkən, İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının (FISC) jurnalistlərdən olan M.Chiara Biagioni Ermənistanda səfərdə olub. O, səfərindən sonra yazdığı, FISC-in internet səhifəsində yerləşdirilmiş “Sir” İnformasiya Agentliyinin yaydığı məqalədə qeyd edib ki, Ermənistanın paytaxtından kənara çıxan kimi özünü sonsuz yoxsulluğun içində tapırsan....”

Jurnalist vurğulayıb ki, 8 milyonluq dəyəri olan sözügedən layihələr yoxsulluqdan əziyyət çəkən Ermənistanda köməyə ehtiyacı olan əsasən uşaqlara yaşlılara yardıma yönəlib.

Məqaləsində səfər zamanı Ermənistanda (İrəvanın Türkiyə ilə sərhəd əyalətlərindən biri olan Artaşat, habelə Gümrü şəhərində) üzləşdiyi yoxsulluğu acınacaqlı vəziyyəti təfərrüatlı şəkildə təsvir edən jurnalist yerli əhali ilə söhbətinə istinad edərək bu vəziyyəti, xüsusilə ətraf bölgələrdə yaşayan ermənilərin yaşam tərzini soyqırımıadlandırıb.

“Caritas Roma” təşkilatının Artaşat ofisinə gəldikdə isə jurnalist ofisin yoxsul evlərin arasında bir qədər kənarda yerləşdiyini, mütəmadi olaraq burada işləyən 20-yə yaxın könüllünün əyalətdəki yaşayış vəziyyətləri çox ağır, əşyasız su problemləri olan evlərdə acınacaqlı vəziyyətdə yaşayan, övladları tərəfindən tərk edilmiş yaşlıları ziyarət etdiklərini, onlara tibbi yardım göstərdiklərini, hər 15 gündən bir yağ, pendir, düyü, şəkər digər ehtiyacları qarşılayacaq bağlamalarla təmin etdiklərini bildirib. Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı acınacaqlı vəziyyəti hazırda Ermənistanda gənclərin iqtisadi böhranla əlaqədar olaraq ölkəni tərk etməsi valideynlərin tənhalıq içində qocalması ilə əlaqələndirib. Jurnalist layihə çərçivəsində orada yoxsulluq içində yaşayan, dağılmış ailələrdən gələn 7-17 yaş arası yetim uşaqlara dəstək üçün “Piccolo Principe” (Kiçik Şahzadə) mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. O, uşaqların yoxsulluq, antisanitariya şəraitində yaşam nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkdiyini diqqətə çatdırıb. Sizin İtaliyanın buradakı insanlar üçün necə bir yaxşılıq etdiyindən təsəvvürünüz belə yoxdur. Bu pullar həyata ehtiyacı olan insanlara ümid gətirir. Sizin üçün həmin pullar sadəcə rəqəmdir, buradakılar üçün isə həyatdır”, - deyə jurnalistlə söhbətində erməni-katolik kilsəsinin yepiskopu Rafael Minasian bildirib.

İtaliyalı jurnalist Ermənistanın qərb sərhədlərinə başqa ölkənin əsgərlərinin nəzarət etdiyini onların sərhəddən giriş çıxışı qadağan etdiyini, eyni vəziyyətin şərq sərhədlərində mövcud olduğunu vurğulayır. O, Ermənistanın Azərbaycanla müharibə şəraitində olmasının ölkəni mütəmadi şəkildə gərginlikdə saxladığını, istər qərb, istərsə şərq sərhədlərinin bağlı olmasının malların tranzitinə, ticarətin inkişafına mane olduğunu, bu vəziyyətin ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını diqqətə çatdırır. Analitiklərin fikrinə istinad edən jurnalist Azərbaycan ilə yekun bir razılığın əldə edilməyəcəyi Türkiyə ilə münasibətlərin yaxşılaşmayacağına qədər vəziyyətin dəyişməyəcəyini bildirib.

 

Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq

 

Politnaviqatorinformasiya agentliyi isə dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlardan qəribə təyinatlarından söhbət açılır.Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaqadlı məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərininMilli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyanın Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəribə qərarlarından biridir. Çünki cəmi bir neçə ay əvvəl elə Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyasının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar verməkdə təqsirləndirib. Paşinyan da öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisin ona qarşı çıxmasınıpoqonları zibil yeşiyinə atmaqkimi qiymətləndirib.

Agentlik yazır ki, Paşinyanın ətrafından sızan məlumata görə, MTX-nin rəisi vəzifəsinə hazırkı ədliyyə naziri 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir. Gənc olmağı bir tərəfə qalsın, Badasyan, ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün çalışmayıb. Gələcək rəisin Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb.

Məqalə müəllifi Ermənistan baş nazirinin qəribə qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini misal gətirir. Qriqoryanın Ermənistan ilə Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə sübutdur. Paşinyan hökumətinin daxilində bu yaramaz qərarlarla bağlı baş verən münaqişələrdən yazan müəllif vurğulayır ki, küçədən yığılmış meydan hökumətində belə hallar əvvəlcədən gözlənilən idi inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası martın axırlarında əriməyə başlayan qar yığınını xatırladır.

Hələ bu yaxınlaradək Paşinyana ümidlər bəsləyən politoloqlar müşahidəçilər indi onun Ermənistanın ən xırda problemlərini belə, həll etməyə qadir olmadığını bildirirlər. Vovayeviçin Amerikaya bu yaxınlarda baş tutmuş ölkəyə heç bir fayda gətirməyən səfəri Ermənistanda tənqid olunub bildirilib ki, baş nazirin BMT tribunasına çıxıb saqqalını yelləməsinə 300 min dollar xərclənib.

Fuad Hüseynzadə

Palitra  2019.- 1 oktyabr.- S.11.