Tanınmış tədqiqatçının
elmi yaradıcılığında mərhələ
başlanğıcı
Müəllif maarifçilərdən danışarkən öz fikrini Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov üzərində cəmləşdirir. K.Camalov belə bir fikir irəli sürür ki, xalqını məcnunanə sevən maarifçilər əkinçilik və kənd təsərrüfatı məsələlərində maarifləndirməklə yanaşı, publisist yazılarında və ya əsərlərində, xüsusən gənc valideynlərə xitabən ünvanlanan əsərlərində tərbiyə, əxlaq, habelə ailə, ailədə uşaqların tərbiyəsi haqqında qiymətli fikirlər işıqlandırmışlar. Həqiqətən də, vəsaitdə bəhs olunan maarifçi, mütəfəkkir şəxsiyyətlər cəhalətin, nadanlığın hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömürlərinin sonunadək maarif məşəlini şərəflə və əzmlə daşımışlar.
Məhəmmədağa Şahtaxlının və
Firidun Bəy Köçərlinin pedaqoji fəaliyyəti və maarifçi
görüşlərindən bəhs olunan
üçüncü fəsil “XX əsrin
birinci yarısında təlim və təhsilin
ideoloqlari” adlanır. Müəllif
haqlı olaraq göstərir ki, Məhəmmədağa Şahtaxlı və
Firidun Bəy Köçərli
xalqın bəsirət sahibi
olmasının əsas rolunu qəzet və
ya jurnaldagörmüşlər. Çünki qəzet mühüm
milli qüvvələrdən biridir. Qəzet də bir
məktəb rolunu oynayır. Qəzet, həm
məktəb, həm də məktəbdən kənar öz işini görür. Millət qəzet vasitəsilə
məlumatlanır, camaat qəzet səhifələrində
elmi, ədəbi və siyasi
xəbərlərlə tanış olur.
Qəzeti hava kimi fərz
etmək olar. O, hər gün
insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi
məsələlərdən bəhrələnə bilmir, o, öz
təcrübəsi vasitəsi ilə də faydalı məlumat
əldə edə bilməz. Bu mənada qəzet
mütləq və müstəqil iqtidarlardan
üstündür. O, görür, yazır, göstərir, gələcəyə
baxır. Öz tənqidi çıxışları,
mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana
gətirir, camaatın təlimini və zəkasını zənginləşdirir,
eybləri açır, xəstəlik və
yaraları sağaldıb aradan
qaldırır. Sonra müəllif
M.Şahtaxtlının qəzet haqqındakı
düşüncələrini aşağıdakı sözlərlə
ümumiləşdirir: “Qəzet aləmin güzgüsüdür,
Qəzet zəmanənin ən kəskin
qılıncıdır. Qəzet indiki cismi-həyatın
ruhudur. Qəzet aləmin ən
nüfuzlu, təsirli vaizidir. Qəzet hər mil lətin ölçüsü, qəzet
məmləkətin hamisi,
vəkili, advokatıdır”
[Bax: səh.173].
Vəsaitdə böyük məktəb keçmiş M.Şahtaxtlı
və F.B.Köçərlininelmlərin
mənşəyi və
təsnifatı, insanın
dərketmə fəaliyyəti,
ictimai fəaliyyəti,
ağıl və münasibətlə bağlı
fikirləri şərh
edilir. Görkəmli pedaqoqların gəldiyi ortaq məziyyət belədir ki, təlim və təhsil tarixilik baxımından heç vaxt tamamilə sıradan çıxıb
köhnəlmir, onun
tərkib hissələrində
inkişafa uyğun dəyişikliklər gedir,
yeniləşir, şəraitə
uyğunlaşır, lakin
son məqsəd isə
(insanın formalaşması,
kamilləşməsi, tərbiyə
olunması) eynilə qa lır.
Kamal Camalov olduqca dəqiq və müvəffəqiyyətlə
əks etdirir ki, M.Şahtaxtlı və F.B.Köçərlinin
pedaqoji irsində xalq pedaqogikası məsələsinin tədqiqi
xüsusi yer tutur. Oxucuya məlum olur
ki, bu mühüm
və şərəfli
sahənin tədqiq edilməsi, nəşri, həmçinin inkişaf
etdirilməsi F.Köçərlinin
diqqətini daha çox məşğul
etmişdir. Hələ 1912-ci ildə “Balalara hədiyyə” adlı dərslik kitabçasında
xalqın yaratdığı
gözəl, mənzum
və hikmətli sözlər, tapmacalar,
yanıltmaclar, sayaçı
sözlər, nağıl
və dastanlar toplayaraq nəşr etdirmişdir. Müəllif bunları bir yerə toplayaraq nəşr etdirməkdə
Firidun bəyin qarşısında bir çox səbəblərin
olduğunuoxucusuna çatdırır.
