Tanınmış tədqiqatçının
elmi yaradıcılığında mərhələ
başlanğıcı
Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişafında monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri və 250-dən artıq maraqlı elmi-pedaqoji məqalələri ilə tanınan Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı dərs vəsaiti yaxın zamanın məhsuludur. Mən də görkəmli pedaqoq və professorlar İramin İsayev, Müseyib İlyasov, dosent Bayram Apoyev və başqaları kimi əsərdə qoyulmuş predmetlər və onların necə həll edilməsi haqqında bir oxucu kimi qısa qeydlərimi demək istəyirəm.
Hər hansı bir oxucunu maraqlandıran əsas məsələlərdən biri əsərin dilidir. Əsərin dili aydın, səlis və elmi üslubda yazılarsa, o əsər maraqla, sürətlə oxunar. Məhz bu cəhətdən pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı dərs vəsaiti diqqətəlayiqdir. Vəsaitdə Həzrəti Əlinin (ə.), Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin, Fəzlullah Nəiminin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundovun, Məhəmməd Tağı Sidqinin, Nəcəfbəy Vəzirovun, Məhəmmədağa Şahtaxtlının və Firidun bəy Köçərlinin yaradıcılığında mənəvi-əxlaqi kamillik, əxlaqi keyfiyyətlərin təbliği, mövhumatçılığın təsviri, gənc nəsli vətənə və xalqa məhəbbət ruhunda böyütmək, müsbət əxlaqi normalar aşılamaq yolları, ictimai və mənəvi əsarətin təsviri, milli ruhda tərbiyə məsələləri və tərbiyəvi örnəklərin rolu, təlim və təhsil haqqında olan ideya və görüşləri müəyyənləşdirilir.
“VII əsrdən - XV əsrə qədər olan dövrdə tərbiyənin rolu və təhsilin təşəkkülü” adlanan birinci fəslin birinci yarımfəslində “Həzrəti Əlinin tərbiyənin və elmin inkişafında rolu” işıqlandırılır. Kamal Camalov Həzrəti Əlinin (ə.)dövrümüzə gəlib çatan “Divan” və “Nəhcül bəlağə” adlı zəngin irsindən bəhrələnərək təlim-tərbiyə və təhsil məsələlərini tədqiq edir, sistemləşdirir və təhlil süzgəcindən keçirir. Qeyd edir ki, Həzrəti Əlinin (ə.) tərbiyə ilə bağlı fikirlərində məq səd insanı müdrikləşdirmək, ruhu paklaşdırmaq, əxlaqı kamilləşdirmək, davranış və əməlləri salehləşdirməkdir.Bunun üçün, insan özünü və Allahını dərk etməli, hər şeyə iman gözü ilə yanaşmalıdır.Vəsaitdə qabarıq şəkildə oxucuya çatdırılır ki, elmi dərindən mənimsəyən əqli xəstə olanlarla mübahisə etməz, ona pislik edənlərə yaxşılıq edər, nəsihət dinləyər və nəsihətə əməl edər, təkəbbürdən, paxıllıqdan, məkr və hiylədən, haramdan uzaq olar, dilini pis şeyə öyrətməz, insanlar arasında başqalarını danlamaz (hətta nəsihət etməz), vəfalı olar, qəlbi çətin şeylərə məcbur etməməyə alışdırar və s. Həcmcə qısa, mənaca böyük olan bu ibrətamiz kəlamlar oxucuya deməyə əsas verir ki, dərs vəsaiti məna etibarı ilə zəngin bir əsərdir.Göründüyü kimi, müəllif Həzrəti Əlinin (ə) kəlamlarını dərinliyi məlum olmayan bir dəryaya bənzədir. Buna görə də, həmin kəlamlar öz dövrü üçün son dərəcə necə mütərəqqi ifikirlər olmuşdursa, bu gün də bu fikirlər və ideyalar öz təsir gücünü itirmir, eləcə də təravətli kəlamlar, nəsihətlər olaraq qalır.
