Naxçıvanda muzey quruculuğu

(əvvəli ötən sayımızda)

 

Ötən əsrin 60-cı illərində muzey əsasən eksponat toplanması işi ilə məşğul olmuş, 1967-ci ilə kimi yeganə muzey kimi muxtar respublikada əhaliyə muzey xidməti işini həyata keçirmişdir. 60-cı illərin sonlarından etibarən Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmış və indiyədək həmin adı şərəflə daşımaqdadır.

1924-cü ildə yaradılan indiki Naxçıvan Dövlət Tarix Muzeyinin təşəkkül və inkişaf yolu ötən əsrdə 20-30-cu illərin represiya sınaqlarından keçmiş, İkinci Dünya müharibəsinin vurduğu yaralarla üzləşmiş, həmin müharibənin acı nəticələrinin aradan qaldırılması illərini yaşamışdır. Araşdırmalar göstərir ki, bütün Azərbaycan muzeyləri kimi Naxçıvan Dövlət Tarix Muzeyiözünün inkişaf yolunu əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər olduğu ötən əsrin 70-80-ci illərində keçmişbu inkişaf günümüzdə də davam etməkdədir.

Məhz ulu öndər H.Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvar ayından “Respublikada muzey işinin təkminlləşdirilməsi haqqında” və 1980-cı ilin yanvarında “Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında” qəbul edilən qərarlar bütün muzeylər kimi Naxçıvan Dövlət Tarix Muzeyinin də həyatında mühüm rol oynamış və onun inkişafına əhəmiyyətli təsir etmişdir. Məhz həmin qərarların təsiri nəticəsində 1982-1983-cü ildə muzeyin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur. 1982- ci ildə İsfəndiyar Əsədullayev muzeyə direktor təyin edilmişbu vəzifədə 1998-ci ilin may ayınadək işləmiş, həmin ilin iyul ayından isə muzeyə yeni direktor təyin edilmişdir.

Gənc nəslin milli-mənəvi tərbiyəsində muzeylərin rolunu layiqincə dəyərləndirən, yeni-yeni muzeylərin yaradılmasının və onların maddi-texniki bazasının möhkəmləndirilməsinin təşəbbüskarı olan ulu öndər H.Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünayaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Vaxtilə deyilmiş bu fikirlər bütün dövrlərdə öz aktuallığını qoruyub saxlamış və bu gün də aktualdır.

Yeni-yeni muzeylər yaratmaq, mövcud muzeylərin maddi-texniki bazasının mökəmləndirilməsinə qayğı göstərmək sahəsində əsası ulu öndər tərəfindən qoyulan nəcib ənənələr müstəqillik illərində də davam etdirilmiş və bəhs olunan dövrdə Naxçıvan Dövlət Tarix Muzeyinə də lazımi dövlət qayğısı göstərmişdir. Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədrinin qayğısı və köməkliyi ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir tikinti və quraşdırma işləri aparılmışdır. Əsaslı təmir-tikinti və quraşdırma işlərindən sonra müasir dövrün tələblərinə uyğun olaraq muzeyin ekspozisiyası tamamilə yenidən qurulmuş, eksponatların həm fiziki, həm də bioloji cəhətdən etibarlı mühafizəsi üçün muzeyin ekspozisiyası yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilmişdir. 2007-ci il may ayının 18-də təmirdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri möhtərəm Vasif Talıbovun bilavasitə iştirakı ilə muzeyin açılışı olmuşdur.

Ulu öndər Heydər Əliyevin tövsiyələrini daim rəhbər tutan Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən müstəqillik illərində muxtar respublikada müxtəlif profilli yeni-yeni muzeylərin yaradılmasına, mövcud muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və ümumiyyətlə muzeyşünaslığın inkişafına xüsusi diqqət və qayğı göstərilir.

