Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”

Ramin Rzayev: “Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılır”

Mərkəzi Gömrük Hospitalının TravmatologiyaOrtopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında koksartroz, qonartroz xəstəliyi və Endoprotez əməliyyatlarına aid sualları cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik:

- Koksartrozqonartroz nədir, necə müalicə olunur?

-Koksartrozbud-çanaq oynaqlarının, Qonartrozdiz oynaqlarının inkişaf edən degenerativ xəstəliyidir, oynaq qığırdağının atrofik dəyişiklikləri ilə başlayan dağılması nəticəsində deformasiyaya uğrayan prosesidir. Birincili (idiopatik – səbəbi bəlli olmayan) və ikincili (postravmatik, oynağın iltihabi xəstəlikləri, displaziya) kimi təsnif edilir. Xəstəlik 45 yaşdan yuxarı xəstələrdə adətən oynaqda ağrı ilə başlayır və bud-çanaq oynaqlarında ağrı qasıq, sağrı, bud nahiyələrinə, diz oynaqlarında isə ağrı baldıra yayıla bilir. Xəstəlik proqressiya etdikcə ağrılar istirahət halında da yaranır, gecə ağrıları müşaiyət olunaraq davamlı xarakterli olurlar. Oynaqdan hərəkət zamanı “xırtıltı səsi”-nin gəlməsi, sonradan hərəkət məhdudluğunun yaranması, axsama xəstəliyin əsas simptomlarından hesab edilir. Bud-çanaqdiz oynaqlarının oynaqətrafı digər patologiyaları klinikiinstrumental müayinələrlərlə (Rt, MRT, CT, Densitometriya, Sintiqrafiya, qan-labarator analizlər) dəyərləndirildikdən sonra müvafiq müalicəsi aparılır.

I-II dərəcəli koksartroz, qonartrozlar bir qayda olaraq konservativ müalicə olunur. III-IV dərəcəli koksartroz və qonartrozların müalicəsi xüsusən də davamlı kəskin ağrı, hərəkət məhdudluğu ilə müşayiət olunursa cərrahidir (endoportez-artrplastika). Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılır.

- Endoprotezləşdirilmə oynaqların hansı zədələnmələri zamanı aparılır?

-Endoprotezləşdirilmə (artroplastika) – zədələnmiş oynaq elementlərinin implantla əvəz edilməsidir. Gündəlik həyatımızda bud-çanaq və diz oynaqları daha hərəkətli, daha çox yüklənməyə məruz qaldığı üçün bu oynaqlarda qığırdağın aşınması, kirəcləşməsi erkən yaranır. Endoprotez əməliyyatlarının aparılmasına əsas göstəriş oynaqlarda kəskin ağrılar, hərəkət məhdudluğunun yaranması ilə müşayiət olunan və konservativ müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasıdır (displastik koksartroz, yaşlılarda bud sümüyünün boynunun sınıqları, III-IV dərəcəli deformasiyaedici osteoartrozlar, psevdoartroz, oynaqların postravmatik deformasiyası, Bexterev xəstəliyi, ankiloz).

Bud-çanaq və diz oynaqlarının endoprotezləşdirilməsi əməliyyatları oynaqların zədələnmiş elementlərini implantla əvəz edib anatomik formasını və hərəkətləri bərpa edərək - ağrı sindromunu, hərəkət məhdudluğunu aradan qaldırmaqla pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün icra edilir.

- Bud-çanaq və diz oynaqlarının endoprotez əməliyyatlarından sonra reabilitasiya dövrü nə qədərdir?

-Bud-çanaq oynaqlarının implantla əvəz ediılməsi bir çox xəstəlikləri zamanı aparılır və qoyulmuş implantın növündən, xəstənin yaşından asılı olaraq reabilitasiya dövrü fərqlidir. Əməlyyatdan sonra bütün xəstələrə əməliyyatın birinci günündən etibarən oynaqda hərəkət amplitudasının artırılması, aşağı ətraf əzələlərinin reabilitasiyası üçün xüsusi idman hərəkətləri verilir. Bütün xəstələr endoprotez əməliyyatının ilk günündən etibarən aktivləşdirilir (çarpayıda otuzdurulur) və əməliyyatdan sonra maksimum ikinci günündən xəstələr yeridilir. Əməliyyatdan sonra 3-4 həftə çəliklə və sonra çəlliksiz aşağı ətraflarını tam yükləyərək yeriməklə xəstələrin ilkin reabilitasiyası 4-6 həftə və tam reabilitasiyası 3-6 ay davam edir.

Diz oynaqlarının endoprotez əməliyyatı demək olar ki, sementli növ implantla icra edildiyindən xəstələr əməliyyatın ikinci günündən etibarən 3-4 həftə aşağı ətraflarını tam yükləməklə çəlliklə yerimək və sonra çəliklsiz yeriməklə aktivləşdirilir.

 

Tural

Palitra  2019.- 15 oktyabr.- S.15.