Vəsaitdə diqqətimi çəkən bir məsələ də Kamal Camalovun Həzrəti Əlinin (ə.) oğlu İmam Həsənə yazdığı əxlaq kodeksi daşıyanvəsiyyətnaməni işıqlandırmasıdır. Müəllif tərəfindən ixtisarla da olsa sistem halına salınan və təhlil olunan vəsiyyətnamədə göstərilir ki, böyüyən nəslin əxlaqi cəhətdən saf, iffətli, namuslu, öz nəfsinə hakim, mənəvi cəhətdən yetkin, fiziki cəhətdən sağlam böyüməsində, özünü və Allahını dərk etməsində, şər işlərdən, mənfi keyfiyyətlərdən uzaq olmasında həmin vəsiyyətnamənin böyük rolu vardır. əsiyyətnamədən bir parçaya diqqət yetirək: “Oğlum, sənə tövsiyə edirəm ki, Allahdan qorxasan, Onun əmrlərinə itaət edəsən, Onu yada salaraq qəlbini pak saxlayasan. Qəlbini öyüdlə dirilt, zahidliklə öldür, bütöv inamla qüvvətləndir, hikmətlə işıqlandır, ölümü yada salmaqla alçalt, yox olacağına inandır. Dünya dərdləriylə uzaqgörən et, zamanın hücumundan, gecəylə gündüzün pis keçməsindən çəkindir onu. Köçüb gedənlərin vəziyyətini anlat, göstər ona. Səndən əvvəlkilərin başlarına gələnləri söylə ona. Gəlib köçənlərin ölkəkərində gəz, onlardan qalan şeyləri gör. Nələr tikdiklərini, hardan köçdüklərini, hardan ayrıldıqlarını, haraya düşdüklərini seyr et. Görəcəksən ki, onlar dostlardan ayrılmışlar, qürbət diyarına köçmüşlər. Az müddət sonra sən də onlardan biri kimi olacaqsan. Bəs belə isə, düşəcəyin yeri səhmanla, axirətini dünyaya satma. Bilmədiyin şey haqqında söz söyləmə, lazım olmadığı zaman söhbətə girişmə.Azmaqdan qorxduğun bir yola düşmə. Çünki azıb, məəttəl qaldığın zaman o yoldan qayıtmaq, qorxulu yerlərə çatmaqdan daha yaxşıdır. Yaxşı işlər əmr et ki, yaxşılardan olasan. Yamanlığı əlinlə, dilinlə qadağan et ki, qınayan bunu qınaya bilməz. Harada olursa-olsun, həqiqət uğrunda çətinliklərin ən çətininə döz” [Bax: səh.26]. Göründüyü kimi, buradakı təsvirdən hər şey aydındır.
Kamal Camalovun gözəl yaradıcılıq xüsusiyyətlərindən biri də ondadır ki, o, hər hansı bir mütəfəkkir pedaqoq-alimin yaradıcılığını tədqiq edərkən verdiyi ştrixlərlə həm də həmin söz xiridarının daxili aləmini, xarakterini də açır, göz qabağına qoyur. Hər bir oxucuya aydın olur ki, ailədə, məktəbdə və ictimaiyyətdə əxlaqı pis sifətlər tənqid olunmalı, vətənpərvərlik, humanizm, dostluq, yoldaşlıq, təvazökarlıq, işgüzarlıq, mərdlik, mübarizlik kimi ən ali hisslər aşılanmalıdır. Kamal müəllim haqlı olaraq Həzrəti Əlinin (ə.) şəxsiyyətin təşəkkülündə tərbiyənin gücünə böyük əhəmiyyət verdiyini və onu geniş mənada başa düşdüyü qənaətinə gəlir. Əlbətdə, Həzrəti Əlinin (ə.) tərbiyənin rolunu həddən artıq şişirtmədiyini, irsiyyətin, xüsusən mühitin də şəxsiyyətin formalaşmasına təsir edən mühüm amil kimi qəbul etdiyini də notlara daxil edir.
