Elmi təfəkkür və ifadə tərzinin harmonik vəhdəti

Geniş yaradıcılıq erudisiyası, zəngin və əhatəli nəzəri təfəkkürü ilə fərqlənən Mahirə Hüseynova orijinal dəsti-xətti olan bədii söz ustası, filologiyamızın köklü və aktual problemlərini həvəslə öyrənən tədqiqatçı kimi Azərbaycan dilçilik elminin inkişafına təmənnasız xidmətin canlı nümunəsidir. M. Hüseynovanın nəzəri planda qaldırdığı və həllinə səy göstərdiyi problemlər içərisində elmi, nəzəri-estetik kateqoriyaları müasir təfəkkür işığında təhlil etmək mərkəzi yer tutur. O, tədqiqat obyektini faktlar və hadisələr yığımı kimi nəzərdən keçirmir, əksinə ən vacib elmi- nəzəri problemləri geniş linqvistik -tarixitipoloji zəmində qoyub spesifik xüsusiyyətləri haqqında bir çox cəhətdən orijinal konsepsiyalar irəli sürməyi bacarır. M. Hüseynova haqqında belə bir fikri tam qətiyyətlə demək mümkündür ki,onun qələm məhsulları irəli sürülən problematika dairəsinin genişliyi, elmi- nəzəri əhatəliliyi, aktuallığı ilə bərabər, həm də faktlara yanaşma həssaslığı, təhlil mədəniyyətinin yüksək səviyyəsi, tədqiqata cəlb olunan məsələlərin mahiyyətinə nəzəri baxışlarna dəqiqliyi, müasirlik mövqeyi iləseçilir. Azərbaycan dilinindilçiliyinin əsas problemləri, onun inkişafının əsas başlıca meyilləri, aparıcı tərəfləri geniş kontekstdə götürülüb diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir. M. Hüseynova Azərbaycan dilinə dövlət qayğısına, korifey dilçilərimizin həyat və fəaliyyətinə, bədii yaradıcılığın ən mühüm komponenti olan dilüslub problemlərinə dilimizin inkişaf meyillərinin geniş kontestdə yanaşmışdır ki, bu da müəllifin təhlil və təhkiyəsinin canlı və dinamik olmasını təmin etmişdir. Onun hər bir yazısının formaquruluşunda, elmi mükalimələr arxasında dərin, düşündürücü və əhatəli məzmunu durur, hər bir məqalənin arxasında qoyulan məsələyə yeni baxış, müəyyən qətiyyət, konkret münasibət dayanır. Ayrıca qeyd olunmağa layiqdir ki, vacib dilçilik problemlərinin orijinal şərhi zəngin filoloji bünövrəyə söykənir, alimin müxtəlif istiqamətlərdəki axtarışları ilə tanınmış elm xadimlərinin, dilçi-alimlərin elmi qənaətləri əsasən ahəngdarlıq təşkil edir. Onun hökm və mülahizələri dəqiq nəzəri və bədii mənbələr, məxəzlər əsasında ümumiləşdirilir. Bu məziyyətləri biz onun buDilimizin elmiestetik problemləri” kitabında da görürük. KitabPrezidentin dil haqqında Fərmanı – Ana dilimizə qayğının təzahürüdür” adlı çox maraqlı bir məqalə ilə başlanır. Müəllif ana dilimizin qorunmasını qədim və zəngin tarixə, mədəniyyətə malik olan xalqımızın mövcudluğu və tərəqqisi üçün ən vacib şərtlərdən biri kimi dəyərləndirir. Azərbaycan dilini xalqımızın ən dəyərli və milli-mənəvi sərvəti hesab edən M.Hüseynova onun özündə xalqımızın keçdiyi tarixi yolu, mədəni səviyyəsini ehtiva etdiyini, millətin təşəkkülündə, milli birliyin formalaşmasında rolunu xüsusiolaraq vurğulayır. M.Hüseynova milli dilimizin qorunması və təbliği istiqamətində yazarkən öz qələmini və ruhunu Ümummilli liderimiz dahi Heydər Əliyevin aşağıdakı müdrik kəlamları üzərində kökləyr: “Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”

