“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideyaQarabağ Azərbaycandır“ olmalıdır”

Ötən günQarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır (Trend).

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskusiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida" bəyanatı ölkədə milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır.

YAP rəsmisi qeyd edib ki, ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvanlara çox ciddi mesajlar göndərib: "Bunun birincisi Ermənistan cəmiyyəti və rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürüblər. Bu mesajın digər ünvanı Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülür".

Ə.Əhmədov hesab edir ki, münaqişənin həlli ilə bağlı hazırkı danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: "Bu tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidirlər".

Ukrayna telekanalında Ermənistanın təcavüzkar siyasəti pislənilib

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə bu ölkənin tanınmış UATV kanalında yayımlanan “Üz-üzə” verilişinə müsahibəsində Ermənistanın təcavüzkar siyasəti pisləyib: Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünüsuverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə də regional təşkilatlarda ərazi bütövlüyüsuverenlik məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səfir bildirib ki, bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in tanınmaması haqqında bəyanat verdi. Həmçinin rəsmi Bakı Krımda keçirilən “seçkilər”in legitimliyini tanımadı. Bütün bunlar onu göstərir ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Jurnalistin bəzən Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” münaqişə adlandırması nə dərəcədə düzgündür?" sualına cavabında A.Xudiyev vurğulayıb ki, əgər qoşunların təmas xəttində və sərhəddə azərbaycanlı əsgər və ya zabit, mülki şəxs öldürülürsə, bu necə “dondurulmuş” münaqişə ola bilər?

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” adlandırılması ilə razılaşmıram. Bu günlərdə Azərbaycanın daha bir mülki vətəndaşı düşmən gülləsindən həlak oldu. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını dəfələrlə əməllərində sübut edib”, - deyə səfir bildirib.

Ukrayna vətəndaşlarının bəzən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparılması məsələsinə də toxunan A.Xudiyev deyib: “Biz Ukrayna ilə siyasi məsləhətləşmələrdə həmişə bildiririk ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər həm ölkə qanunvericiliyinin pozulmasıdır, həm də insanların həyatı üçün təhlükəlidir. Xarici ölkə vətəndaşlarının nəzarətsiz zonalara aparılması olduqca təhlükəlidir. Ona görə də bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi rəsmi saytında vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməməyə dair daha bir bəyanatla çıxış edib”.

Diplomat müsahibəsində, həmçinin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri, SOCAR-ın, Azərbaycan Ticarət Evinin bu ölkədəki fəaliyyəti barədə məlumat verib.

“Ermənilərin Yuxarı Gövhərağa məscidində “təmir işləri” tarixi saxtalaşdırmaq məqsədi daşıyır”

Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Ermənilərin Şuşada yerləşən tarixi Yuxarı Gövhərağa məscidində təmir adı altında gördükləri işlər bizim tariximizi saxtalaşdırmaq məqsədi daşıyır (APA).

Komitə sədri ermənilərin Azərbaycana məxsus tarixi abidələri məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib: “Biz bunu qətiyyətlə pisləyirik. Bu, beynəlxalq miqyasda mənəvi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir. Bizim komitə tərəfindən də bu mövqe açıq şəkildə bildirilib. Bizi məyus edən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dostqardaş ölkə olan İran İslam Respublikasının hansısa şirkəti də iştirak edir. Araşdırma zamanı məlum olub ki, həmin şirkətin rəhbəri Yerevanda memarlıq təhsili alıb. Bu məni də təəccübləndirir ki, Yerevanda ona nə öyrədə bilərlər? Yəqin buna öyrətdikləri elə bu kimi hərəkətlər olub. Biz bu addımı pisləmişik. Çünki İran İslam Respublikası bizə dostqardaş ölkədir. İslam Əməkdaşlıq Təşkilatında da Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənilib. İslam dininə aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməl törətməsi bütün islam aləmi tərəfindən pislənilməlidir. Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!”.

M. Qurbanlı qeyd edib ki, ermənilər təmir adı altında Azərbaycan irsinə xələl gətirməyə çalışırlar: “Ermənilərin həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi hər zaman özünü göstərib. Ermənilərin vandal hərəkətləri əslində insanlıq əleyhinə törədilib. Əgər tarixə fikir versək görərik ki, onlar İrəvan xanlığına məxsus tarixi abidələrimizi dağıdıblar. Bu fəaliyyətlərini işğal olunmuş ərazilərimizdə də davam etdirirlər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında islama münasibətlərini göstərmək cəhdləri saxtakarlıqdan başqa bir şey deyil. Bu saxtakarlıq adı altında Azərbaycana aid abidələrin özgəninkiləşdirilməsi prosesi gedir. Onların bu vandal hərəkətlərini qətiyyətlə pisləyirik".

Polşa vətəndaşının adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bu arada Polşa Respublikasının vətəndaşı, “Glob-Pressagentliyinin baş redaktoru Vlodimej Kjijanovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məktubunda Vlodimej Kjijanovski Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyə, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir. O, işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyüsuverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edir.

Polşa vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Fuad Hüseynzadə

Palitra  2019.- 11 oktyabr.- S.11.