Kamal müəllim belə ifadə edir ki, Həzrəti Əli(ə.) tərbiyənin məqsədini Vətənini, xalqını qəlbən sevən, elmli, təhsilli, saf mənəviyyatlı, sağlam əqidəli, geniş dünyagöüşlü, əməksevər, mərd, mübariz vətənpərvər şəxslər yetişdirməkdə görür. O, tərbiyənin sinfi xarakterdə olduğunu göstərir və sübut edir ki, nəcib əxlaq, saf mənəviyyat əməkçi xalqda daha parlaq təzahür edir. Əxlaq tərbiyəsindən bəhs edərkən Həzrəti Əli (ə.) haqlı olaraq antaqonist siniflərin olduğu cəmiyyətin mahiyyətindən irəli gələn, adamlarda daha çox özünü göstərən acgözlük, mənsəbpərəstlik, fərdiyyətçilik, xəsislik, tamahkarlıq, lovğalıq, paxıllıq, yaltaqlıq, kobudluq və s. kimi sifətləri kəskin tənqid etmişdir.
Kamal Camalov mütəfəkkir-pedaqoq-alim Balasaqunlu Yusif Xas Hacibin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin və Fəzlullah Nəiminin yaradıcılıq görüşlərini təhlil edərkən onların da daxili aləmini, xarakterini açmış, təhlil obyektinə çevirmişdir. Müəllif Nəsirəddin Tusinin “Adabülmütəəllimin” əsərini layiqli şərh edir. Vəsaitdə göstərilir ki, N.Tusi elmli müəllimi peyğəmbərlərə bənzədir. Ancaq bu şərtlə ki, elm sahibi şəfqətli və nəsihət verən olsun. Müəllim səy göstərməlidir ki, tələbəsi onun dövründə alim olsun. Dünya alimlərindən üstün olmaq üçün müəllim öz tələbələrinə şəfqət göstərməlidir.Elm öyrənən tələbə müəllimlərin təcrübəsindən istifadə etməli və onlardan faydalanmalıdır.K.Camalov vəsaitin 72-ci səhifəsində qeyd edir ki, N.Tusiyaltaqlığı məzəmmət etsə də, elm öyrənməkdə qılığa girməyi təqdir edir.“Tələbə fayda götürmək üçün müəlliminin, tələbə yoldaşlarının və başqalarının qılığına girməlidir. Bununla əlaqədər belə demişlər: Elm əzəmətdir, onda alçalma yoxdur. Elm dikbaşlıq yox, itaətlə dərk edilər”.Müəllif haqlı olaraq belə qənaətə gəlir ki, N.Tusi təlimin məqsədini hər bir elmdən xəbərdar olub vətənin tərəqqisinə xidmət göstərməkdə görürsə, tərbiyənin məqsədini cəmiyyət üçün xidmət göstərən, qüsursuz tərbiyəvi keyfiyyətərə, elmlərdən xəbərdar olan insan yetişdirməkdə görür. Tusi insan tərbiyəsini çox mürəkkəb, həm də çətin bir proses hesab edir. O, yer üzərində yaşayan insanların sifətlərinin, libaslarının, davranışlarının və s. necə müxtəlif və rəngarəng olduğundan misal gətirərək göstərir ki, “tərbiyədə də həmin rəngarənglik mövcuddur” [Bax: səh.73].
Müəllifin də vurğuladığı kimi, elmlərin yalnız bilicisi yox, onların yaradıcısı və tədqiqatçısı olmuş Nəsirəddin Tusi pedaqoji fikir tarixində humanizmə xidmət etmiş, elmlə mədəniyyətin vəhdətini yaratmış, debatı və ya sual-cavabı müdriklik nişanəsi saymışdır. K.Camalovun sözləri ilə desək Nəsirəddin Tusi cəhaləti zülmətə bənzədərək, təlimə həyatın zülmətini işıqlandıran bir proses kimi baxmış, insan idrakının qüvvətinə inanmış və bunun təlimlə zühur etdiyini, həyatın sirlərini açmağa qadir olduğunu “Adabülmütəəllimin” əsərində layiqincə şərh etmişdir.
“Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı dərs vəsaitində adları çəkilən söz mülkinin soltanlarını (Həzrəti Əli (ə.), Balasaqunlu Yusif Xas Hacibin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin və Fəzlullah Nəimi) müəllifelmlərin yalnız bilicisi yox, onların yaradıcısı və tədqiqatçısı adlandırır. Çünki onlar pedaqoji fikir tarixində humanizmə xidmət etmiş, elmlə mədəniyyətin vəhdətini yaratmış, cəhaləti zülmətə bənzədərək, təlimə həyatın zülmətini işıqlandıran bir proses kimi baxmış, idrakın qüvvətinə inanmış və bunun təlimlə zühur etdiyini, həyatın sirlərini açmağa qadir olanyaradılmışların ən şərəflisi olan kamil insanı mədh etmişlər.
Dərs vəsaitinin ikinci fəslini “XVIII-XIX əsrdə maarif və pedaqoji fikrin inkişafi” adlandıran pedaqoq-alim Kamal Camalov Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov yaradıcılığındakı maarifçilik ideyaları, milli xarakter nümunələri, məktəb, ata-anaya hörmət və övlada qayğı kimi məsələləri tədqiq-təhlil edir. Aktual, maraqlı bir fəsli qələmə alan müəllif qoşma, təcnis, qəzəl və müxəmməsləri ilə ölməzlik qazanan Molla Pənah Vaqifi şərh edir. Vaqifin poeziyasının müxtəlif dillərdə danışdığını qeyd edən K.Camalov göstərir ki, türk yazıçısı Kamal Tahir “Əzəmətli sərkərdə”, Litva şairi Albinas Jukauskas “Poeziyanın məşəli”, İraq şairi Şakir Zabit “Gözəl söz ustadı”, Macar şairi Geza Kepeş “Şərq poeziyasının ustadı”, Qazax ədibi Həmid Yerqaluyev “Mübariz vətəndaş şair”, Belarus şairi Yanko Sipakov “Nəğməkar şair”, Kuba ədibi Luis Marre “Əbədi eşq şairi”, Tacik ədəbiyyatşünası Nəsircan Məsumi “Gözəllik nəğməkarı”, Türkmən şairi Kərim Kurbannepesov “Türkmənlərin sevimli oğlu”, Yuqaslaviya şairi Nicati Zəkəriyyə “Sönməz məşəl”, Moldaviya ədəbiyyatşünası Andrey Strumbanu “Səmada parlaq ulduz”, Bolqarıstan şairi İvan Burin “Musiqini bərqərar edən şair”, “Folk und velt” nəşriyyatının redaktoru alman yazıçısı Astrit Klook “Dünyaya vurğun şair”, Polşa şairi Yan Xuşşa isə “Dərin, coşqun, parlaq və obrazlı lirika şairi” kimi fəxri adlarla Molla Pənah Vaqifi mədh edirlər. Kamal müəllim Vaqif yaradıcılığından belə nəticəyə gəlir ki, tərbiyə, əxlaq, etika və sair pedaqoji prinsiplərlə əlaqədar fikirlər, Vaqifin estetik baxışlarında gözəllik anlayışını tamamlayan, bu anlayışın məzmununa yeni cizgilər gətirən mühüm müddəalar kimi daxil olunmalıdır.
Müəllif maarifçilərdən danışarkən öz fikrini Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov üzərində cəmləşdirir. K.Camalov belə bir fikir irəli sürür ki, xalqını məcnunanə sevən maarifçilər əkinçilik və kənd təsərrüfatı məsələlərində maarifləndirməklə yanaşı, publisist yazılarında və ya əsərlərində, xüsusən gənc valideynlərə xitabən ünvanlanan əsərlərində tərbiyə, əxlaq, habelə ailə, ailədə uşaqların tərbiyəsi haqqında qiymətli fikirlər işıqlandırmışlar. Həqiqətən də, vəsaitdə bəhs olunan maarifçi, mütəfəkkir şəxsiyyətlər cəhalətin, nadanlığın hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömürlərinin sonunadək maarif məşəlini şərəflə və əzmlə daşımışlar.
