“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının
100 illiyi” kitabı ölkələrimizin əlaqələri
barədə dəyərli mənbədir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Rəfiqə Hüseynzadənin müəllifi olduğu “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabda ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən münasibətlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir.
AZƏRTAC xəbər verir ki, Londonda “Senate Publishing” çap evi tərəfindən nəfis tərtibatda nəşr edilən kitabda ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafındakı xidmətlərindən bəhs olunur.
Nəşrdə Böyük
Britaniyanın Avropa və Amerika
məsələləri üzrə Dövlət naziri Alan Dunkanın, Azərbaycanın
Xarici İşlər naziri
Elmar Məmmədyarovun, Britaniya
Baş Nazirinin Azərbaycan
üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun, BP qrupunun baş icraçı direktoru
Robert Dadlinin,
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Azərbaycan ilə Birləşmiş
Krallıq, eləcə BP arasında əlaqələr, bir çox sahələrdə,
xüsusilə də enerji sahəsində
əməkdaşlıq məsələlərinə dair fikirləri yer
alır. Kitabda Azərbaycanın qədim
tarixinə, zəngin mədəniyyətinə nəzər
salınır, tarixi abidələrimiz
haqqında məlumat verilir. Oxucuların
diqqətinə çatdırılır ki,
Azərbaycan qədim dövrlərdən Zərdüştliyin
mərkəzlərindən biri olub. Bu, Azərbaycan mədəniyyətinin
dünya mədəniyyətində tutduğu mövqe və
göstərdiyi təsirin müəyyənləşdirilməsi
baxımından çox aktualdır. Paytaxt Bakının
yaxınlığındakı Yanardağ
əsrlərboyu maraq doğurub.
İndiyədək aparılmış arxeoloji
tədqiqatlar Azərbaycanın dünyada ən
qədim insan məskənlərindən və
sivilizasiya yerlərindən biri olduğunu göstərir.
Qazıntılar zamanı Azərbaycanda iki
milyon il əvvəl insan sivilizasiyasının izləri
aşkarlanıb. Nəşrdə Azərbaycanın böyük tarixə malik
neft sənayesindən ətraflı bəhs
olunur. Dünyada qədim
neft diyarı kimi
tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının hələ
XIX əsrin ortalarından başlandığı diqqətə
çatdırılır. Müəllif Azərbaycan neftinin tarixindən bəhs edərkən daha qədim dövrlərə ekskurs
edir, italyan səyyah Marko Polonun Bakı nefti ilə bağlı qeydlərinə də
yer verib. Azərbaycanın ta qədimdən
müasir dövrədək tarixi haqqında oxuculara ətraflı
məlumat verən Rəfiqə Hüseynzadə ümummilli lider Heydər
Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və
möhkəmlənməsində xidmətlərini xüsusi vurğulayıb. Kitabda Azərbaycanla Böyük
Britaniya arasında ilk
əməkdaşlıq əlaqələrinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan
çar Rusiyası tərkibində olduğu zaman
yarandığı qeyd edilir.
Bildirilir ki, 1992-ci ilin martında ölkələrimiz arasında
diplomatik münasibətlər qurulub. Azərbaycan Prezidenti
Heydər Əliyevin 1994-cü ilin
fevralında Böyük Britaniyaya
ilk rəsmi səfəri, orada
keçirdiyi çoxsaylı
görüşləri əlaqələrimizin
inkişafında mühüm rol oynayıb. Münasibətlərimizin
yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni,
təhsil və idman sahələrində əməkdaşlığı
əhatə edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan bu əməkdaşlığı
Prezident İlham
Əliyev uğurla davam
və inkişaf etdirir.
Müəllif, həmçinin SOCAR-ın nailiyyətlərindən,
BP ilə uğurlu əməkdaşlığından
söhbət açır. Bundan başqa, Azərbaycanda həyata keçirilən
islahatlar, ölkəmizin
reallaşdırdığı qlobal enerji, nəqliyyat layihələri, o cümlədən Cənub Qaz
Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu
haqqında məlumat verir. Kitabda
Azərbaycanın idman nailiyyətlərindən
də bəhs olunur.
Palitra 2019.- 9 oktyabr.- S.13.