Almaniya Minsk qrupunun üzvü kimi
münaqişənin həlli prosesinə qoşulur
Alman parlamentariləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazır olduqlarını bildiriblər
Mətyu Brayzə: “Paşinyanın əyanatları
bir-birinə ziddir. Gah
deyir Dağlıq Qarabağ
müstəqildir, gah da
deyir Ermənistanın bir
hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa
verərdim. Bu mövqe
ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”
"Keçmiş həmsədr
kimi, deyə bilərəm ki,
ABŞ münaqişənin nizamlanması istiqamətində böyük imkanlara malikdir. ABŞ Prezidenti tərəfindən
münaqişənin həlli üçün
bir qədər maraq da var və bu işdə yardım edə bilər"
Milli Məclisinin Sədri Oqtay Əsədov Almaniyanın paytaxtı Berlinə səfər edib. Oqtay Əsədov Almaniya Bundesratının birinci vitse-prezidenti, Berlin şəhərinin meri Mixael Müller, Almaniya Bundestaqının prezidenti Volfqanq Şoyble, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Yohannes Kars və qrupun digər üzvləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də parlamentlərarası əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə münasibətlərin dinamik inkişaf etməsi, Azərbaycan və Almaniya arasında baş tutan yüksək səviyyəli səfərlər, hər iki ölkənin parlamentində fəaliyyət göstərən aidiyyəti dostluq qruplarının ikitərəfli münasibətlərə verdiyi töhfələr, Milli Məclis və Bundestaq deputatları arasında beynəlxalq təşkilatlar səviyyəsində mövcud olan konstruktiv əməkdaşlıq xüsusilə vurğulanıb. Milli Məclisin Sədri Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinə töhfələri, regionda həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri, Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, ölkəmizin çətin geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütməsi, eləcə də Ermənistanın hərbi təcavüzünün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə məlumat verib. Oqtay Əsədov Almaniya Bundestaqının Azərbaycanın ərazi bütövlüyünə dəstək verən qətnamə qəbul etməsini məmnunluqla xatırlayaraq, Almaniyanı Minsk qrupunun üzvü kimi münaqişənin həllinə fəal töhfə verməyə çağırıb. O, Bundestaqın prezidenti Volfqanq Şoyble və Bundesratın birinci vitse-prezidenti Mixael Mülleri Azərbaycana səfərə dəvət edib. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın mühüm iqtisadi tərəfdaşı adlandırıblar və ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə ediblər. Azərbaycanın regionda sabitləşdirici faktor olması, Avropa ölkələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasına yönələn xarici siyasət yürütməsi, xüsusilə Almaniya ilə münasibətlərin dərinləşməsinə mühüm önəm verməsi, Almaniyanın müxtəlif bölgələri ilə əlaqələrin qurulmasına və cəmiyyətin müxtəlif sahələrində birbaşa təmasların və tərəfdaşlıqların meydana gəlməsinə maraq göstərməsi, ölkəmizdə alman irsinin dövlət səviyyəsində qorunması və alman dilinin tədrisinin geniş vüsət alması Almaniya tərəfdən məmnunluqla qarşılanıb. Alman parlamentariləri eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazır olduqlarını qeyd ediblər. Bundesratda keçirilmiş görüşdə, həmçinin Bakı və Berlin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə edilib, paytaxt şəhərləri arasında turizm, təhsil, vətəndaş cəmiyyəti əlaqələrinin möhkəmləndirilməsinə hər iki tərəfin marağı ifadə olunub. Mixael Müller Berlin şəhərinin meri kimi bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib. Milli Məclisin Sədri səfər çərçivəsində Bundestaqın plenar iclaslarının keçirildiyi tarixi Reyxstaq binası ilə də tanış olub. O, eləcə də Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayevi qəbul edib. Oqtay Əsədovu Milli Məclisin deputatları – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, eləcə də Milli Məclis Aparatının vəzifəli şəxslərindən ibarət böyük nümayəndə heyəti müşayiət edib. Görüşlərdə, həmçinin Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.
ATƏT PA-nın sədri: “Ermənistanın baş nazirinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanat danışıqlar prosesinin gedişinə zərbə vurur”
Qeyd edək ki, ATƏT PA-nın sədri Giorgi Tsereteli jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ilə bağlı səsləndirdiyi bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur. ATƏT PA-nın sədri deyib: “Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesinə zərbə vurur. ATƏT məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın diqqət mərkəzindədir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik". Onun sözlərinə görə, münaqişənin ədalətli həllinə nail olmaq üçün fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür.
Mətyu Brayzə: ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün geniş
imkanları var
ATƏT-in Minsk
qrupunun sabiq həmsədri,
Atlantik Şuranın siyasi
şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə
AZƏRTAC-a açıqlamasında bildirib
ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün ABŞ-ın imkanları
genişdir və ABŞ Prezidenti
riskli görünən siyasi
addımlar atmaq üçün
münaqişə tərəflərinə yardım edə
bilər: "Keçmiş həmsədr
kimi, deyə bilərəm ki,
ABŞ münaqişənin nizamlanması istiqamətində böyük imkanlara malikdir. ABŞ Prezidenti tərəfindən
münaqişənin həlli üçün
bir qədər maraq da var və bu işdə yardım edə bilər".
“Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir”
Mətyu Brayzə qeyd edib ki, Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir. Siyasətçi Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə bəyanatlar verdiyini bildirib: “Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “İndi nə?” adlı beşinci beynəlxalq konfransda iştirak edir. Dünən konfransda əsas müzakirə mövzularından biri "Türkiyə və qonşuları" olub. Mətyu Brayzə ilə yanaşı Avropa Parlamentinin üzvü Mariet Skaake, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan və başqaları çıxış edərək Türkiyə, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri enerji, nəqliyyat və logistik layihələr barədə danışıblar. Çıxışlar zamanı bu layihələrin təkcə region üçün deyil, Avropa və dünyanın digər ölkələri üçün mühüm əhəmiyyəti qeyd olunub.
A.Miriyev
Palitra 2019.- 11 sentyabr.- S.11.