Məhəmmədağa Şahtaxlının və
Firidun Bəy Köçərlinin pedaqoji fəaliyyəti və
maarifçi görüşlərindən bəhs olunan
üçüncü fəsil “XX əsrin birinci
yarısında təlim və təhsilin ideoloqlari”
adlanır. Müəllif haqlı olaraq göstərir
ki, Məhəmmədağa Şahtaxlı və Firidun Bəy
Köçərli xalqın bəsirət sahibi
olmasının əsas rolunu qəzet və ya
jurnaldagörmüşlər. Çünki qəzet
mühüm milli qüvvələrdən biridir. Qəzet
də bir məktəb rolunu oynayır. Qəzet, həm məktəb,
həm də məktəbdən kənar öz işini
görür. Millət qəzet vasitəsilə məlumatlanır,
camaat qəzet səhifələrində elmi, ədəbi və
siyasi xəbərlərlə tanış olur. Qəzeti hava
kimi fərz etmək olar. O, hər gün insan zəkasının
məhsulunu öz səhifələrində dərc edir. Bir
millət ki, müxtəlif ümumi məsələlərdən
bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi
ilə də faydalı məlumat əldə edə bilməz.
Bu mənada qəzet mütləq və müstəqil
iqtidarlardan üstündür. O, görür,
yazır, göstərir, gələcəyə baxır.
Öz tənqidi çıxışları, mübahisələri
vasitəsilə ictimaiyyəti həyəcana gətirir,
camaatın təlimini və zəkasını zənginləşdirir,
eybləri açır, xəstəlik və
yaraları sağaldıb aradan qaldırır. Sonra müəllif
M.Şahtaxtlının qəzet haqqındakı
düşüncələrini aşağıdakı sözlərlə
ümumiləşdirir: “Qəzet aləmin
güzgüsüdür, Qəzet zəmanənin ən kəskin
qılıncıdır. Qəzet indiki cismi-həyatın
ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli
vaizidir. Qəzet hər mil lətin
ölçüsü, qəzet məmləkətin hamisi,
vəkili, advokatıdır” [Bax: səh.173].
Vəsaitdə böyük məktəb keçmiş
M.Şahtaxtlı və F.B.Köçərlininelmlərin mənşəyi
və təsnifatı, insanın dərketmə fəaliyyəti,
ictimai fəaliyyəti, ağıl və münasibətlə
bağlı fikirləri şərh edilir. Görkəmli
pedaqoqların gəldiyi ortaq məziyyət belədir ki, təlim
və təhsil tarixilik baxımından heç vaxt tamamilə
sıradan çıxıb köhnəlmir, onun tərkib
hissələrində inkişafa uyğun dəyişikliklər
gedir, yeniləşir, şəraitə
uyğunlaşır, lakin son məqsəd isə
(insanın formalaşması, kamilləşməsi, tərbiyə
olunması) eynilə qa lır.
Kamal Camalov olduqca dəqiq və müvəffəqiyyətlə
əks etdirir ki, M.Şahtaxtlı və F.B.Köçərlinin
pedaqoji irsində xalq pedaqogikası məsələsinin tədqiqi
xüsusi yer tutur. Oxucuya məlum olur ki, bu mühüm və
şərəfli sahənin tədqiq edilməsi, nəşri,
həmçinin inkişaf etdirilməsi F.Köçərlinin
diqqətini daha çox məşğul etmişdir. Hələ 1912-ci ildə “Balalara hədiyyə”
adlı dərslik kitabçasında xalqın
yaratdığı gözəl, mənzum və hikmətli
sözlər, tapmacalar, yanıltmaclar, sayaçı
sözlər, nağıl və dastanlar toplayaraq nəşr
etdirmişdir. Müəllif bunları bir
yerə toplayaraq nəşr etdirməkdə Firidun bəyin
qarşısında bir çox səbəblərin olduğunuoxucusuna
çatdırır. Səbəblərdən biri
xalqın mənəvi xəzinəsi sayılan bu folklor
nümunələrinə bir “para biqeyd” ziyalıların
laqeydliyidirsə, digər səbəb isə belə laqeydliyi
görüb üzdəniraq qonşu ermənilərin
xalqın bu kimi məxsusi malını özəlləşdirmələri
qənaətində olmasıdır. F.Köçərli
belə bir acınacaqlı halın qarşısını
almağa çalışmış, həmçinin
xalqın milli və mənəvi sərvətlərinin
özünə qaytarılmasına ciddi cəhd göstərmişdir.
