“Təbii şirələr nümayiş olunan bütün beynəlxalq sərgilərdə iştirak edirik”
Vüqar Yusifov:
“Malların keyfiyyətinə etibar etdikləri
üçün Azərbaycanla əlaqəli
məhsullara, xüsusən də sektorumuza
böyük maraq var”
Ötən ay,
həm də Azərbaycan məhsullarının Rusiyanın Moskva şəhərində təşkil olunan “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisində
nümayiş olunması ilə yadda qaldı. Sərgidə İqtisadiyyat
Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı
ilə qida, şərab və spirtli içki məhsulları
sahəsində fəaliyyət göstərən 30-dan
artıq Azərbaycan şirkəti öz
məhsullarını “Made in
Azerbaijan” vahid ölkə
stendində nümayiş etdirib.
Sərgidə BPC şirkətinin "Azərbaycan Nemətləri"
adı altında məhsulları nümayiş
olunub. BPC şirkətinin icraçı direktoru Vüqar Yusifov sərgi ilə bağlı təəssürtalarını
“Palitra”ya bölüşüb. Xatırladaq ki, Vüqar Yusifov 1994-cü ildən Belarusda
yaşayır. Belarus Dövlət Universitetinin Hüquq
fakültəsində bakalavr və magistr dərəcələri üzrə təhsil
alıb. Dünyanın bir çox
ölkələrində çalışıb. Hazırda
ailləsilə Minskdə yaşayır. Belarusla
Azərbaycan arasında ticarət dövriyyəsinin
artırılması üçün dəfələrlə
iş adamları ilə birgə
görüşlər keçirib. Bununla yanaşı, Vüqar
Yusifov Belarusda Azərbaycan
diasporunun fəal üzvlərindən biridir.
- BPC şirkəti
nə vaxtdan fəaliyyət göstərir?
-BPC şirkəti “Brill”, “Wish”, "Azərbaycan Nemətləri", "Belarus Nemətləri" ticarət markaları altında şirələr, meyvə içkiləri, nektar və şirəli içkilər istehsalçısıdır. BPC şirkəti 2007-ci ildə yaradılıb. 2016-cı ildə Rusiyanın Smolensk şəhərində öz bölgəsində ən böyük şirə məhsullarının istehsalçısına çevrilən yeni bir zavod açdıq. İstehsal prosesində Azərbaycan, Türkiyə, İspaniya, Yunanıstan, CAR, Braziliya və digər cənub ölkələrinin yüksək keyfiyyətli xammalından istifadə olunur. Müasir avtomatlaşdırılmış avadanlıq qida maddələrini maksimum dərəcədə qoruyur və istehsal prosesinin bütün mərhələlərində etibarlı nəzarəti təmin edir. Şirələrin və nektarların saxlanma müddəti 12 aydır.
BPC şirkətinin məhsulları Rusiya Federasiyasının bütün
bölgələrində, eləcə də Qərbi Avropa, Baltikyanı ölkələr və ABŞ-da təmsil olunur.
Komandamız məhsulları ilə fəxr edir!
- Moskva
Beynəlxalq Qida Sərgisində sizin rəhbəri olduğunuz
şirkətin məhsulları da nümayiş olundu. Bu sərgi ilə bağlı təəssüratlarınızı
bilmək istərdik?
- “Worldfood Moscow
2019” sərgisi çox məhsuldar idi. Çox
görüşlər və danışıqlar oldu. Qeyd etmək
lazımdır ki, hər şey
çox peşəkar şəkildə təşkil
olunmuşdu. Bu sərgidə
ilk dəfə iştirak
edirdik və sizi əmin
edə bilərəm ki, bu
sərgi ən yaxşılarından biridir.
Biz sərgidə Azərbaycandan məhsulların
Rusiya bazarına
çıxarılması üçün
hər cür səy göstərən Azərbaycanın
Rusiya Federasiyasındakı Ticarət
Nümayəndəliyi ilə birlikdə iştirak
etdik. Bundan əlavə,
üçüncü dəfə Azərbaycan
“Worldfood Moscow” sərgisində
tərəfdaş ölkə kimi
çıxış edəcək.
