“Stavropolda
öz birliyimizə nail
olmuşuq”
Təhmasib Zeynalov: “Pyatiqorsk ilə Azərbaycan
şəhərlərdən birini qardaş şəhər elan
etmək lazımdır”
Artıq Rusiyanın bölgələrində də soydaşlarımızın ictimai aktivliyi güclənib. Bu baxımdan Rusiyanın Stavropol diyarında da Azərbaycan icmasının üzvləri fəallıq göstərirlər. Burada yaradılmış Azərbaycan "Araz" cəmiyyəti bu missiyanı öz üzərinə götürüb. Azərbaycan "Araz" cəmiyyətinin Stavropol diyarı üzrə müavini və Pyatiqorsk şəhəri üzrə sədri Təhmasib Zeynalov qəzetimizə müsahibəsində görülmüş və görüləcək işlədən danışıb.
-Öncə sizi tanımaq istərdik...
- Mən Zeynalov Təhmasib Şəmistan oğlu 27.09.1969-cu ildə İmişli rayonunda anadan olmuşam. Əslən Göyçə mahalındanam. 1986-cı ildə 263 nömrəli orta məktəbi bitirmişəm. Həmin il də keçmiş Politexnik İnstitutuna qəbul olmuşam. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişəm. Yenidən təhsilimə davam etmişəm. 1 nömrəli İncəsənət məktəbində tar sinifini bitirmişəm. Eyni zamanda 7 il sərbəst güləşlə məşgul olmuşam. 1992-1993-cü illərdə Könüllülər batalyonuna daxil olmuşam. Tez bir zamanda bölük komandiri olmuşam. 1998-ci ildə Moskvaya, 2002-ci ildə isə Stavropol diyarının Pyatiqorsk şəhərinə gəlmişəm. Həmin ildə də Rusiya vətəndaşlığını qəbul eləmişəm.
Siyasi fəaliyyətlə məşğul olmaq üçün Vahid Rusiya Partiyasına 2005-ci ildə daxil olmuşam. Hazırda oranın üzvüyəm.
2003-2011-ci illərdə İnsan haqları təşkilatının üzvü olmuşam. Həmin təşkilatın sədr müavini mərtəbəsinə qalxmışam. Bu təşkilat tərəfindən müxtəlif medal və mükafatlara layiq görülmüşəm. 2006-cı idən Azərbaycan "Araz" cəmiyyətinin Stavropol diyarı üzrə müavini və
Pyatiqorsk şəhərinin sədri kimi fəaliyyət göstərirəm.
Evliyəm, 3 övladım var.
- Azərbaycan
"ARAZ"cəmiyyəti nə vaxt
yaradılıb və fəaliyyət istiqamətləri
hansılardır?
-Azərbaycan "ARAZ"cəmiyyəti 2005-ci ildə Stavropol diyarı üzrə qeydiyatdan keçib. Təşkilatın ümumi rəhbəri Əsədov Qurban, müavini isə Muradov Firdovsi olub. Təşkilata mən 2006-cı ildə gəlmişəm və ilk iclasda müavin seçilmişəm.
Yarandığı gündən əsas fəaliyyətimiz insanlarımızın düşdüyü stress vəziyyətindən çıxartmaq olub. Belə ki, bu şəhərdə ermənilər çox üstünlük təşkil edirdilər. İnsanlarımız qorxu içində yaşayırdılar. Hətta güc strukturları tərəfindən də qanunsuzluqlara məruz qalırdılar. Bu işlərdə, əlbəttə insanları bir araya gətirib birliklərini təmin etmək lazım idi. İlk öncə mövcud problemləri həll etmək lazım idi. Əlbəttə, mövcud problemlərin həllində Muradov Firdovsinin də böyük rolu oldu. Bu problemləri həll etmək üçün insanları tez-tez bir araya toplamaq gərək idi. Biz buna nail olduq. Onları tez-tez yığıncaqlara dəvət edirdik. Artıq onlar bir-birini tanımağa və təşkilata inanmağa başladılar. Bununla da ilk işimizi müvəffəqiyyətlə başa vurduq. Sonra artıq maddi, mənəvi və milli dəyərlərimizi yaşatmaq üçün fəaliyyətə başladıq. Artıq insanlarda özlərinə inam yarandı. Artıq birinci etapı keçmişdik.
- Pyatiqorskdə ictimai-siyasi proseslərdə diasporumuz nə dərəcədə fəallıq göstərir? Soydaşlarımızın hüquqlarını necə qoruyursuz?
-Artıq siyasi və içtimai fəaliyyətimizə başlamışıq. Güc strukturları ilə əlaqələri qurmuşuq və həmyerlilərimizin hüquqnu qorumağa başlmışıq. Bir neçə qanunsuz, həmyerlilərimizin hüququn pozan polis işçilərini şəhər səviyyəsində cəzandırmağa nail olmuşuq. Şəhər rəhbərləri ilə mütəmadə işləyirik. Şəhərin, regionun və Rusiya dövəltinin bütün siyasi içtimai işlərində iştirak edirik. Həmçinin Azərbaycanımızın bütün əlamətdar günlərini qeyd edirdik.
- Pyatiqorskdə diaspor gənclərmiz aktiv
fəaliyyət göstərirlərmi?