Firidun bəyin xalq pedaqogikasının bir yerə toplanması
və nəşr etdirilməsi
çağırışına Eynəlibəy Sultanov, Məhəmməd
Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Salman
Mümtaz, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Yusif Vəzir
Çəmənzəminli və başqalarınınsəs
verdiyi misallar gətirilərək şərh edilir.
Göründüyü kimi, dərs vəsaitində
müəllif yaradıcılıq məramına sadiq qalaraq təbii,
canlı dillə, dərin elmi mühakimələrlə
ümumiləşdirmələr aparır, öz fikrini
sübuta yetirir və fikrini daha inamlı səsləndirir. Bu dərs vəsaiti
sələflər və xələflər
yaradıcılığının özülünü, həyatla
bağlılığını, mənəvi tərbiyənin,
təlim və təhsilin köklərini öyrənməyə,
başa düşməyə kömək edir. Tarixi faktlardan, paralellərdən, müqayisələrdən,
tənqidi nəticələrdən yerliyerində məharətlə
istifadə edən müəllif pedaqoji-psixoloji fikrin
inkişafında sələflər və xələflərin
yaradıcılığını elə
işıqlandırır ki, bu problemlərlə əlaqədar
qaranlıq heç bir cəhət qalmır. Üstəlik, mövzunun ədəbi-bədii,
ictimai-tarixi əhəmiyyəti bariz şəkildə üzə
çıxır. Alim qətiyyəti və
cəsarəti maarifçi məsələlərin həllində
daha aydın görünür və bu, müəllifi oxucu
gözündə bir daha ucaldır.
“Tarixin
optimizm yolları sələflərdən xələflərə”
adı ilə kitaba ön söz yazan pedaqogika üzrə
elmlər doktoru, professor Əbülfət Pələngovun qeyd
etdiyi kimi, Kamal Camalov pedaqogika tarixinin öyrənilməsində
pedaqoq və maarifçilərin fəaliyyətini aşkara
çıxarmış, tərbiyə və təhsilin təşəkkülü,
inkişafı və deformasiyasının səbəblərini
müəyyənləşdirmiş, pedaqogika elminin təşəkkülü
və inkişaf tarixinin yeni dövrləşməsini
vermiş, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs
göstərmiş, pedaqoji görüşləri tədqiqdən
təcrid olunmuşların (Balasaqunlu Yusifin, Xaqani
Şirvaninin, Fəzlullah Nəiminin və b.)
yaradıcılığını yeni baxış, yeni
ideya süzgəcindən keçirmişdir.
“Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən
xələflərə” adlı dərs vəsaiti Kamal
Camalovun gərgin zəhmətinin, davamlı
araşdırmalarının, əzmkar alim əməyinin nəticəsidir. Azərbaycan
Respublikasının Əməkdar müəllimi Kamal Camalovun
sevinci gözündə, tələbələrə məhəbbəti
ürəyində, elmə həvəsi qələmində,
maarifə istəyi isə qəlbinin hökmündən gələn
nitqindədir. İnsanlıq nümunəsi,
alimlik qüdrəti və pedaqoq məharəti ilə
sayılıb-seçilən Kamal Camalova məktəb və
pedaqoji fikir tarixini daha da inkişaf etdirməsi sahəsində
uğurlar və cansağlığı arzulayıram.
F. İbrahimov
Pedaqogika üzrə elmlər doktoru,
professor
Azərbaycan
Respublikasının Əməkdar müəllimi
Palitra 2019.- 15 oktyabr.- S.13.