AzTU-da şəhid
Əbdülməcid Axundovun doğum günü qeyd olunub
Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına həlak olan Əbdülməcid Axundovun doğum günü qeyd edilib.
Universitetdən Youthportal.az-a
bildirilib ki, tədbir
iştirakçıları AzTU-nun həyətində
şəhidlərin xatirəsinə ucaldılmış abidənin
önünə gül dəstələri
qoyublar.
Mərasimdə Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib
və şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
AzTU-nun rektoru,
professor Vilayət Vəliyev tədbirdə
iştirak edən şəhid valideynlərinə
müraciətlə deyib: “Siz
elə bir övlad böyütmüsünüz ki,
bütün Vətən onlarla
fəxr edir”.
Rektor Azərbaycanın
müstəqilliyi uğrunda mübarizədə
şəhid olan qəhrəmanlar
arasında universitetin 10 Milli
Qəhrəmanı olduğunu,
bütünlükdə AzTU-nun 50-dək tələbəsinin
döyüşlərdə şəhidlik zirvəsinə
ucaldığını qeyd edib. AzTU-da vətənpərvərlik
hissinin çox
yüksək olduğunu vurğulayan
Vilayət Vəliyev tələbələri şəhidlərimizin
adına layiq olmağa,
təhsildə yüksək nailiyyətlər əldə etməyə
çağırıb.
AzTU-nun prorektoru,
professor İsa Xəlilov
çıxışında Vətən uğrunda
şəhid olan məzunların xatirəsinin
anılması və vətənpərvərliklə
bağlı hər il universitetdə silsilə
tədbirlərin keçirildiyini diqqətə
çatdırıb.
Əbdülməcid Axundovun
anası Ceyran xanım oğlu
ilə bağlı xatirələrini bölüşərək
deyib: “Oğlumun Vətən
uğrunda Şəhid olması nə qədər
üzücü olsa da, qürurvericidir”. Şəhid
anası anım tədbirinə görə AzTU-nun
rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Gənc Mühəndislər
İctimai Birliyinin
İdarə Heyətinin sədri Elvin Cəfərli
Elektrotexnika və energetika
fakültəsinin təhsildə fərqlənən, ictimai-fəal
tələbəsi Şəlalə Bağırovaya
Əbdülməcid Axundovun xatirəsinə
təsis edilən plaket və
mükafatı təqdim edib. Şəhidin
əziz xatirəsinə hörmət olaraq
təsis edilən bu mükafat
hər il ənənəvi olaraq Ə.Axundovun doğum günü ərəfəsində,
bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən
savadlı tələbəyə verilir.
Tədbirdə ssenari
müəllifləri - Elşən Zeynallı və Xəqani
Həşimovun Əbdülməcid Axundova
həsr olunmuş “Mən səninləyəm,
ana Vətən” filmi nümayiş olunub. Şəhid
valideynləri universitetdə yaradılmış Milli Qəhrəmanlar və Şəhidlər
Muzeyini ziyarət ediblər.
Xatırladaq ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki Universitetinin məzunudur. Şəhidlərdən ikisi - Əbdülməcid Axundov və Elvin Mirzəyev Elektrotexnika və energetika, Müşfiq Orucov Avtomatika və kompüter texnikası, Mahir Quliyev isə Radiotexnika və rabitə fakültəsinin məzunudur.
Palitra 2019.- 18 oktyabr.-
S.13.