Bir amalın iki qəhrəmanı
Telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Xəttin o biri başında illərin ağırlığı çökmüş
yorğun səsli bir qadın özünü belə təqdim etdi: “Mən şəhid Zamin Məmmədovun anasıyam. Oktyabrın 5-i onun doğum
günüdür. Yad
etsəniz, sevinərəm”,
– dedi.
Ertəsi gün Zaminin dünyaya göz açdığı kəndə
– Babək rayonunun Nehrəm kəndinə üz tutdum. Nərgiz ana
elə qapıda gözləyirdi. Övladının həsrəti bəyaz qar kimi saçlarına
hopmuş, ürəyində
düşmənə nifrət,
gözlərində qələbəyə
ümid qığılcımı
gəzdirən, bu torpağa, bu elə qəhrəman yetişdirən ana ilə görüşmək,
onunla həmsöhbət
olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Azərbaycan
qadınının bütün
keyfiyyətlərini özündə
əxz etmiş Nərgiz ananın söhbətini dinlədikcə
gözümdə bir tablo canlanırdı: vətənpərvər, vətənpərvər
olduğu qədər
məğrur, məğrur
olduğu qədər
də cəsarət sahibi olan bir
qəhrəman ana. Ali təhsillidir. Sovet dövründə kolxozda briqadir olub. Fəaliyyət göstərdiyi müddətdə
“Qırmızı Əmək
Bayrağı” ordeni alıb, yaxşı işinə görə dəfələrlə fəxri
fərmanlara layiq görülüb. Ailə qurduqdan
sonra əmək fəaliyyəti sonlanıb.
Digər
missiyasını – analıq
missiyasını layiqincə
yerinə yetirib.
4 övlad böyüdüb.
4-ü də ali təhsilli, cəmiyyətimizə yararlı.
Zamin
3-cü övladı olub.
Nərgiz ana övladının şəkillərini göstərir,
haqqında qürurla danışır. Onu dinlədikcə artıq
hazırlayacağım yazının
baş qəhrəmanını
deyil, baş qəhrəmanlarını müəyyənləşdirmişdim.
Bunlardan biri şəhid Zamin Məmmədov, digəri qəhrəmanı
yetişdirən Nərgiz
ana idi.
“Ailə qurmağa
tələsmirdi. Atası Allahverdi kişinin
və mənim təkidimdən sonra qohumlardan birinin qızı ilə nişanladıq. Toy hazırlıqlarına başladıq.
Otağını bəzədik. İndi bu otaq onun
xatirəsilə dolub”.
Divardan asılan üçrəngli bayrağımız,
Zaminin hərbi forması, şəkilləri...
Sanki bir muzeydir
– vətənpərvərlik muzeyi. Nərgiz ana bu otağı elə muzey kimi də
qoruyur. “Hər gün işdən gəlib ilk olaraq bu otağa
keçirəm. Ana-bala söhbət edirik”, – deyir Nərgiz ana.
Qəhrəman doğulurlar, qəhrəman
olmurlar!
Kim idi Zamin Məmmədov? O, 1985-ci il oktyabrın 5-də
Nehrəm kəndində
dünyaya göz açıb. Bu kənddən
başlayıb Vətən
sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı,
sonra bütünlüklə
Azərbaycanı sarıb.
Nehrəm, əsasən, muxtar
respublikanın daha çox ziyalılar yetirmiş yaşayış
məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm
kənd 2 nömrəli
orta məktəbdə
dərslərini əla
qiymətlərlə oxuyan
Zamini həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu.
Onun missiyası daha ali
idi. Bu missiyanın
ilk işartıları da
elə uşaq yaşlarından görünürdü.
Əlinə keçən alüminium
məftilləri əyib
gah tank, gah da avtomat düzəldirdi.
Nərgiz ana: “O, artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq
günah olardı.
İnsan
yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar.
Ona görə də oğlumun seçiminə
hörmətlə yanaşdıq”.
Orta məktəbdə oxuyarkən
artıq Sovet İttifaqı dağılmış,
Azərbaycan şəhidlərin
qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin
ön cərgələrinə
qoşulurdular. Bu ərəfədə
ulu öndər Heydər Əliyevin Sərəncamı ilə
1998-ci ildə Naxçıvanda
ilk hərbi təhsil ocağı – Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılır.
Böyük qardaşı Zaur
Məmmədov bu liseyin ilk məzunlarından
olur. 2000-ci ildə
Zamin Məmmədov da Hərbi Liseyin
kursantı olmaq şərəfinə nail olur.
Artıq o, məqsədinin
astanasında idi...
Liseyi bitirdikdən sonra məqsədinin ardınca
Bakıya üz tutan Zamin Məmmədov
Heydər Əliyev adına Ali Hərbi
Məktəbi də uğurla başa vurur. Leytenant rütbəsi ilə
ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə Ağdama – cəbhə bölgəsinə
göndərilir. Mənfur ermənilərin
atəşkəsi tez-tez
pozduğu bu bölgədə onun üzərinə daha artıq məsuliyyət düşürdü. Taqım komandiri
kimi əsgərləri
yetişdirmək, qayğısına
qalmaq, eləcə də Vətənin keşiyində ayıq-sayıq
dayanmaq.
Vətəni qorumaq peşəsini
seçən
oğullara eşq olsun!
Zamin 2008-ci ildə
ayağından güllə
yarası alsa da, tezliklə ayağa qalxıb yenidən səngərə
qayıdır. Bu yoldan
onu ölüm qorxusu belə, döndərə bilməzdi.
