Ankaradakı Heydər
Əliyev adına orta məktəbdə
Dövlət Müstəqilliyi Günü
qeyd olunub
Ankarada
fəaliyyət göstərən Heydər Əliyev adına
orta məktəbdə 18 oktyabr – Azərbaycanın Dövlət
Müstəqilliyi Günü münasibətilə tədbir
keçirilib. Əvvəlcə Ulu Öndərin Ankaradakı Heydər
Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər
düzülüb. Tədbirdə əvvəlcə
məktəbin direktoru Oqtay
Kabasaqqalın və Azərbaycanın Ankaradakı səfirliyinin
təhsil üzrə müşaviri Nəcibə
Nəsibovanın çıxışları dinlənilib. Sonra Azərbaycan Respublikası Prezidenti
Katibliyinin rəisi - Prezidentin
köməkçisi, tarix elmləri doktoru, professor Dilarə
Seyidzadə çıxış edib. Prezidentin Katibliyinin rəisi ümummilli
lider Heydər Əliyevin zəngin, mənalı
ömür yolundan,
yüksək insani keyfiyyətlərindən,
xilaskarlıq missiyasından, Ulu Öndərlə
bağlı xatirələrindən, həmçinin dövlət
müstəqilliyimizin qorunması və inkişaf
strategiyasının müəyyən olunması istiqamətindəki
tarixi fəaliyyətindən
danışıb. Professor Dilarə
Seyidzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycanı dərin
məhəbbətlə sevib. Heydər
Əliyev Azərbaycan qədər də Türkiyəyə sevgi bəsləyib. Əməli işlərinə
və doğma münasibətinə
görə Türkiyədə də Heydər Əliyevə
tükənməz sevgi var.
“Heydər Əliyev zəngin biliyini,
böyük təcrübəsini, tükənməz
əməyini Azərbaycanın dövlətçiliyinə,
xalqımızın rifahına, insanların xoş
həyatının təmin olunmasına sərf edib”,- deyən Dilarə Seyidzadə Türkiyə
dövlətinin banisi Mustafa
Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin müdrik
vəsiyyətlərinə əbədiyyətə qədər
əməl olunacağına əminliyini ifadə edib. Prezidentin köməkçisi
“Yurdda sülh, cahanda sülh uğrunda” və “Heydər Əliyev. Təltiflər”
sənədli kitablarını məktəbə hədiyyə
edib. Azərbaycan
xalqının böyük oğlunun adını daşıyan təhsil
ocağında çalışmağın şərəfli
və məsuliyyətli iş olduğunu diqqətə çatdıran Dilarə
Seyidzadə məktəbin kollektivinə uğurlar
arzulayıb, iştirakçıları maraqlandıran
sualları cavablandırıb. Sonra məktəbin
şagirdlərinin Dövlət Müstəqilliyi Günü münasibətilə
hazırladıqları bədii proqram nümayiş etdirilib.
Palitra.-2019.-23 oktyabr.-S.5.