“AGAT-ın hədəflərini
inkişaf etdirəcəm”
Məryam
Tağıyeva-Zeynalova: “Biz istəyirik ki, gənclər müasir
dövrün
çağırışlarına cavab versin, İKT sahəsində biliklərini
möhkəmləndirsin, onların beynəlxalq arenaya çıxışı mütəmadi
xarakter alsın”
Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) növbəti Ümumi Yığıncağında Məryam Tağıyeva-Zeynalova quruma yeni sədr seçilib. Məryam Tağıyeva-Zeynalova AGAT-ın yeni hədəfləri ilə bağlı “Palitra”ya müsahibə verib. Xatırladaq ki, AGAT-ın yeni siması Məryam Tağıyeva - Zeynalova 2010-2014-cü illərdə Bakı Dovlət Universitinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. Magistratura təhsilini Brianiyanın Uorvik Universitində davam etdirib. Ali məktəbin Siyasi Beynəlxalq Tədqiqatlar fakültəsinin məzunudur. 2012-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Beynəlxalq Gənc Siyasətçilər Məktəbinin layihə koordinatoru olub, 10-dan çox Avropa ölkəsində Azərbaycanı layiqincə təmsil edib.
- AGAT bir çox
gənclər üçün, bir növ, ictimai
fəaliyyət məktəbi rolunu
oynayıb. Yəqin ki, siz
də elə bu məktəbin nümayəndəsisiniz...
-Əlbəttə! AGAT-a
2011-ci ildə Bakı Dövlət Universitetinin
Tətbiqi riyaziyyat və kibernetika
fakültəsinin I kurs tələbəsi
olaraq gəlmişəm. Məktəb illərindən
bəri daim sosial cəhətdən
fəal olmuşam, ictimaiyyətin xeyri naminə öz fəaliyyətimin
gerçəkləşməsi məqsədilə müvafiq platformanın axtarışında olmuşam. Gülsel Səfərovanın sədrliyi dövründə
AGAT-ı tapdım. 1 ay keçmədən
anladım ki, mənim axtardığım
gənclər platforması elə bu imiş. 2012-ci ildən bəri təşkilatın
fəal üzvü olmaqla,
Gülsel Səfərovanın təcrübəsi
və peşəkarlığı sayəsində
və onun rəhbərliyi ilə Azərbaycanı
yerli və xarici layihələrdə
təmsil etməklə və həmin layihələri koordinasiya etməklə əvəzolunmaz təcrübə
qazandım və gələcək karyeramı məhz bu cür müəyyənləşdirə
bildim. 2014-cü ildə Böyük
Britaniyadakı Uorvik Universitetinin
Siyasət və beynəlxalq münasibətlər
fakültəsinə daxil olmuş
və həmin universitetdə riyazi vasitələrin
siyasi məsələlərdə istifadəsi
ilə bağlı araşdırmalar aparmışam. Magistratura
pilləsini bitirdikdən sonra Böyük Britaniyanın elmi-tədqiqat mərkəzində
analitik vəzifədə işləmiş
və qeyri-maddi dəyərlərin
müxtəlif cəmiyyətlərə olan
təsirini tədqiq etmişəm. 2016-cı ildə texnologiya sektoruna
qayıdıb, qeyri-maddi dəyərlərin
rəqəmsallaşdırılması və blokçeyn reyestrinin
köməkliyi ilə həm maddi, həm
də qeyri-maddi dəyərlərin onlayn köçürülməsi
imkanlarını araşdırmışam. Bu
günədək texnoloji sahədə fəaliyyət
göstərirəm, məqalələrim isə mütəmadi
olaraq elmi və
elmi-kütləvi jurnallarda dərc edilir. Artıq həmin ildə AGAT-da
fəallığı, kreativliyi ilə
seçilən Nərgiz Xələf sədr seçilmişdi.
Çalışırdım ki,
imkanın çərçivəsində AGAT-ın fəaliyyətində
və gənclərin inkişafı istiqamətində
yaxından iştirak edim.
Bu proses AGAT-a doğma olan Lalə Mehdiyevanın sədrliyi
dövründə də davam etdi.
- AGAT rəhbərliyi
hər zaman xaricdə keçirilən əksər
beynəlxalq tədbirlərdə aktiv
şəkildə Azərbaycanı təmsil edib.
Bu, AGAT-çıların, demək olar ki, əsas
missiyasıdır. Bu gün xaricdəki tədbirlərdə
ölkəmizi layiqli təmsil edəcək
gənclər ordusunun yaradılması və
informasiya müharibəsində mübarizə
aparacaq gənclərin formalaşması üçün AGAT tərəfindən hər
hansı kursların keçirilməsi nə dərəcədə
mümkündür?
-Düşünürəm ki,
uğur qazanmağın əsas amillərindən
biri xarici dil bilikləridir. Hazırda AGAT-da
Etika Akademiyası fəaliyyət göstərir.
Onun rəhbəri bu
sahədə ilkə imza atan
Günel İbrahimdir.
Burada biz müntəzəm
olaraq həm dil, həm
də müxtəlif peşəkar kurslar
təşkil edirik. Üstəlik, kurslar üçün akkreditasiya xarici qurumlardan keçir. Məsələn,
hal-hazırda Akademiyada Maliyyə Meneceri İnstitutunun (Institute of Certified
Financial Managers) insan resursları (HR) diplomunu
əldə edə bilərsiniz. Yaxın gələcəkdə
isə yeni texnologiya
kurslarının başlanması planlaşdırılır. Biz istəyirik
ki, gənclər müasir
dövrün
çağırışlarına cavab
versinlər, İKT sahəsində biliklərini möhkəmləndirsinlər,
gənclərin beynəlxalq arenaya
çıxışı mütəmadi xarakter
alsın. Çünki bu
həm də dövlət gənclər siyasətinin tərkib
hissəsidir.
- Rəhbər olaraq, AGAT üçün
nə kimi yeni hədəflər
müəyyən edəcəksiniz?
-Təşkilatımızın əsas məqsədi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinə dəstək olmaqdır. İkinci məqsədimiz Avropa ölkələri ilə əməkdaşlıq, qarşılıqlı faydalı təcrübə, bilik və mədəniyyət mübadiləsidir. Bizim vəzifəmiz azərbaycanlı və xarici gənclər arasında ikitərəfli dialoqun təşviqi və dəstəklənməsidir. Bu məqsədlə AGAT müxtəlif səfirliklər və beynəlxalq təşkilatlarla mütəmadi olaraq sıx əlaqələr saxlayır, müvafiq tədbirlər təşkil edir. Ayrıca, AGAT hər zaman gənclərin maarifləndirilməsinə, onların inkişafına xüsusi diqqət yetirir. Mən də öz növbəmdə bu hədəfləri inkişaf etdirməyi planlaşdırıram, habelə texnologiya sektorundakı təcrübəmə əsaslanaraq, texniki sahədə bacarıqlı gənclərimizin elmi səylərinin inkişafına təkan verməyə çalışacağam. Azərbaycan dünyaya Lütfizadə və Landau kimi böyük elm adamlarını bəxş etmiş ölkədir. İnanıram ki, Azərbaycanın gələcək Nobel mükafatçısı məhz AGAT-ın yetirmələrindən biri olacaq.
Fuad Hüseynzadə
Palitra.-2019.-25 oktyabr.-S.7.