Sevərək seçdiyi yolda
inamla, qətiyyətlə
addımlayan Zamin illər idi ki, ad gününü qeyd etmirdi. Evlərinə məzuniyyətə gələndə belə,
10 gündən artıq
qalmazdı. Bütün fikri,
xəyalı qısa zamanda geriyə – xidmətinə dönmək
idi. Sonuncu dəfə 2010-cu ilin oktyabr ayında
məzuniyyətə çıxır.
Anasının xahişi ilə
sinif və kursant yoldaşlarını
ad gününə dəvət
edir. Bu, onun həyatında təmtəraqlı qeyd olunan ilk və sonuncu ad günü olur.
2011-ci il yanvarın
25-də Ermənistan silahlı
qüvvələrinin cəbhənin
Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı
atəş nəticəsində
Zamin Məmmədov şəhidlik məqamına
qovuşur.
Yeni il ərəfəsində
Azərbaycan televiziyasının
əməkdaşları Zamin
Məmmədovdan müsahibə
alanda və ona “Arzuların varmı?”, – sualını ünvanladıqda
cavabı belə olmuşdu: “Yeni ili işğaldan azad olunacaq torpaqlarda
qeyd etmək. Səngərdə zabit kimi xidmət etmək mənim ən böyük arzum idi. Torpaqlarımızın işğalı ilə barışa bilmərik. Tam silahlanmış, döyüş
gücünə malik
bir ordu olaraq Ali Baş Komandanın əmrini gözləyirik. Bu əmri layiqincə yerinə yetirəcəyimizə
əminəm. Biz uduzmamışıq. Əsgər anaları
rahat olsunlar, qürur hissi keçirsinlər ki, övladları səngərdə
düşmənlə üz-üzə
torpağımızı, millətimizi,
xalqımızı qoruyur”,
– demişdi Zamin Məmmədov.
O bayrağı öz əlimlə torpağa sancacağam
“Divara asılmış
bayrağı görürsən, qızım? O bayrağa bükülüb
gəlib şəhidim. Məzarı üstünə sancmaq istədilər, qoymadım. Tanrıdan heç nə istəmirəm, ömür
payı istəyirəm. Tanrı mənə ömür
versin, torpaqlarımızın azad olunmasını görüm.
O bayrağı öz əllərimlə Zaminin uğrunda şəhid
olduğu Ağdam
torpaqlarına sancacağam. Qocalıb əldən
düşsəm də, sürünə-sürünə də
olsa, o torpaqlara
gedəcəyəm”, – deyir qəhrəman
yetişdirən qəhrəman ana.
Ana deyir
ki, Lələtəpə yüksəkliyinin
alınması xəbərini eşidəndə işdən
çıxıb qaça-qaça evə
gəldim. Bu şad xəbəri
Zaminə “yetirmək üçün”. Saatlarla dayandım şəklinin
qarşısında. Ana-bala “söhbət
etdik”. Sanki mənə
dünyaları vermişdilər. Oğlumun
ruhu az da
olsa, dinclik
tapırdı axı. Həmin gün cəmi
şəhidlərin ruhu şad
idi. Bundan iki il sonra
Günnüt zəfəri mənə qol-qanad verdi. Oğlumun itkisindən sonra
hər iki zəfər müjdəsi mənim
üçün əvəzedilməz pay idi. Elə gün olmaz ki, xəbərləri izləməyəm.
Dövlətimizə, ordumuzun
günü-gündən artan qüdrətinə,
həyatını Azərbaycan Respublikasının müdafiəsinə
həsr etmiş oğullara
güvənirəm.
Yüz-yüz itən olsun,
min-min də bitən var
“Nəvəm Ramal Abbasov bu il Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. Çox sevindim. Özüm də liseyə
getdim. Liseydə şəhid məzunların
xatirəsinə həsr
olunmuş lövhədə
Zaminin də şəkli var. Əlindən
tutub ora apardım. Bax dayınla öyün dedim. Onun getdiyi yolun davamçısı ol.
O yolu yarımçıq
buraxmaq olmaz. O yol Vətən yoludur, namus yoludur. Bu yola
girdinsə, geri dönüşü yox, geridə buraxdıqlarını
düşün. Bil ki, Vətən anadır.
İrəli bax və cəsarətlə yürü.
Biz haqq yolundayıq.
Kimsənin torpağında gözümüz
yox. Öz haqqımız uğrunda,
Vətənimiz yolunda,
lazım gəlsə,
hamımız əlbir
olub savaşa gedəcəyik. Bu, Vətənə
məhəbbət, dövlətçiliyə
sədaqət yolu, inam yoludur! Bu
yolda yüz-yüz itən olacaq, Zaminlər itəcək, Ramallar bitəcək”.
Bir müqəddəs amalın
iki qəhrəmanı
– ana və oğul! Vətən aşiqi yetişdirmiş
ana da qəhrəmandır.
“Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz,
sevinərəm”, – demişdi
Nərgiz ana. Biz
heç onu unutmadıq ki! Şəhidlər ölmür, şəhidlər
unudulmur. Şəhidlər elə bir mərtəbədədirlər
ki, yoxluqları ilə belə, illərə meydan oxuyurlar. Onlar uğrunda şəhid
olduqları bu torpağa, bu elə, bu obaya
adlarını öz qanları ilə yazıblar. Bu torpaq şəhid qanları ilə müqəddəsləşib.
Şəhid varsa, torpaq da
var, Vətən də.
Şəhidlərə ölüm yoxdur Vətəndə!
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
televiziyasının baş redaktoru
Palitra 2019.- 8 oktyabr.-
S.10.