95 yaşlı
Naxçıvan Tarix Muzeyi
əvvəli var
Dunya
memarlıq tarixində ozunəməxsus yer tutan, əsərləri
əsrlər boyu maraq dairəsində olan memarın- Əcəmi
Əbubəkroglunun yaradıcılığı haqqında
muzeydə geniş bilgilər əldə etmək
mümkündür. Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin dövrümüzə qədər gəlib
çatan iki möhtəşəm əsəri var: Yusif
Küseyr oğlu və Möminə xatun türbələri.
Gilan,
Gülüstan türbələrinin, orta əsrlərə aid
memarlıq kompleksi olan Əlincəçay Xanəgahının
fotoları, Qarabağlar türbəsinin maketi, həmçinin
Zaviyyə mədrəsəsi, Qazançı, Aza
körpüləri, XVIII-XIX əsrlərə aid memarlıq
kompleksiolan Xan Sarayı, XVI-XVII əsrlərə aid olan
İmamzadə kompleksi, Cümə məscidi, Naxçıvan
buzxanası, Hüseyn Cavidin məqbərəsi,
İsmayılxan hamamı haqqında yer alan foto və məlumatlar
Naxçıvanın abidələr diyarı olduğu
haqqında ilkin dolğun məlumat yaradır.
Muzeydə
nümayiş etdirilən eksponatlar vasitəsilə qüdrətli
Atabəylər dövləti, həmcinin Qaraqoyunlu və
Ağqoyunlu dövlətləri haqqında məlumat verilir. Həmçinin
XVIII əsrdə Azərbaycan dövlətiçiliynə
mühüm töhfələr vermiş Naxçıvan
xanlığı haqqında geniş bilgilər əldə
etmək mümkündür.Naxçıvan
xanlığına məxsusi guşədə elmi ədəbiyyatlar,xanlığın
görkəmli nümayəndələrinin fotoşəkilləri
və xanlığa məxsus bayraqların fotosurətləri
nümayiş olunur.
Naxçıvanın
tarixən qədim İpəkyolunun üzərində yerləşməsi
burada ticarətin inkişafına səbəb olub. Avropa və
Asiyadan tacirlər buraya ticarət etmək məqsədilə
gəlmişlər. Nəticə etibarilə tədqiqatlar
zamanı Naxçıvandan tapılmış müxtəlif
dövrlərə və ölkələrə məxsus sikkə
nümunələri, eləcə də kağız pullar və
dövlət istiqraz biletləri ticarət əlaqələrində
istifadə olunub.
Naxçıvanın əlverişli təbii iqlim şəraiti ulu babalarımızın bu ərazilərdə əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olmasına imkan yaratmışdır. XIX əsrə aid olan car-car, ağac vəl, kotan, şana əkinçilikdə istifadə olunan əsas alətlər olub.XIX əsrə aid müxtəlif növ tərəzilər: çəki, yaylı, misqal , ağırlıq, qapan, eləcə də, hamam tası, körük, nehrə, tətbiqi sənət nümunələri, misgərlik məmulatları, at yəhəri ekspozisiya zalında yer alıb.
Ekspozisiyada nümayiş etdirilən misgərlik və xalçaçılıq məmulatları hər iki sənətkarlıq növünün Naxçıvanda qədim tarixi köklərə malik olduğundan xəbər verir. Həmçinin milli geyim nümunələri və musiqi alətləri bu qədim diyarın zəngin mədəniyyətindən soraq verir.
Ekspozisiya boyunca yer alan Azərbaycanın görkəmli rəssamları Toğrul Nərimanbəyov, Davud Kazımov, Şamil Qazıyev, Yuran Məmmədov tərəfindən çəkilən rəsm əsərləri muzeyin eksponatları ilə ahənglik təşkil edir və Azərbaycan xalqının həyatını özündə əks etdirir.
Muzey özündə Naxçıvanın arxeologiyasını, etnoqrafiyasını, qədim dövlətçilik ənənələrini əks etdirən eksponatlarla yanaşı, maarifçiliyin, elmin, təhsilin, incəsənətin inkişafına mühüm töhfələr vermiş Məhəmməd Ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şəxsiyyətlər barədə məlumatları da özündə hifz edir.
Digər bir guşə isə Azərbaycan xalqının şərəf, mübarizə, azadlığını-AXC dövrünü təcəssüm etdirir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti haqqında məlumatı eksponatlar vasitəsilə izləmək mümkündür.
Tarixi proseslərin ardıcıllığında 1941-45-ci illəri əhatə edən eksponatlardan məlum olur ki, Naxçıvandan müharibədə 29024 nəfər iştirak edib,onlardan 15325 nəfər geri qayıtmayıb. Göstərdikləri şücaətə görə 3 nəfər “Sovet İttifaqı Qəhrəmanı”adına layiq görülüb.Rəhim Rəhimov “Şöhrət Ordeni”nin bütün dərəcələri, 80 nəfər Lenin Ordeni, 105 nəfər I və II dərəcəli “Vətən müharibəsi”ordeni, 315 nəfər “Qırmızı Ulduz”ordeni ilə təltif olunub.