Səbəblərdən biri
xalqın mənəvi
xəzinəsi sayılan
bu folklor nümunələrinə bir
“para biqeyd” ziyalıların laqeydliyidirsə,
digər səbəb isə belə laqeydliyi görüb üzdəniraq qonşu ermənilərin xalqın
bu kimi məxsusi
malını özəlləşdirmələri
qənaətində olmasıdır.
F.Köçərli belə bir acınacaqlı halın qarşısını almağa
çalışmış, həmçinin xalqın milli və mənəvi
sərvətlərinin özünə
qaytarılmasına ciddi
cəhd göstərmişdir.
Firidun bəyin xalq pedaqogikasının bir yerə toplanması
və nəşr etdirilməsi çağırışına
Eynəlibəy Sultanov,
Məhəmməd Tağı
Sidqi, Cəlil Məmmədquluzadə, Salman
Mümtaz, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Yusif Vəzir
Çəmənzəminli və başqalarınınsəs
verdiyi misallar gətirilərək şərh
edilir.
Göründüyü kimi, dərs vəsaitində müəllif
yaradıcılıq məramına
sadiq qalaraq təbii, canlı dillə, dərin elmi mühakimələrlə
ümumiləşdirmələr aparır, öz fikrini sübuta yetirir və fikrini daha inamlı
səsləndirir. Bu dərs
vəsaiti sələflər
və xələflər
yaradıcılığının özülünü, həyatla
bağlılığını, mənəvi tərbiyənin,
təlim və təhsilin köklərini
öyrənməyə, başa
düşməyə kömək
edir. Tarixi faktlardan, paralellərdən,
müqayisələrdən, tənqidi nəticələrdən
yerliyerində məharətlə
istifadə edən müəllif pedaqoji-psixoloji
fikrin inkişafında
sələflər və
xələflərin yaradıcılığını
elə işıqlandırır
ki, bu problemlərlə
əlaqədar qaranlıq
heç bir cəhət qalmır.
Üstəlik, mövzunun ədəbi-bədii,
ictimai-tarixi əhəmiyyəti
bariz şəkildə
üzə çıxır.
Alim qətiyyəti və cəsarəti maarifçi
məsələlərin həllində
daha aydın görünür və bu, müəllifi oxucu gözündə bir daha ucaldır.
“Tarixin optimizm yolları sələflərdən
xələflərə” adı
ilə kitaba ön söz yazan pedaqogika üzrə elmlər doktoru, professor Əbülfət
Pələngovun qeyd etdiyi kimi, Kamal
Camalov pedaqogika tarixinin öyrənilməsində
pedaqoq və maarifçilərin fəaliyyətini
aşkara çıxarmış,
tərbiyə və təhsilin təşəkkülü,
inkişafı və deformasiyasının səbəblərini
müəyyənləşdirmiş, pedaqogika elminin təşəkkülü və
inkişaf tarixinin yeni dövrləşməsini
vermiş, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs
göstərmiş, pedaqoji
görüşləri tədqiqdən
təcrid olunmuşların
(Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Fəzlullah Nəiminin və b.) yaradıcılığını
yeni baxış, yeni ideya süzgəcindən
keçirmişdir.
“Pedaqoji-psixoloji fikrin
inkişafı sələflərdən
xələflərə” adlı
dərs vəsaiti Kamal Camalovun gərgin zəhmətinin,
davamlı araşdırmalarının,
əzmkar alim əməyinin nəticəsidir. Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Kamal Camalovun sevinci gözündə, tələbələrə məhəbbəti
ürəyində, elmə
həvəsi qələmində,
maarifə istəyi isə qəlbinin hökmündən gələn
nitqindədir. İnsanlıq nümunəsi, alimlik qüdrəti və pedaqoq məharəti ilə sayılıb-seçilən
Kamal Camalova məktəb və pedaqoji fikir tarixini daha da
inkişaf etdirməsi
sahəsində uğurlar
və cansağlığı
arzulayıram.
F. İbrahimov
Pedaqogika üzrə elmlər
doktoru, professor
Azərbaycan
Respublikasının Əməkdar müəllimi
Palitra 2019.- 16 oktyabr.- S.13.