- Bir
ayda iki dəfə
beynəlxalq sərgidə iştirak etdiniz. Bildiyimizə görə, sentyabr ayında ABŞ-ın Baltimor
şəhərində keçirilən Ticarət Sərgisinə
də qatılıbsız. Maraqlıdır, Azərbaycan məhsullarına
ABŞ-da nə dərəcədə maraq var?
- Bəli, məhsullarımızı fəal şəkildə təbliğ edirik və təbii şirələr nümayiş olunan bütün beynəlxalq sərgilərdə iştirak edirik. 11 - 14 sentyabr tarixlərində ABŞ-ın Baltimor şəhərindəki Konvensiya Mərkəzində təbii şirələrimiz ABŞ-ın Şərq üzrə ən böyük Ticarət Sərgisində nümayiş olundu. Bu gözəl hadisənin bir hissəsi olmaqdan çox məmnun olduq.
Bizim Moskvada
(Rusiya), Minskdə (Belarus)
və Mayamidə (ABŞ) 3 ofisimiz var. Məhsullarımızın bütün dünyada qəbul
olunan və yalnız müəssisə və
istehsalın tam yoxlaması ilə əldə
edilə bilən üzvi bir
sertifikatı (USDA Organic) var.
ABŞ-da üzvi məhsullara
çox böyük maraq var. Bu
gün “Amazon” onlayn mağazasında iri
pərakəndə satış şəbəkələri ilə
müqavilələr bağlamaq mərhələsindəyik.
Nar şirəsi yalnız Azərbaycanın
böyük zavodlarında alınan üzvi xammaldan
hazırlanır. Yeri gəlmişkən, bütün dünyada üzvi şirələr istehsal
edən 2-3 ölkə var və Azərbaycan
da öndə gedir.
Malların keyfiyyətinə etibar etdikləri
üçün Azərbaycanla əlaqəli
məhsullara, xüsusən də sektorumuza
böyük maraq var.
- Bu
gün "Azərərbaycan nemətləri"
brendi əsas hansı ölkə
bazarında özünə daha çox yer edib?
- Rusiya, Litva,
Latviya, Estoniya, Hollandiya, Almaniya, Fransa, bir sıra MDB
ölkələrinə və ABŞ-a
yayırıq. Bütün ölkələrdə
böyük maraq var.
- Ümumiyyətlə,
sizin məhsulların özəlliyi nədədir?
-Keyfiyyət və əlçatanlıq. 2007-ci
ildən şirə məhsulları istehsal
edirik. Hər il bütün istehsal prosesini avtomatlaşdırırıq və
keyfiyyətli məhsulu mümkün qədər
məhsuldar istehsal etməyə imkan verən yeni texnologiyalar tapırıq. Artıq Tetra Pak paketlərində
həcmi 0,75 litr, 1,0 litr
və 2,0 litr olan məhsullar
istehsal etməyə imkan
verən üç şüşə qab, eyni zamanda
hər biri bir litrlik şüşə qablarımız var.
- Qarşıda
hansı sərgidə məhsullarınızın nümayiş etdirilməsini
planlayıbsız?
- Bu ilin noyabr ayında Çikaqoda (ABŞ) “Fərdi Etiket Dünyası” sərgisinə qatılacağıq. Gələn ilin birinci yarısında isə San-Fransiskoda (ABŞ) “Fancy Food Show” və Moskvada (Rusiya) “Ïðîäýêñïî” sərgilərində iştirak etməyi planlaşdırırıq.
Şirkətimiz haqqında daha çox məlumatı veb saytlarımızdan da öyrənə bilərsiniz: https://juicewish.com/, http://belprodco.ru/.
Fuad Hüseynzadə
Palitra 2019.- 11 oktyabr.- S.11.