ADA Universitetində BMT Günü
qeyd olunub
Oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə
həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BMT-nin nəşrləri sərgilənib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə BMT Baş Assambleyasının
Prezidenti Ticani Məhəmməd-Bande, rəsmi
şəxslər, Milli
Məclisin deputatları,
Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
elm adamları ediblər.
Tədbiri giriş sözü ilə açan
ADA Universitetinin rektoru,
səfir Hafiz Paşayev
BMT-nin fəaliyyətindən, ölkəmizin
bu təşkilatla əməkdaşlığından
danışıb. O, rəhbərlik etdiyi
universitetin fəaliyyətə
başladığı ilk günlərdən
BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq
etdiyini vurğulayıb.
Rektor bildirib
ki, BMT Baş
Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin iştirakı
ilə BMT Gününün ADA
Universitetində keçirilməsi universitet
üçün mühüm
hadisədir.
Hafiz Paşayev
tədbir iştirakçılarına BMT Baş
Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin fəaliyyəti
haqqında ətraflı məlumat verib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ötən
74 ildə təşkilatın gördüyü
işlərdən bəhs edib. O
vurğulayıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət
göstərən universal təşkilat olaraq özünü qətiyyətlə
formalaşdırıb.
Qulam İshaqzai
diqqətə çatdırıb ki, Azərbaycan
BMT-yə üzv olan
digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini
özündə əks etdirən Dayanıqlı İnkişaf üçün
2030 Gündəliyini qəbul edib. Gündəlik
2030-cu ilədək yoxsulluğa son qoymaqla qlobal
iqtisadi rifahı, sosial
inkişafı və ətraf mühitin
qorunmasını təşviq edəcək.
BMT Baş
Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande Azərbaycanın
təşkilat çərçivəsində fəal rolunu vurğulayıb. O, Azərbaycanın
Dayanıqlı İnkişaf Məqsədlərinin
icrası ilə bağlı ikinci könüllü milli
hesabatının təqdim edildiyini
vurğulayıb. Qeyd edib
ki, Dayanıqlı İnkişaf
Məqsədləri ayrı-ayrılıqda götürülə
bilməz. Onlar hamısı bir-biri ilə qarşılıqlı əlaqədə
paralel olaraq aparılmalıdır.
“Gələn il
BMT-nin 75 illiyi qeyd olunacaq. Biz çalışmalıyıq
ki, BMT-yə olan etimadı daha da artıraq,
qarşıda duram məsələlərin həyata
keçirilməsi istiqamətində
fəaliyyətimizi davam
etdirək”, - deyə
BMT Baş Assambleyasının
Prezidenti qeyd edib.
Sonra BMT-nin əlaqələndirmə üzrə
müşaviri Şəms
Mustafayevanın moderatorluğu
ilə dəyişən
həyatlar mövzusunda
təqdimatlar olub.
Tədbirdə
BMT-nin 2020-ci ildə qeyd olunacaq 75-ci ildönümü
üçün geri sayım başlayıb.
Palitra 2019.- 25 oktyabr.- S.3.