- Gənclərimizin üzərində ciddi işləyirik. Gənclərimizin fəallığı nəticəsində gözəl tədbirlər keçirmişik.
Fəaliyyətimiz gün-gündən güclənirir. Artıq gənclərimizin də təlabatı artırdı. Biz qərara aldıq ki, biz gənclərə bir azda artıq fikir verməliyik. İnstitutlarla əlaqələr qurmuşuq.
Gənclərimiz daha da aktivləşib. Yeni sədr Maharov Araz seçilib. Çox aktv gənclər yaranıb. Artıq gənclərimiz tərəfindən idman zalıda açılıb.
- Siz,
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində
hansı işlər görürsünüz?
-Artıq həm dövlət, həm də insanlarımız tərəfindən tam tanınmışıq. Təşkilatımz kütləvi xarakter alıb. Təşkilatımıza inam günbə gün artırır. Burda “Novruz” rəqs ansanbılı yaratmışıq. Rəqs ansanbılının yaranmasında Babakişiyev Bayramın rolu böyük olub. Günü gündən rəqs ansanbılında insaların sayı artır. Hal hazırda 300 nəfəri keçib. Burada təkcə azərbaycanlılar deyil, həm də Qafqazda yaşayan başqa xalqların nümayəndələri də iştirak edirirlər.
Burada Azərbaycan
dili sinfi açmışıq. Çox yüksək
səviyyələri tədbirlər
keçiririk. Eyni zamanda
mən həm şəhərin Etnik şurasına, həm də ictimai şurasına üzv seçilmişəm. Öz mədəniyyətimiz
və tariximizi burada yerli sakinlərə
müəyyən tədbirlər
keçirərək təbiğ
edirik. Şəhərin Millətlər Evində
ümumi gənclər
təşkilatı yaranıb.
O təşkilata sədr
olaraq bizim azərbaycanlımız Babakişiyev
Bayram seçilib. 2018-ci ildə AXC-nin
yaranmasının 100 illik
tədbirini 700 nəfərlik
zalda 3 saatlıq tədbir olaraq keçirdik. Şəhərin bütün rəhbərləri
və başqa millətlərində diaspor
rəhbərləri iştirak
edirdi. Biz, həmçinin bu tədbirə başqa regionlardan da Azərbaycan diaspor rəhbərlərini dəvət
etmişdik. Tədbirdə
700 dən artıq adam iştirak
etdi.
-Təşkilatın
digər şəhərlərində
dayaq dəstələri
varmı?
- Bütün şəhərlərdə
dayaq dəstələrini
yaratmışıq. Kislavodsk şəhərində
dayaq dəstəsi və idarə heyətini yaratmışıq.
Sədr olaraq Musayev Asif seçilib. Georgevsk şəhərində də
cəmiyyətimizin dayaq
dəstəsini yaratmışıq.
Min Vod şəhərində
də cəmiyyətimizin
dayaq dəstəsini və idarə heyətini seçki yolu ilə seçdik.
Sədr vəzifəsinə Babayev
Eldar seçilib.
Daha sonra Essentuki şəhərində də
seçkilər oldu.
Orada Fərhad Əhmədov sədr seçildi. Ən sonda Jeleznavodskidə Anar Əsədov sədr seçilib. Bununla da öz
birliyimizə nail olduq.
- Rusiyadakı digər diaspor təşkilatlarımızla əməkdaşlıq
edirsizmi?
-Əlbəttə, nəinki
Rusiyada, bütün dünyada olan diasporalarla əlaqə qurmuşuq. Bizim fəaliyyətimiz Azərbaycanda
sa müsbət
qiymətləndirilir. Müstəqil təşkilat olduğumuz
üçün hər
kəslə əlaqələrimiz
genişdir. Biz Dünya
Azərbaycanlılarının bütün qurultaylarında
iştirak etmişik
-Ümumiyyətlə,
Rusiyada diasporumuzun həmrəyliyini yeni müstəviyə necə
çıxarmaq olar?
-Biz Rusiyadakı diasporlarla işimizi sosial şəbəkələr və
Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi
ilə qurmalıyıq..
- Stavropol
Rusiyanın turizm diyarıdır. Burada tibbi turizm daha çox inkişaf edib deyə Azərbaycandan ora saysız turistlər gedir. Bəs oradan Azərbaycana necə turist cəlb etmək olar?
-Bütün bu şəhərlərə Azərbaycandan
il ərzində
40 000-dən artıq turist
gəlir. Hesab edirəm ki,
Pyatiqorsk ilə Azərbaycan şəhərlərdən
birini qardaş şəhər elan etmək lazımdır.
Danışıqlar aparmışam burada,
bütün aidiyyəti
qurumlar razıdır.
Hələlik Azərbaycanda bu
məsələ alınmır.
- Gələcək
üçün hansı
planlarınız var?
-Gələcəkdə ilk öncə
Nəsiminin 650 illiyini
keçirtmək istəyirəm.
Əsas planlarımızdan biri də Rusiya Azərbaycan Mədəniyyət
Mərkəzinin tikilməsidi.
Fuad Hüseynzadə
Palitra.-2019.-1 oktyabr.-S.7.