Azərbaycan dilinin inkişafı tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalan Heydər Əliyev fenomeninə diqqət çəkən M.Hüseynova haqlı olaraq bir daha xatırladır ki, Ümummilli liderimiz Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi idi:” Özümüzün dilimiz var – Azərbaycan dili! Çox da gözəl dilimiz var. Çox ləzzətli dilimiz var. Mənim təhsilim rus dilində gedibdir. Gəncliyimdə də rus dilində oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük işlərdə işləmişəm. Rus dili mənim üçün ana dili kimi bir dildir. Amma nə qədər mən o dildən istifadə etmiş olsam da, Azərbaycan dili ilə mən onu yan-yana qoya bilmərəm. Mənim üçün Azərbaycan dili hərşeydən əzizdir” – söyləyən Ulu öndər tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanına ciddi strateji münasibət bildirilir. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərmanın elmi-metodoloji məzmunu da təhlildən keçirilir. Prezident İlham Əliyevin Ulu öndərin dil siyasətini uğurla davam etdirməsi, dilimizin qorunmasına və hərtərəfli inkişafına böyük həssaslıqla yanaşması, dil siyasətinin mühüm strateji istiqamətləri, dilin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər, dilə münasibət vasitəsilə milli ideologiyanın, Azərbaycançılığın möhkəmləndirilməsi, kütləvilik səviyyəsinin yüksəldilməsi və s. müəllifin fikrini intensiv şəkildə məşğul etmişdir.

Belə bir nüansa xüsüsi diqqət yetirmək lazımdır ki, M.Hüseynova ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” sərəncamından irəli gələn tələb və vəzifələrə həssaslıqla yanaşmağın zəruri şərtlərinə öz ciddi münasibətini aydınlaşdırmışdır. Ulu öndərin təməlini qoyduğu milli siyasətin fonunda Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi yönündə həyata keçirilən səmərəli tədbirlərin dövlət başçısı tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluğuna müvafiq surətdə davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlükideriaktikliyini təmin edən əsas faktor kimi çıxış etməsini konkret arqumentlərlə və inandırıcı məntiqlə əsaslandırmışdır. “Dilimizi qorumaq ən müqəddəs borcumuzdur” məqaləsində də ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsinin dövlət siyasəti səviyyəsində gerçəkləşdirilməsi problemi müəllifin diqqət mərkəzindədir. Milli-mənəvi dəyərlər sistemində ana dilimizə mənəvi Vətən kimi yanaşan müəllif milli birlikmilli varlığın möhkəmləndirilməsində Azərbaycan dilini mənəviyyatımızın güzgüsü, müstəqilliyimizin mühüm atributu, suverenliyimizin önəmli göstəricisi kimi səciyyələndirmiş, onun saflığının qorunmasını ictimai borc və vətəndaşlıq vəzifəsi olduğunu dönə-dönə xatırlatmışdır.

Əsərdə bütün hallarda ana dilinə xüsusi ehtiramla yanaşmağın fəzilətlərindən söz açılmışdır. Məhz, bunun birbaşanəticəsidir ki, “Mətbuat dilində durğu işarələri səhvlərinə yol vermək bağışlanmazdır” sərlövhəli məqaləsində ana dilimizin inkişafına, zənginləşdirilməsinə əngəl törədən çeşidli nöqsanları ciddi şəkildə pisləmiş, mövcud qüsurları aradan qaldırmaq üçün əsaslı təkliflər səsləndirmişdir. Müəllifə görə, fasiləsiz təkmilləşən informasiyakommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənisəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasıana dilini zənginləşdirməklə yanaşı, onu mənfi təsirlərə də məruz qoyur. İnformasiya vasitələrində, mətbuatda dövlət dilinin norma və prinsiplərinə uyğun gəlməyən ünsürlərin işlədilməsi diləbiganə yanaşılma kimi qiymətləndirilir, dilin sabitləşmiş qaydalarının pozulması müəllifdə ciddi narahatlıq hissləri doğurur.

Dilimiz ruhumuzun qidasıdır” yazısında M. Hüsenyova Azərbaycan dilinin gözəlliklərini, qüdrətini, estetik cövhərini təşkil edən bütün konkret və əyani detalları təhlildən keçirir, öz düşüncələrini xarakterik nümunələr, ədəbi-bədii faktlarla əsaslandıra bilir. Müəllif, dil faktlarını hər tərəfdən işıqlandırır, o, danışıqda gözəllik yaradan əsas ünsürlərin, zəngin ifadə vasitələrinin bütün potensialını, emosional mənbələrini, onların gözəgörünməz sirlərini incəliklərinə qədər təhlil etməyə təşəbbüs göstərir.

M.Hüseynova sözün təkamül prosesini, bu prosesin dramatizm səviyyəsinə yüksəlməsinin ictimati, tarixi, hətta siyasi səbəblərini, real köklərini həssas alim reaksiyası, istedadlı təfəkkür sahibi kimi təhlil və izah edir, çox zaman ədəbi proses fonunda yeni poetik səslənmənin meydana gəlməsini, formalaşmasını, hakim estetik mövqeyə ucalmasını əsl tədqiqatçı ehtirası ilə maraqlı təhlilə cəlb edir. Müəllif həm də bu prosesi təsadüfi estetik fakt kimi yox, minilliklər ərzində yaranıb kristal ənənəyə çevrilmiş klassik praktikanın dialektik davamı kimi səciyyələndirir. Olduqca istedadlı alim, geniş filoloji diapazonu olan bu həssas tədqiqatçıdil gözəlliklərinin bütün köklərini, onların nəzəri və praktik aspektlərini açmağa qabil olduğunu sübuta yetirir. M.Hüseynova ruhən, qəlbən mükəmməl bədii söz ustası olduğu üçün dilin gözəlliyi, sözün estetikası haqqında təsirli, dürüst, elmi-məntiqi fikir irəli sürə bilir. Yazıları oxuduqca dərhal hiss olunur ki, dərin elmi təfəkkürə sahib olan müəllifin sinəsində közərən od parçası var. Məhz bunun nəticəsidir ki, dil gözəlliklərindən bəhs edən müəllifin sözün estetikası haqqındakı fikirlərinin hər birində böyük həqiqət möhürü mövcuddur.