Tariximizdə iz edən döyüşlərdən biri isə Sədərək döyüşləridir. Sədərək 1990-cı il yanvar ayının 18-dən 1993-cü il avqustun 13, 14-dək 14 dəfə xain ermənilərin güclü hücumlarına məruz qalıb. Döyüşlərdə 500-ə yaxın yaşayış evi, bir çox ictimai binalar, inzibati idarə binaları, sosial obyektlər dağıdılıb. 108 Vətən oğlu şəhid olub ki, onlardan 40 nəfəri məhz Sədərək torpağının yetirmələridir.
Tariximizin qan yaddaşı olan XX əsrin əvvəllərində baş vermiş soyqırım hadisələri, 20 Yanvar faciəsi və Xocalı qoyqırımı haqqında məlumatlar fotolar və çap məhsullarında öz əksini tapıb.
Ekspozisiya zallarından biri Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla zənginləşdirilib. 1996-1999-cu illərdə Naxçıvana səfəri zamanı və 1999-ci il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində çəkilmiş fotoşəkillər vitrində sərgilənir.Ümumilli liderin xarici ölkələrə səfəri zamanı dövlət başçıları ilə çəkilmiş fotolar, eləcədə, xalq rəssamı T.Salahov tərəfindən 1998-ci ildə çəkilmiş Ümumilli liderin portreti də otaqda nümayiş olunur. “Şərəfli ömrün anları” başlıqlı sərgidə ulu öndərin uşaqlıq dövründən başlayaraq müxtəlif illərdə çəkilmiş fotoları maraq doğurur.
Ekspozisiya zalı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Muxtar Respublikasının müasir dövrünü əks etdirən eksponatlarla yekunlaşır. “Naxçıvan Muxtar Respublikası-95” başlıqlı sərgidə muxtar respublikanın inkişaf mərhələlərini əks etdirən statistik göstəricilər, həmçinin müasir dövrün quruculuq salnaməsi fotolar vasitəsilə nümayiş etdirilir.
95 illik tarixə malik olan Naxçıvan Dövlət Tarix muzeyi göründüyü kimi özündə 5000 illik tarixi eksponatlar vasitəsilə gələn tamaşaçılara diktə edir. Azərbaycan tarixinin mühüm və şərəfli səhifəsini təşkil edən Naxçıvan tarixi muzey vasitəsilə gələn tamaşaçılara təbliğ edilir.
Muzey turistlərin ən çox üz tutduğu ünvanlardandır
Muzey işçiləri fondun zənginləşdirilməsini də
diqqət mərkəzində saxlayırlar. Son 20 ildə
muzeyin fonduna 11 mindən çox yeni eksponat daxil
edilib. Təkcə bu ilin yanvar-iyul aylarında muzeyə 548 yeni eksponat daxil olub. Onlardan 420-si muzey işçiləri
tərəfindən toplanıb.
Qalan
128-i sakinlərin şəxsi
təşəbbüsü ilə muzey fonduna təqdim edilib.
Muxtar respublikanın
turizm potensialı bu qədim yurd
yerinə olan turist axınını ilbəil artırır. Dünya
memarlığının nadir incilərindən olan Mömünə Xatın türbəsini, müqəddəs
ocaq sayılan Əshabi-Kəhfi, sağlamlığın
təbii ünvanı
olan Duzdağ möcüzəsini, saysız-hesabsız
tarixi abidələri görmək istəyi dünyanın dörd bir yanından olan turistlərin maraq dairəsindədir. Bir yurdun tarixini öyrənmək üçün
ən gözəl ünvan isə tarixin saxlanc yeri olan muzeylərdir.
Odur ki, Naxçıvan Dövlət Tarix muzeyi turistlərin ilk üz tutduğu ünvanlar siyahısındadır.
Məlumat üçün bildirək ki, bu ilin ötən
7 ayı ərzində
muzey 22 mindən çox ziyarətçi qəbul edib. Onların
4800-ə yaxını xarici
turistlər olub.
Naxçıvanın ulu keçmişini və müasir dövr tarixini özündə yaşadan və nümayiş etdirən Naxçıvan Dövlət
Tarix muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanan sərəncam tariximizə
sahiblik hissi ilə yanaşı, bu mədəniyyət məbədgahının fəaliyyətinə
verilən yüksək
dəyərdir. Muxtariyyətin yaşıdı olan Naxçıvan Dövlət
Tarix muzeyinin qapıları hər bir tamaşaçısının
üzünə açıqdır.
Yetər
ki, bu qapını
açaq və 5 minillik tarixin sehrinə düşək.
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş
redaktoru
Palitra 2019.- 11 sentyabr.- S.13.