Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Georgiyeviç Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Rusiya Federasiyasının Baş Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Sonra hər iki ölkənin Hərbi prokurorluqlarının nümayəndə heyətlərinin iştirakı ilə brifinq keçirilib.

Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev brifinqdə çıxış edərək ölkələrimizin prokurorluq orqanları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən səfərlərin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il iyunun 4-7-də Rusiyaya səfərini məmnunluqla xatırlayan Xanlar Vəliyev göstərilmiş yüksək qonaqpərvərliyə, səmimi və mehriban münasibətə görə Baş Hərbi prokuror Valeri Petrova bir daha minnətdarlığını bildirib.

Respublika Hərbi prokuroru bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlərboyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnib, Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub. Etnik təmizləmə siyasətinin aparılması bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnib. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülhə və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər üzrə istintaqın aparılması və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Hərbi prokurora həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən hər iki dövlətin Hərbi prokurorları bunun tarixən xalqlarımız və dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə formalaşmış səmimi münasibətlərə söykənməsini qeyd ediblər. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımızın rifahı naminə gördükləri nəhəng işlər xüsusi vurğulanıb.

Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Georgiyeviç Petrov göstərilən yüksək diqqətə, səmimi qonaqpərvərliyə və doğma münasibətə görə dərin minnətdarlığını bildirib və məmnunluğunu ifadə edib.

Brifinqdən sonra qonaqlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun beynəlxalq əlaqələri barədə məlumatları əks etdirən stendlərlə tanış olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında “Soyqırımı” Memorial Muzeyində olub. Qonaqlara burada saxlanılan və tarixi həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Azərbaycanın tarixi ərazilərinin Ermənistanın işğalı altında olmasını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bir daha xatırladan Hərbi prokuror Xanlar Vəliyev işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində azad edilərək respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına, soydaşlarımızın tarixi torpaqlarına, doğma yurdlarına qayıdacaqlarına və xalqımıza qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunacaqlarına əminliyini ifadə edib.

Erməni təxribatı ilə bağlı Lüksemburq polisinə məktub ünvanlanıb

Yeri gəlmişkən, Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Düdelanjoyununda bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayıb və bunu idmanda qəbulolunmaz siyasi akt kimi qiymətləndirib. AZƏRTAC xəbər verir ki, “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatasının təşkilatçılığı ilə erməni təxribatına etiraz olaraq bu ölkədə yaşayan azərbaycanlılar adından Lüksemburq polisinə məktub ünvanlanıb. Polisə ünvanlanan məktub 30-dan çox soydaşımız tərəfindən imzalanıb.

Məktubun bir nüsxəsi Lüksemburqun Baş Nazirinə də göndərilib. Məktubda bu təxribatın siyasi akt olduğuLüksemburqun imicinə zərər vurduğu bildirilib.

Soydaşlarımız terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının belə çirkin əməllərini digər sahələrdə olduğu kimi, idman sahəsində də nümayiş etdirdiklərini bildiriblər. Erməni təxribatçılarının bu hərəkətlərinin qəbuledilməz olduğunu diqqətə çatdıraraq, belə halların gələcəkdə qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, erməni təxribatından sonra Lüksemburqun İdman naziri Dan Kersch baş verən hadisəyə görə lüksemburqlular adından üzr istəyib.

Dağlıq Qarabağa qanunsuz səfər edən Cənubi Koreya vətəndaşlarının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bu arada Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo JeongMun Kyeong Won Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktublarında Ji Sun Kim, Lee Soo JeongMun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyüsuverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiklərini bəyan edirişğal olunmuş ərazilərə sözügedən səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyüsuverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər.

Cənubi Koreya Respublikasının vətəndaşlarının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Fuad Hüseynzadə

Palitra 2019.- 9 oktyabr.- S.11.