Kitabda biri ingilis dilində olmaqla 4 məqalə İmadəddin Nəsimiyə həsr edilmişdir. ( “Nəsimi ili” ilə bağlı plan və perspektivlərimiz”, “Nəsiminin əsərlərində dialektizmlərin və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası”, “Nəsiminin dilində qayıdış əvəzlikləri və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası”) və s.

Bu əsərləri oxuduqca belə qənaət hasil olunur ki, poetik şüur tarixi olduğu kimi, poetik dillə bağlı olan nəzəri baxışlar, elmi təfəkkür də tarixi səciyyəlidir. Nəsimi poeziyasının bütün ünsürləri, o cümlədən məqalənin bəhs etdiyi dialektizmlər, qayıdış əvəzliklərinin hər biri müəyyən bir özül üzərində qərar tutur, hər bir söz sənətkarının bu problemlə bağlı özünəməxsus konsepsiyası formalaşır. Nəsiminin timsalında göstərilir ki, poeziya dilinin bir sıra problematikasını, ümumtürk poetikasının bir sıra aktual problemləriniobyektiv və prinsipial mövqedən işıqlandırmaq üçün onu geniş ədəbi proses fonunda götürüb qiymətləndirmək zəruri elmi nəticələrə gətirib çıxarır. Nəsimi əsərlərində dialekt leksikası və qayıdış əvəzliklərinin ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası ilə bağlı mülahizələr filologiyamızda hiss olunan boşluqları doldurmağa cəhd kimi xüsusi əhəmiyyət kəsb edir.

Təbii hal kimi xüsusi olaraq göstərmək yerinə düşər ki, M.Hüseynova poeziyamızın aparıcı mövqeyində dayanan, öz dəsti-xətti və yaradıcılıq fərdiyyətinə görə seçilən görkəmli şairlərin əsərlərinə daha artıq diqqət yetirir. Bu, ondan irəli gəlir ki, bədii təfəkkür etibarilə daha yüksəkdə dayanan söz sənətkarlarının üslubu onun poeziya dilində gedən prosesləri müəyyənləşdirərkən daha bolxarakterik materiallarla silahlandırır. M.Hüseynova poeziya dilinin müxtəlif səpkilərinə aid əsərlərində dil materiallarını estetik hadisə kimi dəyərləndirmiş, bütün linqvistik faktlara yüksək sənətkarlıq mövqeyindən yanaşmışdır. M.P.Vaqifin dilini uğurlu elmi-tədqiqat obyektinə çevirmək və onu şairin yaşadığı dövrün bədii-estetik mənzərəsi fonunda qiymətləndirmək meyli, heç şübhəsiz, araşdırılan dil materiallarının kəmiyyət və kiyfiyyətindən asılıdır. Bu cəhətdən M.P.Vaqif poeziyasının ən səciyyəvi və təqdirəlayiq əlamətlərindən biri onun linqvistik material cəhətdən zənginliyidir. Bunu biz M.P.Vaqif şeirlərində bəzi toponim və hidronimlərin leksik-semantiküslubi xüsusiyyətlərini saf-çürük edən məqalədə açıq-aşkar müşahidə edirik.

Mahirə xanım bədii hadisələrə həqiqi sənət meyarları ilə yanaşaraq bu fikrə aydınlıq gətirir ki, M. P. Vaqifin lüğət tərkibindəki bütün sözlər kimi coğrafi adlar və hidronimlər də misralarda obrazlaşaraq poeziya hadisəsinə çevrilirlər. Onomastik vahidlər şeir dilinin komponenti olaraq bütünlükdə keyfiyyət halı kəsb edərək estetik güc mənbəyinə dönə bilir. Məhz buna görə də M. P. Vaqif kimi kamil söz ustadlarının dilində toponim və hidronimlərin də durğunluq vəziyyəti yoxdur. Toponim və hidronimlər də mükəmməl bədii mətndə hərəkətdə olan sözdürbu dinamizm şeir dili üçün çevik, rasional və təsirli ifadə üsulundan qaynaqlanır.

Məhərrəm Hüseynov

filologiya elmləri doktoru, professor

Palitra.-2019.-11 sentyabr.-S.10.