Müəllim cəmiyyətin
inkişafında aparıcı qüvvədir
Ölkəmizin bütün bölgələrində olduğu kimi, 5 oktyabr Müəllimlər Günü Sədərək rayonunun Mədəniyyət Sarayında Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə qeyd olundu. Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Mahirə Adnayeva Müəllimlər Günü münasibətilə İcra başçısı Həbib İbrahimovun adından müəllimləri təbrik edərək vurğuladı ki, dünyada müəllimlərin peşə bayramının qeyd olunması haqqında sənəd 5 oktyabr 1966-ci ildə YUNESKO-nun və Beynəlxalq Əmək Təşkilatının konfrasında imzalanıb. Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra, 1993-cü ildən qeyd olunur. M.Adnayeva qeyd etdi ki, Ulu Öndərin hakimiyyəti illərində təhsil sistemində böyük islahatlar aparıldı və bu gün də onun davamçısı olan Prezident İlham Əliyevin ölkəmizin hər bir yerində təhsilə və təhsil işçilərinə olan diqqət və qayğısı çox yüksək səviyyədədir:” Biz bunu hər zaman görür və hiss edirik. Təhsil və təhsil işçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da diqqətindən kənarda qalmır”.
M.Adnayeva qeyd edib ki, hər il Azərbaycanda təhsil işçiləri fəxri adlarla, orden və medallarla təltif olunurlar: ”Bu il bizim Sədərək rayonunun təhsil işçisi İsmayılov Malik Hüseyn oğlu Prezidentin fərmanı ilə “Tərəqqi medalı” ilə təltif olunub”.
Yeni Azərbaycan Partiyası Sədərək rayon Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva müəllim peşəsinin müqəddəs və şərəfli peşə olduğunu vurğulayıb və bu peşə sahiblərini təbrik edib. O, qeyd edib ki, dünyada inkişaf etmiş elmin, texnologiyanın başında müəllim əməyi durur. Müəllim cəmiyyətin inkişafında aparıcı qüvvədir. Vüsalə xanım vurğulayıb ki, dahi şəxsiyyət H.Əliyevin müəllim haqqında söylədiyi “Mən dünyada müəllimdən yüksək ad tanımıram” ifadəsi müəllimə verilən böyük dəyərdir.
Tədbirdə müəllimləri təbrik edən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sultan Rzayev qeyd edib ki, müəllim peşəsi ağır və məsuliyyətlidir. Müəllim həmişə çalışıb ki, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsin. Müəllim bütün həyatı boyu öyrənir və öyrədir, ictimaiyyət içərisndə layiqli tələbələri və şagirdləri ilə fəxr edir və ruhlanır. Sultan müəllim özü yazdığı müəllim haqqında şeirlə müəllimləri təbrik edib.
Tədbirin bədii hissəsində şagirdlər
şeirlə müəllimləri təbrik ediblər. Sədərək
rayon müsiqi məktəbinin
“Tejgar” ansanblının və Mədəniyyət
Evinin kollektivinin birgə
təşkil etdiyi konsert
proqramı maraqla qarşılanıb. Tədbirin
sonunda təhsildə fərqlənən
müəllimlər qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
Palitra.-2019.-8 oktyabr.-S.15.