BDU-nun 100 illik yubileyi ADPU-da qeyd edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı
Dövlət Universitetinin
(BDU) 100 illik yubileyi ilə əlaqədar Dəyirmi masa keçirilib. Tədbirdə BDU-nun və ADPU-nun rəhbərliyi, professor-müəllim
heyətləri və
tələbələri iştirak
ediblər. Tədbir
iştirakçıları ADPU-da fəaliyyət göstərən BDU məzunlarının
elmi əsərlərindən
ibarət sərgi və TÜRKSOY kafedrası
ilə tanış
olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər
Cəfərov BDU-nun 100 illik
yubileyi münasibətilə
tədbir iştirakçılarını
təbrik edib. Rektor çıxışında
BDU-nun zəngin tarixi keçmişə malik, Azərbaycan xalqının
inkişafında böyük
rol oynamış bir elm, mədəniyyət
və təhsil müəssisəsi olduğunu
bildirib. BDU Azərbaycan Xalq Cümhuriyyətinin bizə
bir yadigarıdır.
Bu 100 il ərzində universitet Azərbaycan xalqına müxtəlif sahələrdə
xidmətlər etmişdir.
Universitet yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı
ziyalılar yetişdirib.
Bu xidmətlərinə görə
Prezident İlham Əliyevin 2017-ci il
14 noyabr tarixli Sərəncamı əsasında
Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.
BDU-nun 100 illik yubileyi UNESCO-da təntənə ilə keçirilib. Rektor Cəfər
Cəfərov çıxışının
sonunda yubileyin ADPU-da keçirilməsindən
məmnunluq duyduğunu
bildirib və uğurlar arzulayıb.
BDU-nun rektoru dosent
Elçin Babayev
ADPU-nun professor-müəllim heyətini və tələbələrini salamlayaraq
tədbirin təşkilinə
görə universitet rəhbərliyinə təşəkkür
edib. E.Babayev Universitetin
Azərbaycan Parlamenti tərəfindən 1919-cu ildə
təsis edildiyini bildirərək 100 il ərzindəki fəaliyyətinin uğurları
barədə geniş
məlumat verib. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Universitetin inkişafına
daimi diqqət və qayğısını
xüsusi vurğuladı.
Qeyd etdi ki, BDU klassik
universitet olmaqla yanaşı, təhsilin məbədi sayılır.
Eyni zamanda xalqın sosial-siyasi həyatında
əsas rol oynamış bir qurumdur. Universitetin əsas inkişaf
istiqaməti təhsil,
elm, innovasiyalar, sosiallıq
və beynəlmiləlləşməkdir.
Universitetin 16 fakültəsi, 121 kafedrası uğurla fəaliyyət göstərir.
Çalışır və inanırıq
ki, BDU növbəti
100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacaq.
Elm və innovasiyalar
üzrə prorektor
professor Asəf Zamanov
100 illik yubileyin çox əlamətdar hadisə olduğunu,
BDU-nun 100 ildə çox
böyük uğurlara
imza atdığını
vurğulayıb. Bu gün
dünyada söz sahibi olan bir
millətin və dövlətin varlığı
həmçinin BDU-nun fəaliyyətinin
məntiqi nəticəsidir.
Dünyanın 70-ə qədər ölkəsində diplomatik
nümayəndəliklərimizin fəaliyyət göstərməsi,
Azərbaycan alimlərinin
dünyanın ən nüfuzlu elm mərkəzlərində
təmsil olunması, milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasında
Bakı Dövlət Universitetinin xüsusi payı danılmazdır.
Professor A.Zamanov çıxışının sonunda ADPU-da fəaliyyət göstərən
BDU məzunlarının sərgidə
nümayiş etdirilən
monoqrafiya, dərslik və dərs vəsaitlərinin BDU kitabxanasına
hədiyyə etmək
qərarını bildirdi.
Rektor E.Babayev qiymətli hədiyyəyə görə
təşəkkür etdi.
Sosial və humanitar məsələlər
üzrə prorektor
professor Fikrət Rzayev
çıxışında BDU ilə bağlı xatirələrini bölüşərək
əlamətdar yubiley
münasibətilə tədbir
iştirakçılarını təbrik etdi.
BDU-nun Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının müdiri,
professor Cahangir Məmmədli
çıxış edərək
Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı
kadrların yetişdirilməsində
və onların vətənpərvərlik ruhunda
tərbiyə olunmasında
BDU-nun böyük xidmətləri
olduğunu diqqətə
çatdırıb. Universitetin 100 illik yubileyi münasibətilə tədbir
iştirakçılarını təbrik edib.
BDU-nun Sosial elmlər
və psixologiya fakültəsinin dekanı
professor Hikmət Əlizadə,
ADPU-nun İbtidai təhsil
fakültəsinin dekanı
professor Fərrux Rüstəmov
BDU-nun yaranma tarixi, fəaliyyəti və inkişafı haqqında məruzələrlə çıxış
ediblər.
Nigar
Palitra 2019.- 18 oktyabr.- S.13.