Bunun bariz nümunəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və müvafiq sərəncamları ilə 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin, 1998-ci ildə Naxçıvan şəhərində C.Məmmədquluzadənin ev muzeyinin, 1999-cu ildə Heydər Əliyev Muzeyinin, 2000-ci ildə “Xatirə” Muzeyinin, 2000-ci ildə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, 2001-ci ildə Naxçıvan şəhərində B.Kəngərli Muzeyinin, 2001-ci ildə Gəmiqaya Muzeyinin, 2006-cı ildə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, 2010-cu ildə Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin, 2010-cu ildə Məmməd Arazın ev-muzeyinin, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin, 2014-cü ildə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin, 2014-cü ildə Dövlət Bayrağı Muzeyinin, 2014-cü ildə M.T.Sidqinin ev-muzeyinin, 2017-ci ildə Duz Muzeyinin yaradılmasında da görmək olar.

Ümumiyyətlə, muxtar respublikada muzeylərin dinamikasına nəzər salsaq görərik ki, 1998-ci ilə kimi Naxçıvan Muxtar Respublikasında cəmi 13 muzeybir muzeytipli müəssisə var idisə, indi son 20 ildə muzeylərin sayı artaraq muzeymuzeytipli müəssisələrin sayı 30 olmuşdur.

Əvvəlki dövrlərdə olduğu kimi müstəqillik illərində də mədəni irsin toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində muzey fəaliyyətini davam etdirmişdir. Yaradıldığı ilk vaxtlarda cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeyin indi fond ekspozisiyasında 10 şöbəni əhatə edən 50 minə yaxın eskponat mühafizə olunmaqla həm də geniş şəkildə təbliğ olunur ki, onların da 35 mindən çoxu muzeyin əsas fonduna, digərləri isə elmi-köməkçi fonduna daxildir. Muzey fondunun zənginləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində eksponatların sayı ildən-ilə artmaqda davam edir. 1999-2019-cu illərdə muzeyin fonduna daxil olan eksponatların sayı 12 minə yaxın artmışdır.

Son illərdə muzeydə aparılan elmi-tədqiqat və elmi maarifçillik işlərinə diqqət artırılmışdır. Muzey əməkdaşlarının onlarla elmi məqalələri yerli mətbuatda və respublikada nəşr olunan qəzet və jurnallarda, elmi məcmuələrdə və toplularda dərc olunmuşdur. 2001-2019-cu illərdə muzey işininmuzey sərvətlərinin təbliği ilə əlaqədar əməkdaşların onlarla məqaləsi çap olunmuş, “ Naxçıvan Dövlət Tarix Muzeyi” adlı bələdçi-məlumat kitabçası tərtib edilərək nəşr etdirilmişdir.

Ötən dövr ərzində muzeydə elmi maarifçilik tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən təcrübə toplanmışdır. Muzeydə vaxtaşırı olaraq tarixi günlər ərəfəsində təşkil edilən açıq dərslər, dəyirmi masalar, elmi konfranslar, yubiley tədbirləri, anma mərasimləri və digər elmi kütləvi tədbirlər əhalinin müxtəlif təbəqə-lərini, xüsusi ilə məktəbli gənclərin muzeyə cəlb olunmalarına kömək etmişonlarda azərbaycançılıq məfkurəsinin formalaşdırılmasına öz müsbət təsirini göstərməkdədir.

Muxtariyyətin yetirməsi və yaşıdı olan Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi ilə əlaqədar muzeyin ekspozisiyasında təşkil edilən sərgidə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun birgə fotoşəkli, onların muzeylər barədəki, sözləri, muzeyin tarixinə dair yazılı-məlumatlar, sənədlər, fotoşəkillər, kitablar, qəzetlər, jurnallar və digər materiallar nümayiş olunur.

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar bu il avqust ayının 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamdan sonra muzeyin kollektivi mədəni irsin qorunması və təbliği sahəsində fəaliyyətlərini daha da artırmaqla muzeyin 95 illik yubileyini yeni-yeni uğurlarla qeyd etməyə səy göstərirlər.

Nizami Rəhimov

Naxçıvan Dövlət Tarix

Muzeyinin direktoru,

Naxçıvan Muxtar

Respublikasının

Əməkdar Mədəniyyət işçisi

Palitra  2019.- 18 oktyabr.- S.12.